SON DƏQİQƏ
» » "Ordu-xalq bir yerdə olanda "beşinci kolon" da işə yaramaz"

"Ordu-xalq bir yerdə olanda "beşinci kolon" da işə yaramaz"

Tarix:

26-10-2020, 20:31

/ 5 009 dəfə oxundu.
"Ordu-xalq bir yerdə olanda "beşinci kolon" da işə yaramaz"

Yunus Oğuz: "Daxildəki siyasi partiyalar dövlətlə, hakimiyyətlə, Ali Baş Komandanla həmrəydirlər"

Rusiya Federsiyası və Fransanın ardınca Birləşmiş Ştatlardan da humanitar atəşkəslə bağlı çağırış gəldi və oktyabrın 26-ı, saat 8-dən etibarən humanitar atəşkəs rejimi qüvvəyə mindi. Ancaq təəssüflər olsun ki, hər dəfə olduğu kimi bu dəfə də əldə edilən humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu və yenidən düşmən ölkə Azərbaycanın mülki obyektlərini hədəfə aldı.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin atəşkəs çağırışları və bunu şərtləndirən səbəblər barədə danışan Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz "OLAYLAR"-a verdiyi müsahibədə bütün bunların Azərbaycana yönəlik beynəlxalq təzyiqlərin tərkib hissəsi olduğunu söyləyib. O, bildirib ki, həmsədr ölkələr problemin həllində maraqlı olsaydılar ilk növbədə Ermənistandan atəşkəsə əməl etməyi, eyni zamanda Azərbaycanın işğal altında olan ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılmasını tələb edərdilər.

MVP sədri müsahibədə Ermənistanın hazırkı siyasi, iqtisadi və hərbi vəziyyətinə də nəzər salıb.

 

-Yunus bəy, Rusiya və Fransadan sonra Birləşmiş Ştatlar da Azərbaycan və Ermənistana humanitar atəşkəslə bağlı müraciət etdi və bu gündən humanitar atəşkəs rejimi qüvvəyə mindi. Maraqlıdır, 30 ilə yaxın problemin həllində maraqlı olmayan həmsədr ölkələrin indi fəallaşması nədən irəli gəlir?

-Öncəliklə nəzər almaq lazımdır ki, erməni diasporu dünyada çox güclüdür. 2 milyona yaxın erməni Rusiyada, bir o qədər Amerikada, 1 milyona yaxını isə Fransada yaşayır. Hər üç ölkə də ATƏT-in Minsk Qrupunun həmsədridir. Guya bunlar münaqişəni, hazırda isə müharibə vəziyyətinə keçən prosesi tənzimləyən ölkələr idi. Məlumat üçün qeyd edək ki, oktyabr ayının 10-da Rusiyanın, 17-də isə Fransanın təkidi ilə humanitar atəşkəs elan edildi. Bu dəfə isə Birləşmiş Ştatlar humanitar atəşkəs barədə çağırış etdi və atəşkəs elan olundu. Oktyabrın 29-da isə hər üç ölkənin həmsədrlərinin görüşü nəzərdə tutulur. Görünən odur ki, beynəlxalq aləm tərəfindən Azərbaycana ciddi təzyiqlər var ki, hərbi əməliyyatları dayandırsın. Azərbaycan da öz növbəsində bəyan edir ki, mən sülh istəyirəm. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, biz sülh istəyirik. Ancaq şərtimiz odur ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qəbul etdiyi qərtnamələr hökmən yerinə yetiirilsin. Əgər siz bunu təmin edə bilmirsinizsə, o zaman biz həmin qətnamələri icra edir və ərazilərimizi təmizləyirik. Bu da tamamilə doğru addımdır.  Biz də sülhün tərəfdarıyıq. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan sülhə meyilli görünmür. İddia edir ki, ilkin varianta qayıtmaq lazımdır. Təsəvvür edin şəhid olub xəsarət alan əsgərlərimizin, ətraf şəhər və rayonlarda ermənilərin raket hücumları nəticəsində həlak olan mülki vətəndaşlarımızın qanı yerdə qalmalıdır? Artıq status-kvo, həmçinin muxtariyyat yoxdur. Belə olan halda oktyabrın 29-da nə müzakirə ediləcək maraqlıdır. Çünki Nikol Paşinyan ona getməyəcək. Əgər Paşinyan buna getsə, o halda devriləcək. ATƏT-in Minsk Qrupunun həmsədrləri Paşinyanı məcbur edə biləcəklərmi ki, Azərbaycanın şərtlərini qəbul etsin?. Hazırkı situasiyada Azərbaycan üstün tərəfdir və Azərbaycanın diktəsi ilə də ərazi bütövlüyümüz bərpa edilməlidir. Ancaq beynəlxalq aləm də öz növbəsində Azərbaycana təzyiqlər göstərir. Bütün bunların fonunda Azərbaycan Ermənistan ərazisindən raket zərbəsinə tuş gəlir, yaşayış məskənlərinə mərmilər atılır. Bu faktı da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq aləmə sübutlarla çatdırır. Eyni zamanda beynəlxalq aləmə çatdırıldı ki, BMT Konvensiyasına görə özünümüdafiə haqqımızı icra edəcəyik. Göründüyü kimi ermənilər beynılxalq hüquq vəı normaları pozan hər şeyi edir. Yeniyetmə, məktəb yaşlı qızların əllərinə silah verib onları döyüşə hazırlayırlar. Sabah işğal altında olan Azərbaycan ərazilərində həmin uşaqları ermənilər özləri öldürüb dünyaya yalandan hay-həşir salarlar ki, Azərbaycan tərəfi uşaqları da qətlə yetirir. Eyni zamanda Ermənistan Müdafiə Nazirliyi də eyni vəziyyətdədir. Həm hərbi güc, həm də ərzaq təminatı baxımından çətin durumdadırlar. Erməni müdafiə nazirinin əsgərlərlə görüşündən yayılan fotolardan göründüyü kimi erməni əsgərlərinin bəzilərinin hərbi ayaqqabısı belə yoxdur. Yaxud əsgərlər quru çörəklə qidalanır. Bütün bunlar Ermənistanın siyasi, iqtisadi, hərbi durumunun göstəricisidir.

-Bu arada Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə görüşündən yayılan fotolarda onların əynində Azərbaycan əsgərlərinin hərbi formalarının olduğu aydın sezilir

-Tamamilə doğrudur. Nazir Tonoyanın erməni əsgərlər fotolarında bu aydın görünür. Məlumat əldə edilib ki, Azərbaycan hərbiçilərinin formaları Şuşaya gətirdikləri PKK terrorçularına geyindirilir. Sonradan isə həmin terrorçuları özləri öldürüb dünyaya məlumat yayacaqlar ki, guya onlar Azərbaycan tərəfindən muzdlu kimi döyüşüb. Bu fakt barədə də dərhal Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev beynəlxalq aləmə məlumat verib. Ancaq düşünürəm ki, bu faktın üzərində ciddi dayanmaq lazımdır.

-Sizcə Amerikadan gələn atəşkəs çağırışı okeanın o tayında keçiriləcək prezident seçkilərində erməni lobbisinin səsini qazanmağa hesablanmayıb?

-Düşünmürəm ki, humanitar atəşkəs çağırışı prezident seçkiləri ilə əlaqədardır. Əgər Bayden Trampı qızışdırmasa, heç Ağ Ev rəhbəri məsələnin üstünı gəlməyəcəkdi. Düzdür, Amerikadakı erməni diasporunun səsi uğrunda mübarizə gedir. Ancaq bu məsələnin hesab edirəm ki, seçkilərə əlaqəsi yoxdur. Bir halda ki, atəşkəs çağırışı edilir, o zaman problemin həlli üçün də beynəlxalq hüquq və normalarına əməl edilməlidir. Bu günlərdə BMT Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar keçirilən qapalı toplantısında qurumun qəbul etdiyi qətnamələrin icrası ilə bağlı fikirlərin bəyanat mətninə əlavə edilməməsi də onu deməyə əsas verir ki, beynəlxalq aləm problemin hüquq və normalar çərçivəsində həllində maraqlı deyil. Çünki Təhlükəsizlik Şurasında təmsil olunan bütün ölkələr xristian və erməni lobbisinin təsiri altındadırlar. Çox müsbət haldır ki, Təhlükəsizlik Şurasının daimi üzvü olmayan ölkələr məlum 4 qətnamə ilə bağlı məsələni qaldırdı və bəyanata daxil olunmasını tələb etdilər. Düzdür, qəbul edilməsə də, ümumilikdə bəyanat da qəbul olunmadı. Hesab edirəm ki, bu da diplomatiya sahəsində bir uğurumuzdur. Ümumilikdə görünən odur ki, hər tərəfdən Azərbaycana təzyiqlər göstərilir.  Qardaş Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan da bütün bu təzyiqlərin fonunda hər zaman Azərbaycanın yanında olduğunu söyləyir. Belə olan halda bir məsələ qalır ki, bütün güclərini ortaya qoyub Azərbaycan daxilində gərginlik yaratmaq, cəmiyyətdəki biliyi, monoltliyi pozmaq. Ancaq bu da alınmır. Nə "beşinci kolon", nə də Avropadakı bəzi qurumlar tərəfindən hazırlanan ssenarilər işə yaramır. Çünki Azərbaycan xalqı hamılıqla bu məsələdə Ali Baş Komandanı dəstəkləyir. Daxildəki siyasi partiyalar dövlətlə, hakimiyyətlə, Ali Baş Komandanla həmrəydirlər. Xalq da torpaqlarının işğaldan azad edilməsini Prezidentdən tələb edir.

Füzuli


скачать dle 12.1

Şərhlər