SON DƏQİQƏ
» » Mutlu: "Mən bu sərhədlərin dağılmasını istəyirəm" - VİDEO

Mutlu: "Mən bu sərhədlərin dağılmasını istəyirəm" - VİDEO

Tarix:

5-05-2018, 08:54

/ 10 694 dəfə oxundu.
Mutlu: "Mən bu sərhədlərin dağılmasını istəyirəm" - VİDEO

Türkiyənin Uluslararası İşbirliyi Platformunun təşkilatçılığı ilə aprelin üçüncü ongünlüyündə Antalyada Türkiyə-Rusiya iş adamlarının “Yüksələn Avrasiyada Türkiyə-Rusiya ilişkilərinin gələcəyi” Konfransı keçirildi.

Gunaz.az Antalya zirvəsi sonrası toplantının Türkiyə tərəfdən təşkilatçısı Məhməd Mutlunun Rusiya-Türkiyə münasibətləri ilə bağlı musavat.com-a müsahibəsini təqdim edir:

- İki ölkənin siyasət və iş dünyası təmsilçilərinin qatıldığı zirvə görüşləri ilk sırada toplumların bir-birini tanıması üçün önəmlidir. Çünki insanları bir-birinə yaxınlaşdıran ticari ilişkilər deyil, ortaq dəyərlər, ortaq mədəniyyətdir. Biz ruslarla eyni coğrafiyanın insanları olduğumuz üçün düşünürəm ki, ortaq ənənələrimiz də var. Biz iki xalq arasında münasibətləri gücləndirmək istəyiriksə, bu dəyərləri tapıb üzə çıxarmalıyıq.

Ticarət ölkələr arasındakı ilişkilərin olmazsa olmazıdır. Bu gün Türkiyə ilə Rusiya arasında kənd təsərrüfatı, inşaat sektorlarında işbirliyini xeyli genişləndirmək mümkündür. Ancaq bütün hallarda xalqlar arasında isti münasibətlər olmadan bu ilişkilərin qalıcı dostluğa çevriləcəyini düşünmürəm. Ticarət, ya da hər hansı proje bitdiyi gün ilişkilər də zəifləyər, getdikcə sona varar. Yalnız sosial anlamda birlikdəliklər qurulanda bu dostluqların qalıcı ola biləcəyinə inanıram. İnsanlar bir-birlərinə inandıqda, güvəndikdə, ortaq qərar vermələri, birlikdə çalışmaları daha asan başa gəlir. Ona görə uzunmüddətli hədəflər üçün öncə sosial ilişkilər qurulmalı, daha sonra ticarətə keçilməlidir. Biz əslində bu zamana qədər yanlış yoldan yürümüşük. Alt yapı olmadan güclü, genişmiqyaslı ilişkilər qurmağa çalışmışıq. Bu isə heç zaman ciddi nəticələrə gətirə bilməzdi. İndi biz problemə yanaşmanı dəyişdirməliyik. Antalya zirvəsinin də məqsədi bu idi. Rusiyanın ünlü politoloqlarından Aleksandr Duqinin süfrə duası oxuduğu məclisin etkisini yalnız elmi tezislərə köklənən bir neçə toplantı yarada bilməz.

- Rusiyanın sizin addımlarınıza verdiyi qarşılıqdan razısınızmı?

- Antalyadakı zirvə Rusiyanın da bizim qədər bu münasibətlərin istiləşməsinin tərəfdarı olduğunu göstərdi. Bu məni çox mutlu edib. O səbəbdən düşünürəm ki, görüşlərin, müzakirə və məsləhətləşmələrin sayı artırılmalıdır. Xalq diplomatiyasını hərəkətə keçirmək zamanıdır. Sayın Putinlə sayın Ərdoğan görüşür, fikir bölüşür, bu ayrı.. Ancaq alt təbəqələr – iş, sənət dünyasının insanları dayanıqlı münasibətlər qurmağın yollarını aramalıdırlar. Liderlərin bu yaxınlaşması sosial-iqtisadi həyata da yansımalıdır.

- Türkiyə ilə Rusiyanın birlikdəliyinə pessimist baxanlar optimist yanaşanlardan çoxdur. Sizcə, hansı tərəf daha haqlıdır?

- Türkiyə Rusiya arasında uzun illər soyuq yellər əsib. Yaxın tariximizdə böyükelçinin güllələnməsi kimi diplomatik həyatın ən arzuolunmaz olayı baş verib, bundan başqa, “təyyarə böhranı” yaşanıb. Ancaq bütün bunlara baxmayaraq, liderlər düşmənçiliyi yox, dostluğu önə çəkiblər. Demək, hər şey indiyə qədərkindən fərqli ola bilər. Uzun illərdir biz Rusiya ilə ticarətdən başqa heç bir sahə ilə bağlı fikir mübadiləsi aparmırıq. Unuduruq ki, bəzən mədəniyyət layihələri iqtisadi layihələrdən daha çox gəlir gətirə bilər. Mədəni ilişkilər bacasız sənayedir. Gəliri çox, ziyanı yox. Bunlar çox önəmli olsa da, bizim iş adamları bunları fərq etmir. Biz təcili stratejik birlikdəliklər yaratmağa başlamalıyıq.

- Azərbaycanın Türkiyə-Rusiya arasındakı münasibətlərdə yerini, rolunu necə görürsünüz?

- Azərbaycan da bu işin içərisindədir. Biz Rusiya ilə münasibətlərdə Azərbaycanı heç zaman gözardı etmirik, tam əksinə, Azərbaycanın da bir şəkildə həmin layihələrdə olmasına çalışırıq. Məsələn, Rusiyanın ən nüfuzlu iş adamlarından professor İlham Rəhimov əslən Azərbaycandandır. O, son illər Türkiyə-Rusiya münasibətlərində ən gərgin nöqtələrin aradan qaldırılması üçün miqyassız əmək sərf edib. O, bunu biznes çıxarlarına görə yox, milli, insanı baxışlarına görə edib. Biz insanları insan olaraq dəyərləndirməyi unutmuşuq. Ancaq dövlət çıxarları, milli çıxarlar, bunlardan gələn bölücülük, “bizdən deyil” prinsipi fərqli millətləri, dövlətləri təmsil edən insanlarla aramıza sədlər çəkib. Mən bu sərhədlərin dağılmasını istəyirəm. Hətta düşünürəm ki, dövlətlər arasında da indiki tikanlı məftillər olmamalıdır. Biz öncə insana insan gözündə baxmağı öyrənməliyik. Kimin hansı millətdən, hansı dindən olduğu deyil, insanlıq üçün nələr etməyə hazır olması bizim üçün önəmli olmalıdır. Bu qütbləşmə insanları bir araya gətirməyə imkan vermir. Bu gün bulunduğumuz coğrafiyada savaş var. Savaşlar dünyanı heç zaman yaxşılığa apara bilməz. Mən buna inanıram. Siyasi iddialar, insan qətlləri millətlərin, dövlətlərin həyatında uzun illər sağalmayan yaralar açır. Bir də ölən dinc insanlar, özəlliklə günahsız körpələrdirsə, bu insanlıq faciəsidir. Böyük güclər təcili bu savaşları dayandırmalıdırlar. Bəziləri savaşlara böyük paralar kimi baxır, ancaq insanlıq savaşlarla gələcəyini məhv etdiyini anlamalıdır.

- Siz Türkiyə prezidentinin ailə üzvü - dayısı oğlusunuz. Rusiya ilə münasibətlərin dərinləşdirilməsi haqqında fikirlərinizi Prezident Ərdoğanla paylaşmısınızmı?

- Biz Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın qohumu olmaqdan hər zaman onur, qürur duyuruq. Mən bütün işlərdə sivil diplomatiyanın öndə olmasını arzulayan insanam. Hər zaman da bunu düşünürəm. Cümhurbaşqanı zatən çox məşğul insandır – o, bir dünya lideri olaraq, saysız-hesabsız məsələnin çözümünü aramalıdır. Hər zaman düşünürük ki, onun qayğılarından hansını biz üzərimizə götürə bilərik? Atdığımız addımlar da təbii, onun genəl siyasətinə uyğundur. Dünya, həyat bizim arzularımız əsasında idarə olunmur. Ölkələr arasındakı ilişkilərdə də sıxıntılar var, olub, olmalıdır. Ancaq ən az ziyanlı hansı yoldursa, biz o yolla yürüməyə çalışımalıyıq. İki ölkə arasında münasibətlərin gündəmindəki problemləri elm adamları, hüquqşünaslar bəlirləməli, çıxış yolları aramalıdırlar. Biz buna çalışırıq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ