SON DƏQİQƏ
» » Əməkdar artist: "Əyilib-qalxa bilmirəm..."- Müsahibə

Əməkdar artist: "Əyilib-qalxa bilmirəm..."- Müsahibə

Tarix:

15-05-2018, 17:58

/ 10 767 dəfə oxundu.
Əməkdar artist: "Əyilib-qalxa bilmirəm..."- Müsahibə

İndi güclü mafiya var, məni 10 ildir filmlərə yaxın qoymurlar. Allah cəzalarını versin. Elə o əsəblərdir məni bu günə qoyan.

Gunaz.az xəbər verir ki, Bu sözləri Teleqraf.com-a müsahibəsində əməkdar artist Lətifə Əliyeva deyib. Onunla müsahibəni təqdim edirik:

Lətifə xanım, necəsiz, özünüzü necə hiss edirsiz?

- Hazırda klinikadayam.

Ciddi bir şey yoxdur ki?

- Qoca arvadam da, ay bala, dərdim bir deyil, iki deyil. Artıq 73 yaşım var.

Müalicəniz klinikada davam edir, yoxsa müayinə üçün gedirsiz?

- Yox, gah gözümə, gah başıma, gah da ayağıma görə tez-tez bura gəlməli oluram. Heç bu müalicələrin də xeyri yoxdur.

Teatrdan kömək edən, maraqlanan yoxdurmu?

- Yox, canım. Niyə kömək etsinlər ki? Camaatın işi-gücü yoxdurmu bəyəm? Hamının öz dərdi, öz problemi var, oğlum. Heç kəsdən təmənna da ummuram. Bir təhər başımı girıləyirəm. Harda qırılar, qırılar...

Bəs gəliriniz hardandı? Necə dolanırsız?

- Əşşi, heç nə... Nə gəlir? Dolanırıq da... Xaricə-zada getmirəm ki...

Durumunuzla bağlı kiməsə müraciət etmisizmi?

- Yox, yox, yox. İstəmirəm. Elə şey edərlər ki, ordaca qalaram. Bir dəfə başıma gəlib də...

Nə gəlib başınıza?

- İstəyirdilər kömək edələr, əksinə, az qala vurulan iynələrdən ölmüşdüm.

Oğlunuz necədir?

- O da əvvəlki kimi. 50 yaşında uşağa baxıram, təsəvvür elə də. Getdi müharibəyə, başı xarab oldu qayıtdı. Mənə nə olur, əcəb olur. Mənim kimi zəiflər ayaqlar altında qalır. Elə ayaqlanmalıyam, əcəb olur.

Teatrdan tamam uzaqlaşmısız?

- Yox, o gün Bəhram Osmanovun quruluş verdiyi “Sarıköynəklə Valehin nağılı” tamaşasında oynadım. Əyilib-qalxa bilmirəm. Ona görə çox tamaşalardan imtina edirəm. Yoxsa tamaşalarda oynamağım üçün heç bir problem yoxdur. Ayaqlarımda ağrılar olsa da, bir təhər dözürəm.

Əməkdar artist: "Əyilib-qalxa bilmirəm..."- Müsahibə

 

 

Yeni seriallardan, filmlərdən təklif alırsızmı?

- Yox, canım, siz nə danışırsız? İndi güclü mafiyalar var, məni 10 ildir filmlərə yaxın qoymurlar. Allah cəzalarını versin. Elə o əsəblərdir məni bu günə qoyan.

Niyə belə edirlər ki?

- Əcəb edirlər, əllərinin içindən gəlir, sənə qurban olum. Kimin kimə gücü çatırsa, belə də edir. Kimin imkanı varsa, özü üçün tamaşa da qoydurur, filmlər də çəkdirir.

Başa düşə bilmirəm, elə hər şey imkanla olmalıdır? Qanun-qayda yoxdurmu? Heç olmasa, mənə xalq artisti adı versinlər. Xalq artisti adı versinlər ki, gedim oturum evimdə də. Çağırırlar, gəlirəm tamaşalarda oynayıram, tamaşaçıların da xoşuna gəlir, hə, nə olsun? Neçə illərdir əməkdar artistəm.

Hərə bir mafiya yaradıb. Heç kəsi yaxına buraxmırlar. Rejissorlar nə düşünür bəs? Harda mənim adımı çəkirlər, o dəqiqə qadınlar müdaxilə edir ki, bu rola çəkiləcək adam gərək mənimlə bacı ola, ana ola. Elə bil ki, atalarının, analarının serialları, filmləridir. Belə adamların nə sənəti olacaq?

Həmkarlarınız gəlib-gedirlərmi?

- Niyə gəlib-getsinlər axı? Bu saat adamı heç doğmaları yadına salmır, qaldı ki, başqaları. Ayda bir-iki dəfə tamaşalara gedirəm, orda görürük bir-birimizi. Qınamıram heç kəsi. Bu saat hərənin öz dərdi, öz problemi var.

Dedilər ki, Xoşqədəmin verilişinə çıx, sənə kömək etsinlər. Mən Xoşqədəmə inanıram, ancaq onun kollektivinə yox. Elə iynə vururlar ki, adama mikrob düşür.

Yaxşı, oğlum, məni həkim çağırır, sağ ol.

 

скачать dle 12.1

Şərhlər