SON DƏQİQƏ
» » Hələ də pandemiyaya laqeyd yanaşan vətəndaşlarımız var

Hələ də pandemiyaya laqeyd yanaşan vətəndaşlarımız var

Tarix:

5-06-2020, 12:12

/ 2 675 dəfə oxundu.
Hələ də pandemiyaya laqeyd yanaşan vətəndaşlarımız var

«Sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə pandemiyanın yayılmasının qarşısının alınması, onun insanlara və iqtisadiyyata mənfi nəticələrinin tezliklə aradan qaldırılması mümkün olmayacaq. Dünyanın bütün ölkələrini cənginə alan koronavirus pandemiyasına, onun yayılmasının qarşısının alınmasna ən səmərəli töhfə verən ölkələrdən biri, bəlkə də, birincisi Azərbaycandır». Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu bunu "Azad Azərbaycan" qəzetinə açıqlamasında bildirdi. 

O əlavə etdi ki, məhz bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, indiyə kimi ölkəmizdə koronavirusun nəzarət altında saxlanılması mümkün olmuş, onun geniş yayılmasının qarşısı alınmışdı. Aprel ayının sonlarından etibarən pandemiyanın nisbətən səngidiyi nəzərə alınaraq mayın 4-dən sonra xüsusi  karantin rejiminin yumşaldılması və tətbiq edilən məhdudiyyətlərin xeyli hissəsinin aradan qaldırılması ilə bağlı qərar qəbul edilmişdi. Bu qərar qəbul edilərkən vətəndaşlarımızın pandemiyanın yayılmasının qarşısının alınması üçün müvafiq tövsiyələrə riayət edəcəkləri, xüsusilə də, ictimai yerlərdə, metro və avtobuslarda, insanların çox toplandığı yığıncaqlarda və s. maska taxacaqları əsas götürülmüşdü. 

T.Qənioğlu təəssüflə xatırlatdı ki, bir çox vətəndaşlarımız tövsiyələrə hələ də əməl etmirlər: «Onlar həm özlərinin, yaxınlarının, həm də, ətrafdakıların koronavirusa yoluxma təhlükəsini artırırlar. Bunun nəticəsidir ki, son günlər koronasirusa yoluxma dərəcəsi artır, sağalanların sayının yoluxanların sayından xeyli geri qalması müşahidə edilir. Çox təəssüf ki, hələ də, bir çox vətəndaşlarımız pandemiyaya laqeyd yanaşır, onun insanların sağlamlığına, həyat fəaliyyətinə, ölkə iqtisadiyyatına vürduğu ziyana və qarşısı alınmasa vura biləcəyi mənfi təsirləri nəzərə almırlar. Yaranmış mövcud vəziyyət pandemiyanın geniş yayılmasının qarşısının alınması, onun təmamilə yox edilməsi məqsədi ilə karantin rejiminin sərtləşdirilməsini tələb etdi".  

Partiya sədri sərtləşdirilmiş karantın rejimindən danışaraq əlavə etdi ki, Baş nazir Əli Əsədovun koronavirusla mübarizəyə görə karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müraciəti bir çox mətləblərdən xəbər verir: «Operativ Qərargah Azərbaycanda koronavurusa yoluxma hallarının artmasını nəzərə alaraq həftəsonu Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq edilməsini, o cümlədən ərzaq dükanları və apteklər daxil olmaqla biznes strukturlarının fəaliyyətinin dayandırılmasını rəsmi elan etdi. Bunlarla yanaşı, yoluxma intensivliyinin yüksəldiyini nəzərə alaraq qarşıdakı bir və ya iki ay ərzində həftənin son  iki-üç günü - cümə günü axşamdan bazar ertəsi səhərə kimi - ictimai və fərdi nəqliyyat hərəkətinin, küçəyəçıxmaların, iş rejiminin məhdudlaşdırılması, işə getmə və zəruri hallarda evdən çıxmaya görə SMS-lə icazə alınması  da, bir sözlə, tam qapalı rejimin yaradılması bildirildi. Ancaq bir məsələ təmamilə aydındır - sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilməsə pandemiyanın yayılmasının qarşısının alnması, onun insanlara və iqtisadiyyata mənfi nəticələrinin tezliklə aradan qaldırılması mümkün olmayacaqdır. Ona görə də, vətəndaşlarımıza koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq ediləcək məhdudiyyətlərə anlaşıqlı yanaşmağı, müvafiq tövsiyələrə ciddi əməl etməyi tövsiyə edirəm. Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir". 

T.Qənioğlu "COVİD-19"-un təhlükəli olmasını bir daha xatırlatdı: "Prezident İlham Əliyev iyun ayının 3-də  Tərtərdə, Olimpiya Kompleksinin açılışında, çıxış edərkən sosial məsafə sağlamağın və maska taxmağın nümunəsini göstərmiş, bununla da, koronavirusun yayılmasının qarşısının alınması üçün hamılıqla tövsiyələrə riayət edilməsinin vacibliyini bir daha nümayiş etdirmişdir. Hər bir vətəndaşımıza bu sahədə Prezident İlham Əliyevdən nümünə götürməyi tövsiyə edirəm".

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər