SON DƏQİQƏ
» » Xocalı soyqırımını törədən erməni terrorçuları öz cəzalarını alırlar

Xocalı soyqırımını törədən erməni terrorçuları öz cəzalarını alırlar

Tarix:

5-11-2020, 15:25

/ 5 349 dəfə oxundu.
Xocalı soyqırımını törədən erməni terrorçuları öz cəzalarını alırlar


Əhməd Oruc: «Dünya birliyi vaxtında ermənilərə dur, dayan desəydi indiki kimi qanlı döyüşlər olmazdı»

 

Müsahibimiz Azadlıq Partiyasının sədri Əhməd Orucdur.
- Əhməd bəy artıq bir aydan çoxdur ki, müharibə gedir, bu müddət ərzində əldə etdiyimiz uğurları necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, Azərbaycan xalqı tariximizin çox böyük, şərəfli, qudsal dönəmini yaşayır. Bütün azərbaycanlıların torpaqlarımızın azad olması ən böyük arzusudur. Qəhrəman Azərbaycan Ordusu, Ali Baş Komandanımız İlham Əliyev xalqımıza zəfər müjdələri verir. Hər gün bir kəndimiz, bir şəhərimiz işğaldan azad olunur. Bu Tarix Azərbaycanın qürurverici tarixidir, şəhidlərimizin, yaralılarımızın olmasına baxmayaraq Vətənənin azad olunması yolunda millətimiz qürurludu, məğrurdu. Son bir ayın tarixi hesab edirəm ki, yaxın 100 illiklərin ən şərəfli tarixi günlərindən olacaq. Mən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm, şəhid ailələrinin hər birinin qarşısında baş əyirəm və onlara bildirmək istəyirəm ki, bu torpaqları bizə onların övladları Vətən etdi. Onların övladları öz həyatlarını ən müqəddəs amala fəda etdi. Biz hamımız bir gün öləcəyik, amma bu Vətən durduqca şəhidlərimiz sağdırlar, ayaqdadırlar. Onlar öz qanları ilə bu Vətən torpağının hər qarışını müqəddəsləşdirdilər.
- Ermənistan tərəfi Azərbaycanın dinc sakinləri və mülki obyektləri qadağan olunmuş silahlarla, raketlərlə vurur. Onların bu hərəkəti Beynəlxalq Haqa Məhkəməsinə və digər məhkəmələrə gedib çatacaqmı?
- Açığıı Azərbaycan prokurorluğu konkret hər bir cinayət işi ilə araşdırmalar aparmağa başlayıb. Mən ümid edirəm ki, həmin cinayət işləri sonda beynəlxalq tribunallara göndəriləcək. Dünya birliyinin bu cinayətlərə hansı münasibət bəsləyəcəyi bəlli olmasa da ordumuz tərəfindən həmin canilər öz cəzalarına çatırlar. Azərbaycan xalqına qarşı cinayətdə iştirak etmiş minlərlə erməni terrorçusu, o cümlədən Xocalı soyqırımı iştirakçıları öz cəzalarını alırlar. Dünya birliyi vaxtında ermənilərə dur, dayan desəydi indiki kimi qanlı döyüşlər olmazdı. Uzun müddət böyük dövlətlər, o cümlədən Minsk qrupunun həmsədri olan ölkələr, ədalətli mövqe nümayiş etdirməyib, əksinə təcavüzkara - ermənilərə dəstək verirlər. Regionda və dünyada Türkiyənin yerinin və rolunun dəyişməsi ilə ermənilər öz layiq olduğu cəzalarını aldılar. Bütün dünya bilir ki, ədalət bizim tərəfimizdədir. Təcavüzə məruz qalan bizik, bütün döyüş əməliyyatları bizim ərazimizdə gedir. Ən dağıdıcı raketlərlə bizim şəhərlərimiz, kəndlərimizi atəşə tuturlar.
- Sizcə, Qarabağ müharibəsinin ikinci mərhələsi nə qədər uzana bilər, müharibənin sonunu necə görürsünüz?
- Mən hesab edirəm ki, Azərbaycan Ordusu çox doğru taktika ilə əməliyyatlar aparır. İtkilərimizin az olması üçün ərazilərdə əvvəlcə ciddi təmizləmə işləri aparılır. Azərbaycan xalqının ordusuna dəstəyi tamdır və sona qədər də ordusunun arxasındadır. Azərbaycanın bu döyüşü qalibiyyətlə başa çatdırması üçün hər cür resursu var. Ümid edirəm ki, yaxın bir neçə gündə Laçın koridoru bağlanacaq və ermənilər təslim aktını imzalamağa məcbur olacaq.
- Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması sizin partiyanı qane edirmi və sizin bunda rolunuz nədən ibarətdir?
- Azərbaycanın haqlı mübarizəsi ilə bağlı dünya yetərincə xəbərdardır. Qarabağ problemini dünyanın super gücləri yaradıb və problemin uzanmasında onlar maraqlıdırlar. Bizdə belə bir səhv fikir formalaşıb ki, guya biz həqiqəti dünyaya çatdırsaq dünya dövlətlərinin münaqişə ilə bağlı mövqeyi dəyişəcək. Bu belə deyil. Əslində bu problemi dünya yaradıb və bunun mahiyyətini, Azərbaycan ərazisində ermənilərə dövlət yaradılmasının nə nəticələr verəcəyini onlar bizdən də yaxşı bilir. Gördünüz ki, BMT Təhlükəsizlik Şurası son yığıncağında vasitəçi dövlətlər, dünyanın super gücləri erməniləri müdafiə etməyə münaqişə ilə bağlı haqsız bir qətnamə qəbul etməyə çalışdılar. Ona görə hesab edirəm ki, əsas diqqəti torpaqlarımızın azad olunmağına, öz haqqımıza sahib durmağa yönəltməliyik, əsas məsələ budur.
İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ