SON DƏQİQƏ
» » Bakı şəhər prokurorluğunun İstintaq İdarəsi ləğv edilib

Bakı şəhər prokurorluğunun İstintaq İdarəsi ləğv edilib

Tarix:

12-06-2020, 16:42

/ 3 793 dəfə oxundu.
Bakı şəhər prokurorluğunun İstintaq İdarəsi ləğv edilib

Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturuna əsasən, Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv edilib.

Sərəncamla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılıb, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb, idarəetmədə nəzarət mexanizminin optimallaşdırıması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib.

Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilib, bundan başqa mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiqlənib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ