SON DƏQİQƏ
» » Neft sürətlə bahalaşır: Ölkəmizə gələn milyardlar... – Müsahibə

Neft sürətlə bahalaşır: Ölkəmizə gələn milyardlar... – Müsahibə

Tarix:

5-10-2018, 09:55

/ 10 527 dəfə oxundu.
Neft sürətlə bahalaşır: Ölkəmizə gələn milyardlar... – Müsahibə

Dünya neft bazarında baş verən dəyişikliklərlə bağlı keçmiş maliyyə naziri Fikrət Yusifovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Dünya neft bazarında son günlər maraqlı proseslər yaşanır. Neft qiymətlərində olan bu artımı necə dəyərləndirirsiniz?

- Dünya bazarlarında neftin qiymətlərində 2014-cü ilin ortalarından başlayan kəskin azalmalar 2016-cı ilin yanvar ayında özünün ən aşağı həddinə - bir barrel üçün 32,1 dollara endi. Bundan sonra qiymətlərdə müxtəlif zaman kəsiyində müəyyən oynamalar olsa da, əsasən, yüksələn xətlə artaraq bugünkü səviyyəyə - yəni bir barrel üçün 85 dollara çatdı. Qiymətlərdə son aylar ərzində baş verən davamlı yüksəlişə mütəxəssislər müxtəlif izahlar versələr də, artım bilavasitə dünya siyasi müstəvisində baş verən prosseslərlə bağlıdır. İlin sonuna qədər neftin qiymətlərinin 100 dollara qədər artacağı ilə bağlı proqnozların da reallığını qəbul etmək olar. Çünki noyabr ayının 4-dən etibarən Birləşmiş Ştatların İran neftinin satışına qoyduğu embarqo qüvvəyə minəcək.

- Sanksiyaların tətbiqindən sonra nə gözlənilir?

- İran artıq bu sanksiyaların bəyan edildiyi vaxtdan neftini kimlərə, hansı yollarla və hansı şərtlərlə satmaq istiqamətində araşdırmlar aparmaqla məşğuldur.

- Bu işlər nə qədər səmərəli olacaq? İran embarqoya qədər bazara çıxardığı 2,5 milyon barrel neftin hansı hissəsini sata biləcək?

- Bəlli məsələdir ki, bu yolla satılan neftin qiyməti dünya bazarlarında satılan neftin qiymətlərindən bir xeyli aşağı olacaq. Deməli, İran qadağalar qüvvəyə mindikdən sonra qiymətlərin aşağı olması hesabına da itkilərə məruz qalacaq. Digər tərəfdən, onun embarqonun tətbiqindən sonra neft satışı həcmi kəskin azalacaq. Bu isə İran iqtisadiyyatına növbəti ciddi zərbə, dünya bazarlarında neftin qiymətlərinin yüksəlişinə isə bir təkan olacaqdır.

- Bəzi ekspertlər neft qiymətlərinin bahalaşması fonunda il ərzində ölkəmizə daxil olacaq əlavə vəsaitin 10 milyard dollara çatacağını proqnozlaşdırır...

- Təxmini hesablamalar elədir, dəqiq rəqəm, əlbəttə, ilin sonunda bəlli olacaq. Hesab edirəm ki, biz bu əlavə vəsaitdən düzgün istifadə etməklə qeyri-neft sektorunun inkişafında əhəmiyyətli sıçrayış edə bilərik. İlk növbədə neft pulları hesabına valyuta ehtiyatlarımızı maksimum artıra və bu hesaba əldə edilən gəlirin bir hissəsini bilavasitə yerlərdə kiçik və orta istehsal və emal müəssisələrini yaradılması üçün biznes layihələrin çox güzəştli şərtlərlə kreditləşdirilməsinə yönəldə bilərik. Bu gün dövlət xətti ilə biznes layihələrin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcmini neftin qiymətlərinin kəskin artmasından daxil olan gəlirlər hesabına 10 dəfəyə qədər də artırmaq mümkündür. Bizim neftin qiymətlərinə güvəncimiz yoxdur. Ölkə Prezidenti bunu dəfələrlə bəyan edib. Bu gün başlanılan iqtisadi islahatlar yaxın zamanlarda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda inqilabi bir dönüşü hədəfləyib. Bu dönüşə nail olmağın ən düzgün yolu da neftin satışından əldə olunan əlavə gəlirlərin bir hissəsinin biznes mühitin qaldırılması istiqamətində xərclənməsi ola bilər.

скачать dle 12.1

Şərhlər