SON DƏQİQƏ

Prezident Ağsuya iki milyon manat ayırdı

Tarix:

13-09-2019, 19:30

/ 1 015 dəfə oxundu.
Prezident Ağsuya iki milyon manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə sərəncam verib.

Sərəncama əsasən baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat Ağsu Rayon İcra Hakimiyyətinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ