SON DƏQİQƏ
» » Rusiyalı ekspert: "Azərbaycanda yaxın illərdə Günəş energetikasının inkişafını gözləmək olar" - MÜSAHİBƏ

Rusiyalı ekspert: "Azərbaycanda yaxın illərdə Günəş energetikasının inkişafını gözləmək olar" - MÜSAHİBƏ

Tarix:

4-07-2020, 08:33

/ 1 718 dəfə oxundu.
Rusiyalı ekspert: "Azərbaycanda yaxın illərdə Günəş energetikasının inkişafını gözləmək olar" - MÜSAHİBƏ

"Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində energetika üzrə ekspert Tatyana Lapşina Günəş panellərinin üstün və əskik cəhətləri, Rusiyada və Azərbaycanda istifadəsi, habelə Azərbaycanda bu sahənin inkişafını əngəlləyən amillər barədə söhbət açıb.

- Əvvəlcə Günəş panellərinin enerji mənbəyi kimi üstün və mənfi cəhətləri barədə danışardınız.

Günəş energetikası müasir və yüksək texnologiyalı sahə kimi sürətlə inkişaf edir. Hər sənaye müəssisəsi kimi Günəş elektrik stansiyaları da ətraf mühitə müəyyən ziyan vurur, istismarının da həm müsbət, həm də mənfi cəhətləri var. Bununla belə MDB ölkələrində Günəş enerjisi ətrafında bir çox dedi-qodular dolaşsa da, onun üstünlükləri əskikliklərindən qat-qat çoxdur. Günəş energetikasının başlıca üstün cəhəti kimi yeraltı yanacaqla işləyən elektrik stansiyaları ilə müqayisədə havaya istilik qazların cüzi həcmdə buraxılmasını göstərmək olar. Belə ki, bərpa olunan enerji mənbələri arasında istilik qazlar buraxılışı sarıdan ən yüksək göstəriciyə malik Günəş enerjisi qurğuları bu baxımdan qaz elektrik stansiyalarından 10, kömür elektrik stansiyalarından da 20 dəfə geri qalır. Son 10 il ərzində Günəş enerjisi istehsalı 89 faiz ucuzlaşaraq bir çox ölkələrdə ənənəvi mənbələrdən daha ucuz olub. Texnologiyalar təkmilləşdikcə Günəş elektrik stansiyaları da daha sərfəli olur, yəni enerji istehsalı baxımdan daha ucuz başa gəlir. Günəş panelləri təbii olaraq yalnız gündüz saatlarında çalışsa da, müasir dövrdə Günəş panellərinin başqa bərpa olunan enerji mənbələrilə uzlaşdırılması, həmçinin enerji toplama vasitələrinin də təkmilləşdirilməsi nəticəsində bu məsələ artıq elə bir çətinlik yaratmır. Demək olar ki, qulluğuna ehtiyac olmayan Günəş elektrik stansiyaları çox dayanıqlıdır, çünki orada panelləri Günəşə istiqamətləndirən trekerlərdən başqa hərəkət edən hər hansı hissə yoxdur. Sənaye Günəş stansiyasının orta hesabla istismar müddəti 30 ildir. Ənənəvi yanacaqla işləyən stansiyalardan fərqli olaraq onlar cəmi bir neçə aya inşa olunur.

- Hazırda Günəş panelləri nə qədər geniş yayılıb? Rusiyada alternativ enerji sahəsində toplanan təcrübə barədə nələri deyərdiniz?

- Son REN21 (Renewables Global Status Report) hesabatına görə, 2019-cu ilin sonunda dünya boyu istehsal edilən elektrik enerjisinin 2,8 faizi Günəş panellərinin payına düşüb. Günəş energetikası günəş işığının nisbətən az olduğu yerlərdə də inkişaf edir. Məsələn, Böyük Britaniyada yayda günorta saatlarında istehsal olunan elektrik enerjisinin 20 faizinədək hissəsi Günəş enerjisinin payına düşür. Almaniyada isə cari ilin yanvar – iyun aylarında bu rəqəm 11 faiz olub. Rusiyada 2013-cü ildən bərpa olunan enerji mənbələri dövlət dəstəyilə əhatə olunub. Ötən müddət ərzində ölkədə bir neçə istehsalat sahəsi yaradılaraq cənub bölgələrində onlarla Günəş şəbəkə stansiyası quraşdırılsa da, 2019-cu ildə Günəş, külək və kiçik su stansiyalarında istehsal edilən elektrik enerjisi vur-tut 0,28 faiz təşkil edib.

- Bəs Azərbaycan kimi ölkədə Günəş panellərinin istifadəsi barədə fikriniz nədir?

- Günəş enerjisinin bol olduğu ölkə kimi, Azərbaycan Günəş energetikasını inkişaf etdirmək üçün əlverişlidir. Ölkədə Günəş işığının – radiasiyasının illik həcmi 1700 kVt saat/kvadratmetrdir ki, Şimali Avropa ölkələrində bu göstərici 1000 kVt saata yaxındır. Azərbaycanda Günəş, bütövlükdə bərpa olunan enerji mənbələrinin istifadəsi indiyədək daha çox iki amil üzündən əngəllənib. Birincisi, ölkə iqtisadiyyatında neft-qaz sektoru ənənəvi olaraq əsas yer tutur. İkincisi, bir çox ölkələrlə müqayisədə Azərbaycanda elektrik enerjisi çox ucuzdur. Ölkədəki elektrik stansiyalarının əksəriyyəti qazla işləyir. Lakin son illər Avropaya böyük həcmdə qaz ixrac etməyə başlayan Azərbaycanda qazı qənaətlə işlətmək məsələsi gündəmə gəlib. Bununla yanaşı, Günəş enerjisi sürətlə ucuzlaşmaqla hətta elektrik tariflərinin cüzi olduğu ölkələrdə də maraq cəlb etməyə başladı. Odur ki, Azərbaycanda da yaxın illərdə bu sahənin inkişafını gözləmək olar.

- Bəs Azərbaycanda Günəş panellərini ictimai nəqliyyatda, yaxud yolların, yeraltı keçid və tunellərin işıqlandırılmasında istifadə etmək olar?

- Əlbəttə, müasir texnologiyalarla bunlar mümkündür. Hazırkı dünyada bu məsələ texnologiya və bütövlükdə iqtisadiyyatla  yox, siyasi iradə, yəni dövlət siyasətinin əsas hədəflərilə bağlı olan məsələdir.

- Bu sahədə xarici təcrübələr barədə danışardınız.

- Müxtəlif ölkələr bərpa olunan enerji sahəsində müxtəlif təcrübəyə malikdir. Yeraltı yanacaq idxal edən elə ölkələr var ki, 50 ilə yaxındə bərpa olunan enerjiyə sərmayələr yatırır. Bunlar Almaniya və Şimali Avropanın bir sıra ölkələridir. Məhz bu ölkələr hesabına bərpa olunan enerji sahəsindəki dünya elmi texniki tərəqqisinə maliyyə ayrılır. Bəzi ölkələr isə yalnız enerji mənbələrində dəyişiklik olacağı qətiləşəndə, son 15-20 il ərzində bu sahəyə vəsait yatırmağa başladılar. Belə ölkələrdən Çin və başqaları qısa zamanda Avropanı haqlayaraq bazardan sıxışdırmağı bacardılar. Həmçinin aralarında Rusiya və Azərbaycanın da olduğu geridə qalan ölkələr bərpa olunan enerji sahəsindəki layihələri indi-indi icra etməyə başlayır. Hazırda dünyada bərpa olunan enerjinin daha böyük paya sahib olduğu elektrik enerjisi istehsalında da yeraltı yanacağın üstünlüyü hələ də davam edir. Asiya ölkələrində isə elektrik stansiyaları əsasən ən çirkli texnologiya olan kömürlə işləyir. Enerji sahəsilə bağlı istilik – soyutma və nəqliyyatda isə bərpa olunan enerjinin tətbiqi üçün hələ çox işlər görülməlidir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ