SON DƏQİQƏ
» » Televiziyalara nəzarət GÜCLƏNMƏLİDİR-MÜSAHİBƏ

Televiziyalara nəzarət GÜCLƏNMƏLİDİR-MÜSAHİBƏ

Tarix:

9-07-2020, 09:47

/ 1 857 dəfə oxundu.
Televiziyalara nəzarət GÜCLƏNMƏLİDİR-MÜSAHİBƏ

Vətəndaşın əsl vətənpərvər, vətənsevər, vətən, dövlət, millət mənafeyini hər şeydən üstün tutan, özünə "vətən mənə nə verib?" sualı əvəzinə, "mən vətənə nə vermişəm?" sualını verən şəxsiyyət kimi yetişməsində ideoloji təlim-tərbiyənin, ideoloji təbliğatın əvəzedilməz rolu vardır.

GunAz.az-ın müsahibi Təkamül Partiyasının sədri Teyyub Qənioğludur.

-Teyyub müəllim gənclərimizin Milli ruhda böyüməsində sizin təklifləriniz maraqlı olardı.

-1 iyul 2020-ci ildə "N" saylı hərbi hissənin əsgərləri ilə görüşdə Prezident İlham Əliyev bu məsələyə toxunaraq hərbi hissələrdə ideoloji təbliğatın güçləndirlməsinin, əsgərlərin vətənpərvərlik, milli ruhda tərbiyə edilməsinin, vətənimizin tarixinin dərindən öyrənilməsinin vacibliyini bir daha vurğulamış və bu məsələlərə xüsusi diqqət yetirlməsinin vacibliyini qeyd etmişdir. Məlumdur ki, ideoloji təbliğatın məkanı genişdir: ailədən başlayaraq, uşaq bağçalarını, orta, orta ixtisas, ali məktəbləri, KİV-ni, xüsusilə də, televiziya kanallarını,  filmlər əhatə edir. İdeoloji təbliğatda onların hər birinin özünəməxsus yeri vardır.

Ancaq bunların sırasında televiziya kanallarında, filimlər əhəmiyyətli rol oynayırlar.

-Sizcə telekanallarımız milli ruhumuzu gənclərə aşılaya bilirlər?

-Azərbaycan telekanallarına, xüsusilə də, özəl kanallara baxanda bunun tam əksini görürük. Azərbaycan telekanalları aşağı meyarlı, bir sıra hallrda əttökən, senzuradan kənar ifadələrlə dolu, mənasız, mənəviyyatdan daha çox mənəviyyatsızlıq aşılayan verilişlərlə doludur. Bu kanallara baxanlar yəqin fərqindədirlər ki, onların verilişlərində həmişə təxminən insan barmaqlarının sayı qədər olan eyni insanlar iştirak edirlər və onların müzakirə mövzuları da təxminən eynidir. Kimsə bu kanallarda nə vaxtsa vətənpərvərlik ruhunda verilişin çoxluğunun şahidi olubmu? Özəl telekanalların sahibləri deyə bilərlər ki, bu telekanal bizimdir və onun siyasətini də özümüz müəyyən etməliyik. Cənablar, doğrudur, telekanal sizindir, ancaq unutmayın ki, efir məkanı sizin deyil axı! Siz  bu məkana, hər bir ailəyə izinsiz daxil olursunuz. Ona görə də, telekanalızınızın efir siyasətini müəyyən edərkən məsuliyətli olun! Görünür telekanallr üzərində dövlət nəzarətinin (senzuranın yox) tətbiq edilməsinə ciddi ehtiyac vardır.

        -Çox vaxtı televiziyalarda xarici filmlər nümayiş olunur ki, bunlar da əksəriyyəti oğurluq, döyüş, və s. Filmləri əhatə edir bunlar gənclərə necə təsir edir?

-İnsanların, xüsusilə də gənc nəslin vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyə edilməsində filmlər müstəsna rol oynayır. Belə filimlərin çəkilməsi, nümayiş etdirilməsi indiki, torpaqlarımızın işğal altında olduğu bir  zamanda,  xüsusilə vacibdir. Amma bizdə nə baş verir? Torpaqlarımızın 30 ilə yaxındır ki, işğal altında olduğu dövrdə Azərbaycanda vətənpərvərlik ruhunda çox az filmlər çəkilib ki, bunlar da bərbad halda. Səhv etmirəmsə dövlət televiziyalara film çəkilişi üçün maliyyə də ayırır bəs bu filmlər hanı? Belə filimləri çəkməyə nəsə mane olur?

 Telekanallarda bayağı, zorakılıq təbliğ edən, mənəviyyatsız qərb filimləri əvəzinə, heç olmasa türklərin vətənpərvərlik   ruhunda çəkdikləri filimləri nümayiş etdirməklə, bu sahədə olan qadağanı aradan qaldırmaq olmazmı?

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ