SON DƏQİQƏ

Müxalifət nədən NARAZIDIR

Tarix:

19-11-2020, 15:44

/ 6 540 dəfə oxundu.
Müxalifət nədən NARAZIDIR

Tağı Əhmədov: «Ali Baş Komandan İlham Əliyev ulularımızdan ərməğan qalan qəhrəmanlıq tariximizin yeni səhifələrini yazdı»

«Bu gün hər birimiz qürurla söyləyirik ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, xalqımızın mədəniyyət beşiyi, sənətkarlar yurdu Şuşa, igidlər oylağı Cıdır düzü, tarixlərin şahidi Xudafərin körpüsü bizimdir. Bir sözlə, Qarabağ bizimdir. Uğrunda şəhidlər verdiyimiz Qarabağ Azərbaycandır». Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri, peşəkar dəmiryoluçu, Əməkdar mühəndis Tağı Əhmədov «Azad Azərbaycan» qəzetinə müsahibəsində bildirib.

İşğaldan azad olunan torpaqlarımız əsl sahiblərini gözləyir 

- Tağı müəllim, 44 günlük 2-ci Qarabağ müharibəsibaşa çatdı. Siz əldə edilmiş bu qələbənin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Ərazi bütövlüyü uğrunda haqq mübarizəsinə başlayan Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə məqsədinə nail oldu. Sentyabrın 27-dən başlanan bu mübarizədə bütün dünya ictimaiyyəti Azərbaycanın müstəqilliyinin əbədiliyinə, iqtisadi qüdrətimizə, xalqımızın yenilməzlik əzminə, Milli Ordumuzun rəşadətinə, xalq-iqtidar birliyinin gücünə şahid oldu. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, faşist ideologiyasını, terrorçuluğu dövlət siyasətinin əsas prinsipləri kimi davam etdirən Ermənistana layiq olduğu cavab, baş nazir Nikol Paşinyana isə heç vaxt unuda bilməyəcəyi dərs verildi. Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı, müəllifi, Azərbaycanı dünyada qüdrətli dövlət kimi tanıdan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ulularımızdan ərməğan qalan qəhrəmanlıq tariximizin yeni səhifələrini yazdı. Xalqa müraciətlərində torpaqlarımızın işğaldan azad olunacağını əminliklə bildirən, dünyanın tanınmış siyasətçiləri arasında adı ön sırada çəkilən Prezident İlham Əliyev diplomatiyada, hərbi sahədə də fərqləndiyini göstərdi. 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edən Milli Ordumuz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər beynəlxalq qurumların qəbul etdikləri, ancaq icra mexanizmi «unudulan» qətnamələri döyüş meydanında reallaşdırdı. Xalqımız Vətən müharibəsini qələbə ilə başa çatdırdı. Ermənistanın və havadarlarının işğalçılıq siyasətinə haqq qazandırmaq üçün bütün bəhanələrə son qoyuldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq nə status-kvo var, nə təmas xətti, nə də millətlərin öz müqəddəratını təyin etmək kimi sərsəm iddialar. Bir-birinin ardınca işğaldan azad olunan torpaqlarımız əsl sahiblərini gözləyir. Bu gün hər birimiz qürurla söyləyirik ki, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, xalqımızın mədəniyyət beşiyi, sənətkarlar yurdu Şuşa, igidlər oylağı Cıdır düzü, tarixlərin şahidi Xudafərin körpüsü bizimdir. Bir sözlə, Qarabağ bizimdir. Uğrunda şəhidlər verdiyimiz Qarabağ Azərbaycandır! Azərbaycanın hər bir vətəndaşının qürurlanmağa haqqı vardır. Bu qüruru bizə Ali Baş Komandan, Milli Ordumuzun qalib əsgərləri yaşatdılar.
 Uzun illər qürbətdə qalan Şuşada azan səsinin eşidilməsi bütün xalqımızı duyğulandırdı

- İllər sonra biz torpaqlarımıza qovuşuruq. Sizcə bu hiss necə duyğudur?

- İkinci Qarabağ döyüşlərində qazanılan zəfər təkcə hərbi qüdrətimizin deyil, Azərbaycanın diplomatiyada da qazandığı uğurdur. İllərdən bəri işğalçı, terrorçu, faşizm ideyalarına sadiq dövlət olsa da, ermənipərəst dairələr tərəfindən dəstəklənən Ermənistanın havadarları da Azərbaycan Ordusunun qələbəsindən nəticə çıxarmalıdırlar. Ermənistanın ərköyünlüyünə öz maraqları naminə dözənlər, beynəlxalq hüquq normalarını unudanlar, qətlə yetirilən, Qərbi Azərbaycandan, Qarabağdakı doğma torpaqlarından qovulan azərbaycanlıların faciəsini, erməni vandallarının törətdikləri Xocalı soyqırımına göz yumanlardır. «Münaqişənin hərbi yolla həlli yoxdur» deyənlərə, işğalçıya təsir və təzyiq göstərməyənlərə də Prezident İlham Əliyev mübarizlik, azadlıq uğrunda mücadilə, liderlik dərsi keçdi. Ədalət qanunlarının gücünü ölkəmizin hərbi qüdrəti ilə göstərdi. Ermənistan tərəfindən vuruşan muzdlulara qalib gələn Azərbaycan Ordusu terrorizmə qarşı mübarizədə də əzmkar olduğunu göstərdi. Uzun illər qürbətdə qalan Şuşada azan səsinin eşidilməsi bütün xalqımızı duyğulandırdı. Doğmalarının səsi üçün qəribsəyən boynubükük xarı bülbül cana gəldi.Rusiya-Azərbaycan Prezidentləri, Ermənistanın baş naziri tərəfindən doqquz bənddən ibarət üçtərəfli Bəyanatın imzalanması ölkəmizin tam və qəti qələbəsinin rəsmi təsdiqi, işğalçı dövlətin hərbi kapitulyasiyasıdır.Qələbəmizin əsas qəhrəmanı Ali Baş Komandan, Azərbaycanın zabit və əsgərləridir!
Məgər Paşinyan dərk etmirdi ki, BMT-nin 4 qətnaməsini həyata keçirtməyəndə sonu belə olacaq? Gərək öz millətini xırmanda buğdaya doluşmuş sərçə kimi qırdıraydı? O, özünü korluğa qoymuşdu, bütün dünyaya elan edirdi ki, bizdən heç qırılan yoxdu, qırılan meyitləri belə ermənilər qəbul etmirdi ki, bizə lazım deyil. Ona görə də dünya gözünü açmalıdır, baxmalıdır ki, dünyada olan 7 milyard insan dostcasına yaşamalıdır.
«Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri. Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, «müstəqil» dövlətdir”. Bunlar uzun illərdir müstəqil dövlət kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla.Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var» söyləyən Prezident İlham Əliyev sınaqlardan çıxan Azərbaycan xalqının gücünü, müstəqilliyimizin əbədiliyini uzaqgörən siyasəti ilə təsdiqləyir. Bu istəyimizə xalqımızın birliyi, ordumuzun qüdrəti ilə nail olduq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bizim torpaqlar iki yüz ilə qədər işğal oluna-oluna gedib. Düz iki yüz ildən sonra biz torpaqlarımıza qovuşuruq. Bu elə-belə deyil Ali Baş Komandanın səyi, onun dost münasibətlərindən, qüdrətli Ordu yaratmasından və qüdrətli ordumuzun səyi nəticəsində tamamlanıb. 1990-93-cü illərdə keçmiş SSRİ ordusunun səyi nəticəsində 3 ilə alınan torpaqlarımız cəmi 44 günə geri qaytarıldı. Bu Yeni Azərbaycan Partiyasının sədri Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində baş vermişdir. Bu qələbə tarix dərslərinə və döyüş taktikalarında geniş istifadə olunacaq. Bu gün Kəlbəcərin qaytarılmasında barbarlıq görün nə dərəcədədir ki, ermənilər çıxanda evləri, meşələri yandırırlar, bu millətdən kənar bir erməni məxluquna məxsusdur. İşğal olunmuş rayonlarımızda bütün mülki, dövlət obyektləri dağıdılmış, yox edilmişdir. Ali Baş Komandan demişkən: "Biz bütün evləri, müəssisələri bərpa edərək əvvəlki vəziyyətindən də yaxşı hala gətirəcəyik. Amma Ermənistan bu dağıntılara görə Beynəlxalq məhkəmələr qarşısında cavab verəcəkdir”.
Bir gürcü siyasətçisi ermənilərə məsləhət verir ki, siz qonşularla münasibətinizi düzəldin. Siz heç kimlə yola getmirsiniz, siz mono millətsiniz, mono millət ola-ola heç kimi bəyənmirsiniz, heç kim də sizi bəyənmir ona görə də Allah da sizi bəyənmir. Bəli erməni milləti bu gün dünyanın ən geridə qalan millətidir. Onlar başa düşmürlər ki, bu talançılıqlarını təzminatla ödəməlidirlər, erməni dövləti bu təzminatı ödəməsə, biz bunu Zəngəzur torpaqları ilə əvəzləşdirə bilərik.Bu gün iki cüt bir tək olan ermənilər Gürcüstandan da, Türkiyədən də torpaq istəyir.Onların gözü doymur, hətta Rusiyanın Krasnodar vilayətindən muxtariyyət istəyirlər. Görün nə qədər rəzil bir millətdirlər.
Türkiyənin siyasi və mənəvi dəstəyi qələbənin qazanılmasında çox böyük rol oynadı
- Tağı müəllim,Vətən müharibəsi Azərbaycan xalqına həmçinin dost olan ölkələrin bir təsdiqi oldu
- Bəli, mən ilk növbədə qardaş Türkiyənin dəstəyini qeyd etmək istərdim. Qarabağ müharibəsini izləyən hər kəs bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının şahidi oldu. Ermənistanın torpaqlarımızı işğal etdiyi gündən bütün səviyyələrdə xalqımızla bir olduğunu göstərən Türkiyə bu ağır günlərdə də Azərbaycanın yanında olduğunu siyasi, mənəvi dəstəyi ilə bildirdi. Bütün dünya birliyi «Bir millət, iki dövlət» aforizminin qüdrətini, gücünü, etibarını gördü. Azərbaycanın Ermənistan üzərində qələbə xəbərini «Azərbaycan gülərsə biz də gülərik, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik» söyləyən türk dünyasının öndəri Mustafa Kamal Atatürkün anım gününə təsadüf etməsi Tanrının bu qardaşlığa xeyir-duasıdır. Vətən savaşında müstəqilliyinin əbədiliyini, torpaqlarımızın bütövlüyünü növbəti dəfə dünyaya bəyan edən Azərbaycanın terrorçu Ermənistan üzərində qələbəsini xalqımızla birgə qeyd edən Türkiyə rəsmilərinin qeyd etdiyi kimi gücümüzü, birliyimizi dünyaya göstərdik. Bu həmrəylik göstərdi ki, dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın ölkələr yoxdur. Azərbaycanın və Türkiyənin küçə və meydanlarında qoşa dalğalanan dövlət bayraqları hər iki xalqın sevincini bölüşən birlik rəmzidir. Biz tarixi anlar yaşayırıq. Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi əməliyyatların başlandığı ilk günlərdən söylədiyi «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır»” sözləri erməni havadarlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Qardaş ölkənin bütün rəsmi şəxsləri xalqımızla birliklərini ifadə etdilər. Bu qardaş dəstəyi isə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Ermənistan kimi bütün dünya anladı ki, Azərbaycan xalqının səbri ilə oynamaq asan deyil. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı zəfər salnaməsi kimi qalacaq. Məqsəd bu idi ki, qısa müddət ərzində az itkilərlə düşmənə sarsıdıcı zərbə vurulsun, işğalçı torpaqlarımızdan birdəfəlik çıxsın. Döyüş meydanında qazanılan uğurlar siyasi müstəvidə, diplomatiyada davam etdirilir. Şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, müdafiə qüdrətimiz sayəsində həm döyüş meydanında, həm də danışıqlar masası arxasında biz istədiyimizə nail olduq. «Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq» söyləyən Ali Baş Komandan sona qədər gedəcəyini, heç bir qüvvənin Azərbaycan Ordusunun qarşısını ala bilməyəcəyini diqqətə çatdırır. Bəyanatda qeyd olunan, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq sülhməramlı mərkəzdə təmsil olunacaq Rusiya və Türkiyə hərbçilərinin fəaliyyətinin səmərə verəcəyinə inamını ifadə edən dövlət başçımız əminliklə ifadə edir ki, gələcəkdə bu əməkdaşlıq formatı daha çoxşaxəli ola bilər.
 30 ilə yaxındır ki, mühasirədə qalmış Naxçıvana yol açılır
- Bəyanatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi ilə bağlı bəndin salınması tarixi əhəmiyyətə malikdir. Təbii ki, Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvana birbaşa nəqliyyatın bərpa olunması Türkiyə və başqa dövlətlərlə də əlaqələri möhkəmləndirəcək, tərəfdaş ölkələrin iqtisadi inkişafına yeni imkanlar yaradacaq…
- Bəli, ilk olaraq İpək yolunun çəkilişi Bakı-Tbilisi-Qars dəmir yolunun ən əsas hissəsi artıq gəlib Naxçıvanın tam yaxınlığına çıxıb. Yeni Azərbaycan Partiyasının nəşr olunmuş kitabında nəqliyyat üzrə mənim böyük bir məqaləm gedib. O məqalədə göstərmişəm ki, Qarsa qədər dəmiryolu gedirsə Qarsdan Naxçıvana tam yaxındır. Sədərəyə qədər bizdə dəmiryolu var. Bu yolla Bakı-İrəvan qatarı da 1989-90-cı illərə qədər fəaliyyətdə olub. Naxçıvan ərazisində bu dəmir yolu indii işlək vəziyyətdə olsa da Ermənistan ərazisində bu dəmir yolu tamamilə dağılıb. Bu yol Qars dəmir yoluna birləşərək ilkin olaraq Avropaya çıxış yaradacaq. Əlbəttə bu Ulu Öndərin vaxtından qeydə alınmış layihə idi. Bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu layihə həyata keçiriləcək. Eyni zamanda ikinci xöşbəxtlik onda oldu ki, Naxçıvana quru yolunun açılışı istər qərb tərəfdən, istərsə də köhnə dəmiryolu - hansı ki, Zəngilandan Meğridən keçirdi, bu bərpa olunur. Bu isə təxminənBakı-Tbilisi-Qars yolunu 365 km qısaldır. Bu yol ekonomik və Türk dünyasına çıxış tərəfindən çox sərfəlidir. Uzun illərdir, 30 ilə yaxındır ki, mühasirədə qalmış Naxçıvana istər Qərb tərəfdən, istərsə də cənub tərəfdən yol açılır. Bu Naxçıvanın həm inkişafında, həm gələcəyində böyük rol oynayacaq. Bilirik ki, Naxçıvanda 72 adda zəngin mineral sular çıxır. Biz isə cəmi ikisindən istifadə edirik Badamlı və Sirabdan. Bundan əlavə Naxçıvanda çıxan Vayxır suyu dünyada misli görünməyən mineral tərkibli sudur. Hal-hazırda Naxçıvan blokada vəziyyətində olduğundan bu suların dünyaya çıxarılmasını təminedə bilmirik. Naxçıvanın duzuna gəldikdə isə bu duzun keyfiyyətindən heç yerdə yoxdur. Naxçıvanın təbii sərvətini saymaqla qurtarmaz, Allah qoysa yol açılandan sonra bunlar yavaş-yavaş üzə çıxacaq. Bizim ən böyük xöşbəxtliyimiz ondadır ki, rayonlarımızın alınmasında, xüsusən də Kəlbəcər, Laçın, Zəngilan ümumiyyətlə işğaldan azad olunmuş rayonların hamısında zəngin sərvətlərimiz yatır. Bunlar gələcəkdə Azərbaycanın xöşbəxtçiliyi deməkdir.

 Ermənistan yaxşı qonşuluq etsə çox şey qazanar

- Tağı müəllim, əgər Naxçıvana dəmiryolu istifadəyə verilsə, bundan Ermənistan daistifadə edə biləcəkmi?
- Əgər İrəvan istəsəydi Bakı-Tbilisi-Qars, Bakı-İrəvan-Qars ilə əvəzlənə bilərdi, Bakı-Tbilisi-Ərzurum, Bakı-İrəvan-Ərzurum ola bilərdi. Cənab Prezident demişkən: "Əgər yaxşı qonşuluq etsəydiniz, siz də Gürcüstan kimi yağ içində böyrək kimi yaşayardınız”. Amma onlar özlərinin başsızlığından belə bir tora düşdülər. Biz onu Ermənistandan çəkməli olsaq, onlar da istifadə edə bilər, Avropaya çıxışları yaranacaq. Bizimlə Türkiyə arasında yaranan "Dostluq körpü”müz var, bu körpü Ulu öndər Heydər Əliyev və Türkiyənin prezidenti Süleyman Dəmirəlin səyi nəticəsində yaranmışdır və bu gün həmin dəmiryolu da oistiqamətdə birləşdirilə bilər. Ermənistan qonşuluq etsə çox şey qazanar. Təəssüflər olsun ki, Ermənistan qonşuluq edə bilmir, hələ də yatır. Ən başlıcası isə bu yolun çəkilişi bölgədə sabitlik, əmin-amanlıq yarada bilər.

   Paşinyan tam şəkildə məğlub olduğunu etiraf etdi

- Sizcə, Ermənistanın bu məğlubiyyət aktına qol çəkməsinin əsas səbəbi nə oldu?
- Səbəbini fikrimcə,bunu xalqa müraciətində Ermənistan baş naziri Nikol Paşinyanın özü deyib. O bildirib ki,Araik Arutunyan və o xaosa səbəb olmamaq üçün acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdir. Niyə sənədi imzalamadan əvvəl xalqla məsləhətləşmədiyinin səbəbini isə o, belə izah edib ki, "xalqa acınacaqlı vəziyyət haqqında məlumat versək, ciddi çaxnaşmalar ola bilərdi. Bu sənədi imzaladıqdan sonra mən yalnız siyasi deyil, həm də fiziki cəhətdən təhdid altında olacağımı bilirdim. Amma mənim üçün 25 min əsgərimizin həyatını xilas etmək daha vacib idi". Görürsünüzmü, Paşinyan tam şəkildə məğlub olduğunu etiraf edib.

    Radikal müxalifət qələbənin əhəmiyyətini azaltmağa çalışır

- Tağı müəllim, radikal müxalifətin bəzi nümayəndələri bu qələbənin əhəmiyyətini azaltmaq istəyir. Sizcə onlar niyə belə edirlər?

- Azərbaycan xalqı 30 ilə yaxın idi Dağlıq Qarabağın və ətraf yeddi rayonun həsrəti ilə yaşayırdı. 44 günlük hərbi əməliyyatlarla və bəyanatın imzalanması ilə Ali Baş Komandanımız, Ordumuz xalqımızın xəyal və arzularını reallığa çevirdi.Azərbaycanın hərbi gücü qarşısında təkcəErmənistan yox, bütün dünya heyrət içində qaldı. Dostlarımız sevindi, düşmənlərimizin bağrı çatladı. Azərbaycanın bu zəfəri hələ uzun illər deyiləcək və tarix kitablarına düşəcək. Bu gün hamı etiraf edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında xalqımız 44 gün ərzində möhtəşəm bir Qələbə qazandı.Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və başqaları yeni siyasi münasibətlərin formalaşdığı bir dövrdə 50 siyasi partiyanın dəstək verdiyi bəyanat və müraciətlərə imza atmadılar. Sadəcə bəyanat verərək bildirdilər ki, biz dövlətimizin yanındayıq. Lakin torpaqlarımız qarış-qarış azad olunduqda sevinsələr də, atəşkəsbəyanatı imzalanmasından yenə də narazı qaldılar. Onlar son qələbəyədək müharibənin davam etdirilməsini daha məqsədəuyğun saydılar."Biz 1992-ci ildə rus qoşunlarını Azərbaycandan çıxardıq, bunlar qaytardılar” - dedilər. Onlar 9 maddədən ibarət bəyanatın hər bir bəndini təftiş edib, hər bir bənd üzrə ictimai fikri yanlış istiqamətə yönəldirlər.
AXCP-Müsavat cütlüyü və "Milli Şura” təmsilçiləri müharibənin müsbət nəticələrini inkar edir, "əraziləri ermənilərdən alıb ruslara verdik”,– deyirlər. Biz Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Kəlbəcəri, Laçını, Ağdamı,Şuşanı öz nəzarətimiz altına almışıq, sülhməramlı qüvvələr Türkiyə ilə birlikdə bu rayonlara yox, məhz keçmiş Dağlıq Qarabağ ərazisinin bir hissəsinə - Xankəndi, Xocalı, Xocavəndin bir hissəsinə nəzarət edəcək.Azərbaycan müxalifəti yaxşı başa düşür ki, qalib gəlmiş Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi siyasi hakimiyyətin reytinqi bu dəqiqə ən yüksək səviyyəyə qalxıb və uzun müddət də düşməyəcək. Onlar başa düşürlər ki, artıq İlham Əliyev iqtidarına qarşı müxalifətdə olanları xalq qəbul etməyəcək. Ona görə də maksimum çalışırlar ki, qələbənin əhəmiyyətini azaltsınlar.
- "5-ci kolon” yaman narahatdır…
- Düz deyirsiniz, hazırda Azərbaycanda möhkəm iqtidar-xalq birliyi formalaşmışdır. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasəti dəstəkləyir, milli birlik nümayiş etdirərək torpaqlarımızın işğaldan azad edilməsi prosesində fəal iştirak edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə və şöbə əməkdaşları ilə sıx təmas saxlamaqla fəaliyyət göstərirlər. Ölkəmizdə mövcud olan hazırkı möhkəm ictimai-siyasi sabitlik və milli birlik xaricdə olan anti-Azərbaycan dairələri və qüvvələri, onların Azərbaycandakı əlaltıları olan 5-ci kolonun nümayəndələrini bərk narahat edir. Onlar bu həmrəyliyin pozulması üçün cidd-cəhdlə çalışırlar. Şübhə etmirəm ki, onların bütün cəhdləri boşa çıxacaq, bu proseslərdə 5-ci kolonun nümayəndələri özlərini tam ifşa etməklə süquta uğrayacaqlar. 

- Tağı müəllim maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Bilman ALLAHVERDİYEV


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ