SON DƏQİQƏ
» » MTRŞ-ya yeni təyin olunan Rəcəb Səttarov kimdir? - DOSYE

MTRŞ-ya yeni təyin olunan Rəcəb Səttarov kimdir? - DOSYE

Tarix:

6-04-2020, 18:27

/ 3 496 dəfə oxundu.
MTRŞ-ya yeni təyin olunan Rəcəb Səttarov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla İsmət Rəcəb oğlu Səttarov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

GunAz.az-ın məlumatına görə, Səttarov İsmət Rəcəb oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2000- 2004-cü illərdə bir neçə bankda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib. 2011-ci ildən yeni yaradılmış "Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV” telekanalının direktoru olub, 19.09.2016-cı il tarixindən indiyədək ARB Media Qrupun rəhbəri, "ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Prezident İlham Əliyevin 04 aprel 2020-ci il tarixində imzaladığı sərəncama əsasən İ.R.Səttarov Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

06 aprel 2020-ci il tarixdən etibarən isə MTRŞ-na yeni sədr təyin olunub.

Ailəlidir, bir övladı var.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ