SON DƏQİQƏ
» » "Sevincim böyük olduğu qədər, kədərim də böyükdür"

"Sevincim böyük olduğu qədər, kədərim də böyükdür"

Tarix:

7-12-2020, 08:32

/ 4 482 dəfə oxundu.
"Sevincim böyük olduğu qədər, kədərim də böyükdür"

 Musahibimiz müxtəlif  dövlət  işlərində işləyən, həmişə dövlətçiliyi dəstəkləyən, Dövlətə, Xalqa bağlı olan və bu yolda gəncləri maarifləndirən respublikamızın gənc ziyalısı Həmzəyeva Sevinc Məhəmməd qızıdır.

-Sevinc xanım, biz qalib gəlmiş ölkənin vətəndaşlarıyıq bu qüruru necə yaşayırsınız?

-Bəli, Ana vətən, başın sağ olsun , şəhidlərin var. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.Şəhid  verən anaların qaşısında baş əyirəm. AZƏRBAYCAN  XALQI QÜDRƏTLİ, QƏHRƏMAN  OĞULARIYLA SEÇİLƏN XALQDI. Bu  gün  bütün dünyaya sübut etdi ki, bu xalqın sevgisi, gücü  danılmazdı.
 Bəli, 44 gün  müharibə etdi mənim  Vətən oğullarım və mənfur düşməni məğlub etdilər. Zəfər çaldı Azərbaycan ordusu. Cənab Prezidentin  böyük siyasəti  və xalqına olan sevgisi, bu  xalqın birliyi  dünyaya səs saldı. Azərbaycanın cəsur oğlanlarının  igidliyi, mərdliyi  göründü. Bizim analar Tomris qeyrətli, onlar dünyaya qəhrəman, polad biləkli oğullar gətirib və gətirir. Məhz bu oğulların, Ali Baş komandanın düzgün siyasi taktikası  sayəsində biz qalib gəlmiş ölkənin vətəndaşı olduq. Biz onlarla fəxr edirik, qürur duyuruq. Bu gün şəhid verən analar "Vətən sağ olsun" deyir. Bu gün Azərbaycan bir ailə və Azərbaycan Qarabağdır!

-Sevinclə bərabər bir kədər də yaşadınız...

- Mən Vətən həsrətli Cəbrayıllı övladıyam.   O yerlərin həsrətilə yaşayırdım. Bu gün sevincim böyük olduğu kimi,kədərim də böyükdür .  Gəncə, Bərdə və Tərtərin raketlərdən  atəşə tutulması, mülki insanların ölümü,   şəhidlərimizin mənə acı bir xatirə yaşadacağı
unudulmayacaq bir həqiqətdi.Ancaq biz məğrur xalqığ.
 Mən Yeni Azərbaycan Partiyasının üzvü,  bir müəllimə və bir ana olaraq vətənim,  dövlətim üçün canımdan qanımdan keçməyə hazıram.  Vətən bizim canımız, şanımız, şöhrətimizdi.
 
-Sevinc xanım,  ön cəbhədə olmaq ürəyinizdən keçdimi?

-Bəli, istədim, lakin  ehtiyac olmadığını dedilər. Mən arxa cəbhədə əlimdən gələn köməyi əsirgəmədim.Şəhid tələbələrimizin ailələri ilə görüşdüm, yaralı qazilərimizlə görüşdüm,köməyimi əsirgəmədim.
Mənim bir arzum var: bu xalq bir yumruq kimi birləşdi. Düşmənin belini qırdı, başını əzdi. Və bir daha bu yumruq açılmasın.
 Ali Baş Komandana olan böyük sevgimizi və onun ətrafında sevgi dolu birliyimizi qoy bütün dünya bilsin. Və görsün ki, bu xalqın sevgisi də, gücü də tükənməzdi...
Bu gün bir daha xalqıma baş sağlığı verirəm  Allah şəhidlərimizin məkanın cənnət eləsin. Amin. Ruhunuz qarşısında baş əyirik!
GunAz.az

 


скачать dle 12.1

Şərhlər