SON DƏQİQƏ
» » Aybəniz Haşımova: "Bütün həyatım vətənim, millətim yolunda fəda olacaq..." - VİDEO

Aybəniz Haşımova: "Bütün həyatım vətənim, millətim yolunda fəda olacaq..." - VİDEO

Tarix:

7-03-2019, 20:56

/ 10 714 dəfə oxundu.
Aybəniz Haşımova: "Bütün həyatım vətənim, millətim yolunda fəda olacaq..." - VİDEO

Əməkdar artist Aybəniz Haşımova hesabat tədbiri keçirib.
 
O tədbirdən sonra  müsahibə verib.

 

- Bu günlərdə tələbələriniz 2 yeni mahnı təqdim etdi. Təəsüratlarınızı bilmək maraqlı olardı. 
- Bu saat sevincimdən hayqıraraq ağlamaq istəyirəm. Bu gün "Talandı torpağımız" və "Kor ərəbin mahnısı"nı tələbələrimin ifasında təqdim etdik. Mən əminəm ki, yaxın zamanlarda qələbə mahnılarını da ifa edəcəyik. Mən sadəcə bir şeyi deyə bilərəm: "Nə qədər ki, ömrüm var dövlətimə xidmət edəcəm. Mənim bütün sağlamlığım, həyatım vətənim, millətim yolunda qurbandır.
  
- Aybəniz xanım layihə neçə müddətə başa gəldi?
- Mən sizə səmimi deyim ki, bu 6 ay ərzində 2 gün yatmışamsa böyük şeydir. İstanbulda baş tutan tədbirlərimizin qısa xülasəsini hazırlamışam. Çalışdım ki çox qısa bir şəkildə sizə təqdim edim ki, yorulmayasınız. 6 ay vaxt sərf olunub bu layihəyə.
 
- Davamı olacaqmı belə layihələriniz?
- Bundan sonra da üç yeni layihəm var: Nəsimi, Cəfər Cabbarlı və Mikayıl Müşfiqlə bağlı. Uşaqlarımın dili ilə, onların səsi ilə, o layihələri mən gerçəkləşdirəcəm. Qoy Azərbaycan musiqi tarixinə bizdən kiçik də olsa bir töhfə olsun.
 
- Yaradıcılığınız boyu hər zaman gənclərə dəstək olmusuz. Hazırda da bu ənənəni davam edirsiz.  
- Mən özümdən sonra 10 sənətkar yetişdirə biləcəyəmsə, dünyanın ən xoşbəxt insanı olaram. Nə xoş mənə ki, mən azərbaycanlıyam. Nə xoş mənə ki, mənim millətim qarışıq deyil! Mən təmiz türk qızı, azərbaycanlı qızıyam. Sənətdən, gənclərə dəstək olmaqdan həzz alıram, bu hər zaman belə olacaq.azxeber 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ