SON DƏQİQƏ
» » “Föqəladə durumda bütün partiyalar fəaliyyətini dayandırmalıdır”

“Föqəladə durumda bütün partiyalar fəaliyyətini dayandırmalıdır”

Tarix:

23-04-2020, 09:16

/ 3 056 dəfə oxundu.
“Föqəladə durumda bütün partiyalar fəaliyyətini dayandırmalıdır”

 Müsahibimiz Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyevdir.

– Bədrəddin bəy, taclı virusla bağlı nə düşünürsünüz? Partiyanız baş verənlərə  münasibəti necədir?

– Əvvəla onu qeyd etmək istəyirəm ki, taclı virus bəlası həm bəşəri, həm də milli hədəflərimiz baxımından 21-ci əsrin ən böyük sorunlarından birinə çevrilib. Faktiki olaraq dünyanın 150 ölkəsi taclı virus böhranı ilə çarpışır və mübarizə aparır. Bizim partiya bu məsələyə həm bəşəri, həm də milli hədəflərimiz baxımından yanaşır. Ona görə ki, əksər dövlətlər öz sərhədlərini bağlayaraq, digər ölkələrdən virusun axınının qarşısını almağa çalışırlar. Beləliklə də hər bir dövlətin milli maraqları çərçivəsində bu bəla ilə mübarizə ümummilli hədəflərə çevrilibdir. Bizim partiyamızın üzvləri və eləcə də təəssübkeşləri taclı virusun yayılması ilə bağlı geniş müzakirələr aparmış, eləcə də dövlət səviyyəsində verilən bütün qərarlara tabe olmağı basilıca məqsəd hesab etmişlər.

– Deməli siz də Milli Məclisdə təmsil olunan partiyaların bəyanatını dəstəkləyirsiniz.  

– Əlbəttə, bu bəyanat vaxtında qəbul edildi və ictimaiyyətə də açıq şəkildə gərəkən mesajlar verildi. COVİD-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması tədbirləri ilə əlaqədar Yeni Azərbaycan, Ana Vətən,  Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Demokratik İslahatlar, Demokratik Maarifçilik, Vəhdət, Vətəndaş Birliyi partiyalarının imzalaması dövlətçilik baxımından mühüm əhəmiyyət daşıdı. Onlardan öncə bizim partiyamız bu məsələdə qərar vermişdir. Ölkədə baş verən "əsrin bəlası”nın qarşısının alınması ilə bağlı passiv fəaliyyətə keçməyi basilıca məqsəd kimi qəbul etmişik. Taclı virus bəlası bird aha sübut etdi ki, hər bir dövlət özünün milli maraqlarını basilica strateji hədəflər çərçivəsində qorumağı bacarmalıdır. Azərbaycan məhz bu baxımdan vaxtında lazım olan qərarı vermişdir.

 

– Bədrəddin bəy, taclı virus bəlası həm də bütün dövlətlərin sosial-iqtisadi həyatında dərin yaralar açıb.

– Ötən əsrin 90-cı illərində, yəni dünyada "Soyuq Savaş”ın öz ömrünü başa vurması ilə bağlı Almaniyanın bir sıra strateji mərkəzləri "XXI yüzillikdə dünya düzəni” adlı bir sıra qənaətlərini ortaya qoymuşdular. Həmin mərkəzlərin çoxu XXI yüzil inkişaf etmiş ölkələrdə "SOSİAL DÖVLƏT” modelinə üstünlük veriləcəyini bəyan etmişdilər.  İndi bu faktın nə qədər önəmli olduğuna sadəcə rəsmi dairələr deyil, həm də ictimaiyyət tərəfindən də dəyərləndirilir. Partiyamız yarandığı gündən və qəbul etdiyi nizamnamə və məramnaməsində "SOSİAL DÖVLƏT” konsepsiyasını irəli sürmüşdür. Ona görə də bizim partiyamıza cəmiyyətdə daim xüsusi maraq olmuşdur. İnanıram ki, bizim dövlətimiz taclı virusun yaratdığı böhranı asanlıqla aşacaqdır. Avropa dövlətlərində, eləcə də ABŞ, Kanada və digər ölkələrdə taclı virusa görə yaranmış iqtisadi və sosial problemlərə görə dövlət yardımları olunur. Bu ölkələrdə gündəmə gətirilən rəqəmlər çoxlarını bir sıra şaşırtmasın. Çünki, virusla bağlı mübarizədə sərf olunan məsrəflərin nəticəsi Azərbaycanda olduğu kimidir. Bizim ölkəmizdə taclı virusla bağlı müalicəyə görə bütün xərclər dövlət tərəfindən həyata keçirilir. Yəni pullu xidmət anlayışı arxa planda qalıb.

– Qonşu İranda taclı virus bəlası daha erkən başladı və nədən bu bəla ölkəmizdə dərin izlər buraxmadı?

– Əvvəla onu deyim ki, Tehran rejimi ötən ilin oktyabr ayından bu bəlanın ölkə daxilində baş verdiyindən xəbərdar idi. Bu il 22 fevral tarixində İranda keçirilən növbəti parlament seçkilərinə görə həqiqətləri gizlətməli oldu. Çünki, seçki rejimin taleyinin həllində müstəsna rol oynayacaqdı. Ona görə də, molla rejimi mümkün qədər Qum, Məşhəd, Mazəndaran, İsfəhan, Yəzd və digər böyük şəhərlərdə virus bəlasından ölənlərin saylarını ciddi-cəhdlə gizlətdi. Faktiki olaraq üç ay müddətinə ölkə əhalisi bu bəladan xəbərsiz qaldı. Ona görə də minlərlə insanlar həlak oldular. Azərbaycan dövləti vaxtında sərhədləri bağlayaraq dərhal sərhəd boyu bölgələrdə profilaktik tədbirlər həyata keçirdi. Yoxsa, İranla həmsərhəd bölgələrdə daha çox böyük dəhşətlərə yol açan problemlər yaşanılacaqdı.   

– Sizin partiya beynəlxalq miqyasda Türkiyə və Balkan yarımadası dövlətləri ilə sıx əməkdaşlığa malikdir. Həmin ölkələrdə durum necədir?

– Türkiyə bu hadisələrdə təkcə regional müstəvidə deyil, həm də beynəlxalq aləmdə artıq ən güclü dövlətlərdən biri olduğunu nümayiş etdirdi. Avropada taclı virusa görə böyük bəlalarla üzləşən İtaliya, İspaniya, eləcə də ABŞ, Çin və digər dövlətlərə vacib olan dərman, maska, tibbi avandanlıqların təmin edilməsində humanitar yardımların göstərilməsində Türkiyə ön sırada yer aldı. Bundan əlavə, Yaxın Şərq ölkələrinin hər biri dərk etdi ki, Türkiyənin simasında bu dövlətə və Türk Dövlətlərinə qarşı haqsız yerə düşmən münasibət bəsləyiblər. Bakı mərkəz olmaqla Türk Dövlət Başçılarının internet üzərindən həmrəylik nümayiş etdirmələri, bir-birlərinə tibbi avadanlıqlar və digər zəruri ləvazimatların təghiz olunması istiqamətində göstərdikləri humanizm çox böyük rezonansa səbəb oldu. Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Şurası, Avropa Birliyi, MDB və digər beynəlxalq təşkilatların heç biri belə bir ciddi addımı atmadılar. Türkiyə və Balkan Dövlətləri arasındakı humanitar yardımlaşma da bu qəbildən oldu. Bir həqiqəti də demək gərəkdir ki, eradan öncə 221-ci ildə tikintisinə başlanılan və ümumi uzunluğu 2450 km. olan "Böyük Çin Səddi” bu günki prizmadan yanaşsaq, əslində Çinin Türklərin hücumlarına görə deyil, Çindən necə qorunmağın əsaslı olduğunu isbat etdi.

 

– Bədrəddin bəy, belə bir fövqəladə vəziyyətdə siyasi partiyalar hansı addımı atmalıdırlar?

– Bizim partiyamıza görə ümummilli problemlər ortaya çıxarsa, dərhal fəaliyyətimizin dayandırılması və passiv fəaliyyətə keçid ən doğru addımdır. Görülən işləri, atılan addımları müzakirə etmək deyil, yaranmış problemlərin həllinə dəstək olmanın yolları önə çəkilməlidir. Təbii olaraq iş olan yerdə bəzən nöqsanlar da ortaya çıxır. Biz qəti şəkildə zəlzələ baş verdikdə, kütləvi xəstəliklər meydana gəldikdə, vətən uğrunda savaş baş verdikdə bütün partiyaların fəaliyyətinin dayandırılmasının tərəfdarıyıq. Bu son olay bir daha sübut etdi ki, hər bir dövlətin milli hədəfləri olmalıdır və hər kəs milli hədəflərə sadiq qalmalıdır. Bu hədəflərə sadiqlik vətən qarşısındakı problemlərin həlli istiqamətində milli səfərbərlik deməkdir. Azərbaycan bir dövlət olaraq son iki ayda məhz milli həmrəyliyini nümayiş etdiri

Mərdan DOLĞUN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ