SON DƏQİQƏ

Nazirlik: Vaksin 2 illik immunitet yaradır

Tarix:11-08-2020, 17:05 Oxunub:4 792

Qamaleya adına Epidemiologiya və Mikrobiyologiya İnstitutunun hazırladığı COVİD-19 peyvəndinin ikimərhələli tətbiqi 2 ilə qədər immun təmin edir.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, peyvənd insan adenovirusuna əsaslanıb və bütün lazımi testlərdən keçirilib.

Səhiyyə naziri Mixail Muraşko isə aparılan testlərin yüksək effektivliklə nəticələndiyini və təhlükəsiz olduğunu dilə gətirib. Nazir bütün könüllülərdə immun sisteminin yarandığını, heç birində immunitetlə bağlı problem olmadığını qeyd edib.

Peyvəndin kütləvi istehsalında iştirak edəcək şirkətlərdən biri "Binnopharm”dır. şirkət ildə 1,5 milyon peyvənd hazırlamaq potensialına malikdir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<