SON DƏQİQƏ
» » Elxan Şahaliyev: "Hər bir aktyor bunu bacarmalıdır..."

Elxan Şahaliyev: "Hər bir aktyor bunu bacarmalıdır..."

Tarix:

18-10-2018, 14:29

/ 11 228 dəfə oxundu.
Elxan Şahaliyev: "Hər bir aktyor bunu bacarmalıdır..."

Azərbaycan Dövlət  Pantomima Teatrının gənc istedadlı aktyoru Elxan Şahaliyev səmimi açıqlamaları ilə GunAz.az –ın  həmsöhbəti  oldu.

Elxan Şahaliyevi aktyor edən  səbəb nədir?

-Məni aktyor edən səbəb rahatlığımı  tapmaqdır. İçimdə  olan  kədəri, qəmi  teatrda, səhnədə unuduram.

Aktyorluğa ilk  addımınız nə olub?

-Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakultəsini bitirmişəm. Üçüncü kurusda artıq Pantomima teatrında fəaliyyətə başlamışam. 3 ildir ki,  teatrda çalışıram və bura gəlməyim tamamilə təsadüfən oldu. Belə ki,  pantomima teatrına gəlmişdim məni Azərbaycan Respublikasının xalq artisti Bəxtiyar Xanızadə  gördü və qərara gəldi ki, müvəqqəti  məni yoxlasın,  teatra uyğunam ya yox.  Mən 2 ay çalışdıqdan sonra  teatrın rəsimi  işçisi oldum.

 

Elxan Şahaliyev: "Hər bir aktyor bunu bacarmalıdır..."

 

Pantomima teatrı sözlərdən istifadə olunmayan tamaşalardır.  Bəs jestləri, hərəkətləri yadda saxlamaq sizin üçün çətin olmur ki?

- Hisslərin hərəkətləri çətin olmur, istər – istəməz öyrəşirsən. Ruhun qidası deyilən bir şey var,  mən də  öz ruhumun qidasını bu teatrda tapmışam. Düzdü çətinliklər ilk  əvvələr çox olurdu  lakin  məşqlər, tamaşalar oynadıqca daha  asan  oldu. Bəzən  indi də  elə  hərəkətlər  var ki,  üzərində  çox  çalışmalı  oluram.

Pantomima  teatrının bugünki vəziyyəti, şəraiti sizi  qane edirmi?

-Bəli, pantomima teatrının bugünki vəziyyəti, şəraiti  qane edir. Təbii ki,  bəzi  düzələcək işlər  var,  lakin  şükür  Allaha  teatrda  tamaşalar  oynuyuruq. Aktyorun qane  olması  ondan  ibarətdir ki,  səhnədə  olsun,  tamaşalarda  rol alsın  buda  bizdə  var. Bəxtiyar  Xanızadə bizə şərait yaradır öz daxili  dünyamızı açmağa. Tamaşalarda  rol alırıq  buda  məni  qane edir. Kifayət  qədər  tamaşalarda  rollarım  var,  narazı  deyiləm  hər  şeydə  çox yaxşıdı, qaydasındadır.

Elxan Şahaliyev: "Hər bir aktyor bunu bacarmalıdır..."

 

Elə  an  olubmu ki, tamaşaçı sizin  ona çatdırmaq  istədəyinizi anlamasın?

-Tamaşaçılardan  soruşsaz,  daha  yaxşı  olar (gülür). Bəlkə də  ola  bilər, amma  Bəxtiyar müəllim  bizi  elə  hazırlayır  ki, tamaşaya  çıxanda  tamaşaçı bizi başa düşsün  bunun  başqa  variantı  yoxdu. Çünki  çoxlu  məşqlər  edirik, hər bir  jestin, hərəkətin  üzərində çox işləyirik. Mən  ümid  edirəm  ki,  tamaşaçılar bizim  nə  demək  istədiyimizi  oxuyur,  anlayır.

Günümüzdə  tamaşıçıların  teatra  marağı  nə qədərdir?

-Biraz  çətin  sual  oldu...(düşünür) Bilirsiz  tamaşaçılarımız arasında ən  çox  gənclər  təşkil edir  yaşlılarda, uşaqlarda  var  lakin bunun  kütləvi  şəkildə  artımasını  arzu  edirəm  çünki  o qədər də  ürək açan  deyil. Mənəviyyatın  əyələncəsidə  var, ruhun  qidası  teatrdı və  ümid edirəm ki,  teatra  gedən  tamaşaçılarımızın  sayı  daha da artacaq.

Elxan Şahaliyev: "Hər bir aktyor bunu bacarmalıdır..."

 

Seriallara təklif  alırsız?

-Xeyir, seriallara  təklif  almamışam.

Təklif  gəlsə  qəbul  edərsiz?

-Serial indi ki,  dövrdə  pul  qazanmaq  yeridir. Serialda  sənət,  ruhun  qidası  yoxdur,  birmənalı olaraq  puldu. Madiyyata  görə  çəkilmək  olar. Sırf  daha da tanınmaq  üçün deyil,  bunlar  mənim  üçün  o  qədər də  maraqlı  deyil. Təklif  alsam  hərhalda  qəbul  edərəm.

Arzuladığınız  yerdəsiz?

-Bəli, arzuladığım  yerdəyəm. Digər  işlərdə  işləmişəm  ancaq  arzulamadığım  yer  olmadığına  görə  çox  qalmamışam. 3 il  teatrda işləyirəmsə demək  arzuladığım  yerdəyəm. Hələ  gəncəm  inşallah  daha da  yuxarı  pillələrə  qalxaram  oda  ki,  insanın  özündən  aslıdır.

 

Gələcək  hədəfləriniz  və  xəyallarınız...

-Gələcək hədəfim  teatrda  işləmək, tamaşalarda  rollar  ifa  etmək, yaxşı rejisorların  filmlərinə  çəkilmək  məsələn  Elxan  Cəfərovun  filmində  çəkilmək  istərdim.

Elxan Şahaliyev: "Hər bir aktyor bunu bacarmalıdır..."

 

Elxan  bəy,  qısametrajlı  filmlərə  çəkilmisiz  bu  barədə  fikirlərinizi  bizimlə  bölüşərsiz?

-Bizim teatrda gənc  rejissor  Cavad Nuriyevin qısametrajlı filimində çəkilmişəm “İkimizin Hekayəsi” traileri  kitab  festivalında  ikinci  yerin  qalibi  olub. Bu yaxınlarda “3 Divar” adlı qısametrajlı filmə  çəkildim və bu filimdə  festival  üçündür. Keçən  ildə  teatrımızın aktrisası  Səbinə Hacıyevada  qısametrajlı film  çəkmişdi, şeirlərdən  ibarət  kampazisya  idi,  burada  şeirləri  mən  səsləndirmişəm. Hələki  filmə  gedən  yolda  yavaş-yavaş  addımlayıram...

Sosial  mediada  şeirlər  səsləndirdiyiniz videolarınız var. Bunun  üzərində  çalışırsız və  davamı  olacaqmı?

-Hər bir aktyor  şeir  söyləməyi  bacarmalı olduğunu  düşünürəm. Şeir  insanın  daxili  aləmidir, şeir insanın  hissləridir. Şeirə  böyük  hörmətim var, Azərbaycan klassiklərini şeirlərini oxumağı çox  sevirəm. Ən  çox  sevdiyim  şairlər Ramiz  Rövşən, Məmmədhüseyn Şəhriyyar,Bəxtiyyar Vahabzadə, Məmməd Arazdır. Bu  dəyərli  şairlərin  şeirlərini  başa  düşmək, oxumaq  böyük  istedad  tələb  edir. Demirəm  ki,  mən  öhtəsindən  gəlirəm, lakin əhatəmdə  olan  insanlar  söyləyir ki,  bu səndə  alınır.  Şeir  ilahi  qüvvədir, şeir deməyi  bacaran  inasının  hissləri  gözəl  olur, daxili  aləmi  gözəl  olur. Şeirdə  incə  məqamlar  var  onları  açmağı  bacarmaq  lazımdır. Gələcəkdə inşallah  davam  etmək  istəyirəm.

 

Elxan  bəy sizə  işlərinizdə  uğurlar  arzu  edirik. Dəyərli vaxtınızı ayırıb  gəldiyiniz  üçün  çox  sağolun.

-Siz sağ olun Səidə  xanım.

 

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ