SON DƏQİQƏ

İsayevdən XƏBƏRDARLIQ- Təxirə salın

Tarix:

12-03-2020, 16:50

/ 2 346 dəfə oxundu.
İsayevdən XƏBƏRDARLIQ- Təxirə salın

Azərbaycanın baş infeksionisti Cəlal İsayevin müsahibəsi:
- Cəlal müəllim, koronavirus artıq pandemiya elan edildi, Amerika kimi böyük ölkə belə Avropaya qapılarını bağladı. Azərbaycanda isə təhsil müəssisələri bağlansa da, əhali sanki bir qədər laqeyd yanaşır virusa. Maska taxan gözə dəymir. Təhlükəli deyilmi?
- Tibbi maskanı xəstə insanlar istifadə etməlidir. Gün ərzində sağlam insanın maskadan istifadə etməsinə ehtiyac yoxdur. Özünü qorumaq istəyən hər kəs insanların sıx toplaşdığı yerlərdən uzaq olmalıdır. Bu, maska taxmaqdan daha yaxşı təhlükəsizlik qaydasıdır. Biz elan da etdik ki, vacib olmadıqca yas, toy məclisləri keçirilməsin. Mümkün qədər əhalinin sıx olduğu yerlərə getməyin. Məhz bu səbəblərdən Novruz bayramı ilə bağlı tədbirlər təxirə salındı. Əhalinin sıx toplaşdığı mərkəzlər var. Belə mərkəzlərin sahibkarları da bir müddət əyləncə mərkəzlərinin ümumi iş rejiminə məhdudiyyət qoymalıdır. Biz məsləhət görürük ki, kimin xeyir işi varsa, müəyyən qədər təxirə salsın. Hər şeyi də dövlətdən gözləməzlər ki! Sahibkarlar, vətəndaşlar özləri də dövlətin atdığı addımları nəzərə alıb hərəkət etməlidir. Əgər dövlət bayram tədbirlərini təxirə saldısa, toyu olacaq vətəndaş da müəyyən addım atmalıdır. Gözləmək lazım deyil ki, dövlət gəlib şadlıq evlərini bağlasın. Yaxşı olar ki, şadlıq evlərinin sahibləri özləri bu addımı atıb müəyyən dövrə qədər restoranları bağlasınlar.
- Gün ərzində yüzlərlə insanla təmasda olan satıcılar da var. Heç bir mağaza və ya aptek satıcısının əlində əlcək, üzündə maska görməmişik. Sizcə, bu, gün ərzində yüzlərlə insanla təmasda olan biri üçün təhlükəli deyil?
- Onların maska taxmasına ehtiyac yoxdur axı. Maskanı xəstə insanlar taxmalıdır.
- Əgər bu xəstəlik hava-damcı yolu ilə keçirsə, o insanlar da yoluxa bilər...
- Bu xəstəlik hava-damcı yolu ilə sıx təmas zamanı keçir. Bəli, təmas 1 metrdən qısa olsa, insanın yoluxma ehtimalı var. Təmas 1 metrdən artıqdırsa, təhlükə azalır. Maskanı o insan taxır ki, virusu ətrafa yaymasın. Sağlam insanın maska taxmasına ehtiyac yoxdur əslində. Ancaq insanların sıx toplaşdığı yerdə olan zaman, yaxşı olar ki, maskadan istifadə edilsin.
- Cəlal bəy, pulların da virus daşıyıcısı olduğu deyildi. Satıcılar gün ərzində minlərlə insanın əlinə dəymiş pullarla işləyir. Bu onların sağlamlığı üçün təhlükə yarada bilər...
- Tamamilə haqlısınız. Yaxşı olar ki, satıcılar, işi pulla olan şəxslər, gün ərzində çox insanla təmasda olan, əlinə pul dəyən şəxslər əlcəklərdən istifadə etsin. Bunun üçün dövlətin xəbərdarlığını gözləməsinlər. Əgər mümkün qədər evdə oturmaq məsləhət görülürsə, deməli, hər kəs özü öz sağlamlığının qayğısına qalmalıdır. Əllərini gün ərzində tez-tez yumaq imkanı olmayanlar, pullarla işləyənlər, çox adamla təmasda olanlar tibbi əlcəklərdən istifadə etsələr yaxşıdır.
- Mağazalarda açıq şəkildə satılan qidalar içində çörək başda gəlir. Bu çörəklər də virus daşıyıcısı ola bilər?
- Əlbəttə. Əgər xəstə, yoluxmuş insan o çörəyə toxunubsa, virus müəyyən müddət o çörəyin üstündə qala bilər. Bu səbəbdən bu kimi qida məhsulları açıq şəkildə satılmamalı və əldən-ələ keçməməlidir. Belə məqamlarda vətəndaşlar özləri də diqqətli olmalıdır.
Məsələn , mən yoluxmuş insanın telefonundan, qələmindən, klaviaturasından istifadə etsəm, ictimai nəqliyyatda xəstə birinin tutduğu tutacaqdan tutsam, yoluxma ehtimalım var. Ona görə məsləhət görülür ki, əllərinizi təmiz saxlayın, tez-tez yuyun, ehtiyac olmadıqca kənar əşyalara toxunmayın. Çirkli əllərlə gözünüzə, ağzınıza toxunmayın.axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ