SON DƏQİQƏ
» » Gənc rəssam Orxan Qarayev: "İlhamı oturub gözləmək olmaz" - MÜSAHİBƏ

Gənc rəssam Orxan Qarayev: "İlhamı oturub gözləmək olmaz" - MÜSAHİBƏ

Tarix:

3-02-2018, 12:34

/ 3 301 dəfə oxundu.
Gənc rəssam Orxan Qarayev: "İlhamı oturub gözləmək olmaz" - MÜSAHİBƏ

Gənclərin  izi ilə.

Qarayev  Orxan 20.07.1991 –ci ildə  Gəncə  şəhərində  dünyaya  göz  açıb. Özündə  uşaq  yaşlarından  rəssamlıq  sənətinə  marağını  hiss edən,  Orxan  bəy,  Gəncədə  “Uşaq  Rəssamlıq  Məktəbi” –nə  daxil  olur.  Məktəbi  bitirdikdən  sonra  təhsilini  Azərbaycan  Dövlət  Rəssamlıq  Akademiyasında    başa  vurub.Həyat  dolu  rəssam, bir – birindən  qeyri –adi,  maraqlı,  mürəkkəb  olduğu  qədər də  şirin  və  anlamlı  əsərlərini  yaratmaqdadır.

Rəssamlıq  həvəsi  sizdə  necə  yarandı?

-İlk  olaraq  valdeynlərim  hiss elədi. Evimizin  divarlarında  boş  yer  qalmamışdı,  adamlar, gəmilər  əlimə  hansı  rəsm  gəlirdi  çəkirdim. Valdeynlərim  hər  zaman   söylərmiş  ki,  bu  uşaq   mütləq  rəssam  olacaq. Rəsmlərimdən  evdə  boş  yer  qalmırdı. Heç  zamanda  çəkdiyim  rəsmləri  silməzdilər. Bir  neçə  ildən  sonra  mənə  göstərdilər  ki,  bunları  sən  çəkmisən, xatirələrim kağız,qələm,  rəngli flamasterlerlə doludur .Biraz  böydükdən  sonra  anama  israrla  deyirdim ki,  rəssamlıq  məktəbinə  getmək  istəyirəm  lakin  anam,  birazda  keçməsini  söyləyirdi. Amma  nəhayət  ki,  öz  istəyimə  çatdım  və  “Gəncə Uşaq  Rəssamlıq Məktəbi” nə  qoydular. ilk günümüzdə məni sınaqa çəkdilər bacarıqmı görmək üçün. Mənim  qarşıma  natürmort  qoydular  ki,  mən  onu  işləyim. Hələ də  həmin  rəsm evimdədir  və  mənə  xatırladır ki, ilk  addımım  incəsənətə  necə  olub.Uşaq rəssamlıq məktəbində bizə çox yaxşı dərs deyirdilər çünki artıq unversitetin böyük tələbləri olur.  Çılpaq  rəsm  işləməlisən, yağlı  boyalarla  çalışmalısan.Bəxtim  gətirdi  ki,  yaxşı  müəllimlərim  olub  hansı  ki, Sank-peterburqda “Repin”  adına rəssamlıq  akademiyasını  bitirmiş  müəllimlər  idi.Müəllimiz  Mamed  Verdiyevin  özüdə  Непринцев Ю.М.-dan dərs almışdı.Həyatda  ən  böyük  şanslarımdan  biri  idi  ki,  mən  həmin   dəyərli  insanlardan  dərs  almışam  və  biz  orda  professional  rəssamlıqı işləyə bilmişik. Gəncədə  həmin  məktəbi  oxuyan  uşaqların  hamısı  ADRA –a  qəbul  oldular  və  bundan  başqa  Rusiya  və  Ukrayna  unversitetinə  qəbul  olurdular. Məğız  bundadır  ki,  bizim  təməlmiz  yaxşı  idi.

Sizdə  qərara  gəldiniz  ki, Bakıya  təhsilinizi  davam  etmək  üçün  gələsiz.

-Bəli, daha Rusiyaya  valdeynlərmizlə  qayıtmaqa imkanımız  yox  idi. Gəncə  şəhərində  böyük  akademiya  olmadıqından  Bakıya  üz  tutdum və  təhsilimə  burda  davam  etirdim. Özümdə  şad  oldum  ki, həmin  unversitedə  oxumuşam, müəllimlərini  tanımışam.  Həm  incəsənət  həm də həyat  məktəbidir.  Hər  bir  rəssam  üçün  ən  əsas  mühitdə  olmaqdır.  Elə  rəssam  var  ki,  bütün  günü  emalatxanadadır  yalnız  işləyir. Əsas  mühitə  keçməkdir, mühitdə olması  vacibdir. Məsəl  üçün  sizə  bu  mühit qeyri – adi  gəlir  çünki  bütün  gününüzü  işdə  yaxud  evdə  olmaqla  keçirə  bilərsiz  amma  burası  başqa  bir  aləmdir. Azadlıq  otağıdı  nə  istəsən  edə  bilərsən, fikir  azadlığı  var, düşünmək  olar,  gülmək  olar,  oppanmaq  belə  olar(gülür).  Mən  bu  otağa  girəndə  bütün  problemlərimi  unuduram. Akademiya  bu  cəhətdən  rahat  idi.

Sizi  hansı  sujet  cəlb  edir?

-Akademiyada  oxuyan  zaman  tələblərimiz  var idi. Biz  akademizmla  çalışırdıq, klassika  ilə  üzləşməliydik,  hər  şeyi  öyrənməliydik. Ümumiyyətlə   incəsənət   xadimi,  insanının  işi  ömür  boyu  öyrənməkdir. Hansısa  böyük  rəssama  sual  versəniz  ki,  rəssamlıqı  tam  öyrəndiz? Əminliklə  deyər  ki,  hələ  də  öyrənirəm. Çünki  bu  bitmir, tükənməz  bir  şeydir,  hər  dəqiqə,  hər saniyə  yeni  bir  şeylər  çıxır. Akademiyanı  bitirdikdən  sonra   başladım  öz  baxışımla  baxıb  işləməyə. Deyə  bilmərəm  hansı  sujetə  üstünlük  verirəm,  mən  daha  çox  müşahidə  etməyi  sevirəm.  Üslubumu  dəyişmədən  tez-tez  mövzularımı  dəyişirəm. Buna  görə də  hansısa  mövzunu  xatırlaya  bilmirəm.  Amma  deyə  bilərəm  ki, sevdiyim  mövzu  əsasən  məişətə  uyğundur,  adi  bir  əşyalardan,  insanların  içində  gözlə  görə  bilmədiyimiz,  hiss  edə bilmədiklərimizi  rəsmlərimdə  əks  etdirməkdir.

Sizə  nə  ilham  verir?

-Hər  şey,  yaşamaq,  sevgi, musiqi  ilham  verir. Məni  çıxmaq  şərti  ilə  bəzi  rəssamlar  deyir  ki,  ilham  yoxdur  deyə  çalışmırıq. Elə  gün  olur  ki, əlini  heç  nəyə  vurmağın  gəlmir,  fırçaya,  rəngə,   içindən,  qəlbindən  işləmək  gəlmir.Hər  bir  şeydən  ilham  almaq  olar  sadəcə  özünü  sakitləşdirsən, ruhunu  rahatlatsan. Oturub  ilhamı  gözləmək    olmaz,  əgər   işləsən  ilham  yarana  bilər.  Bilirsiz,  bu  vaxta  bənzəyir  biz kimisə  gözləyirik  və  vaxt  getmir,  sanki  vaxt  dayanıb  amma  biz  işləyəndə   görürük  ki,  vaxt öz  axarı  ilə  gedir.  Əgər  işləsən  fikirlər  yaranar  və  istəməsən  belə  ilham   yaranar.

Bu  zamana  qədər  sərginiz  olub?

-Bu  zamana  qədər  fərdi  sərgim  olmayıb  amma  çalışıram  ki,  olsun. Bunun  üzərində  çox  zəhmət  çəkmək,  yetişmək  lazımdır. Bu günə  kimi  bir  çox  sərgilərdə  iştirak  etmişəm,  sertifikatlarla,  diplomlarla  tərtif  olunmuşam.  Beynəlxalq  sərgilərdə  də  iştirakım  olub. Bu  yaxınlarda  olan  sərgilərin  adını  çəkə  bilərəm.  "Spectrum" adlı qrup sərgisi. VI Beynəlxalq "Tullantıdan incəsənətə" sərgisi. 8-ci Beynəlxaq "Qız Qalası" "İncəsənət  Festivalı" bunun  kimi sərgilər  çox  olur, bu  bitib, tükənməyən  bir  şeydir.Sizin  işiniz  yazmaqdır,  bizim  işimizdə  yeni  proyeklər  hazırlamaqdır. Hər  gün  olmasada  çalışırıq  ki,  ayda  bir  dəfə  sərgi  edək. Əlbbətdə,  məndə  istəyirəm  ki,  fərdi  sərgim  olsun  və  rahat  bir  şəkildə  deyim  ki,  mənim də  fərdi  sərgim  oldu.  Ona  görə  yox  ki,  mənim  sərgim  olmalıdı,  nişanə  olması  üçün  xeyir,  sadəcə  özümü  hazır  hiss  etməliyəm.  Sərgi  insanı  böyüdür  və  dolğunlaşdırır.  Hər  sərgidə  nə  isə  kəşf  edirsən  özün  üçün. Sərgidə  ktirika  ilə  üzləşirsən.  Həmin  ktirika  ilə  rastlaşanda,  bəzi  insanlar  aqrisiv  qarşılıyır  ki,  mənim  işlərim  ən  yaxşısıdır,  mənə  bununla  yanaşmayın. Məncə  ktirika  insana  yaxşı  təsir  etməlidir, çıxarış etməlidi  özü  üçün,  nə  baş  verdi? Niyə  belə  düşünürlər? Düzdü  demirəm  ki,  başdan-ayağa  öz  işini  dəyişsin  sadəcə  duyub   hiss  etsinlər.

Elə  olub ki, hansısa  əsəri yarada  bilməmisiz?

-Çox  çətin  sualdı  əslində (gülür). Bilmirəm  hansı  əsər  yaranıb  hansı  yox. Hər  biri  mənim  üçün  əzizdir. Lakin  bəzən  olub ki,  hansısa  rəsm  ya  zəifdir  ya da  o  hissləri  verməyə  çalışa  bilməmişəm .  Amma  düşünürəm  ki,  alınmayan  işə  “Bacarmamışam”  deyə  bilmərəm  çünki  alınmayan  işimin  üzərində də  bir  şeylər  öyrənmişəm  və  eyniylə  alınan  işlərimədə  “Bacarmışam”da  deyə  bilmərəm.  Bunu  izah  edə  bilmərəm  çünki  bilmirəm  nə  bitib  nə  qalıb.

Hansısa rəssamdan əsərlərniz tənqidlə qarşılanıb?

-O   qədər  olub  ki,  çoxda  gözəl  tənqid  olunmuşam  və  normalda  qarşılıyıram.  Əgər  söhbət  rəssamlardan  gedirsə,  onlar  tərəfindən  çox  olur.  Niyə?  Çünki  onlar  bu  işin  içində  olan  insanlardır  və  hansı  şuaların  verilməsini  çox  gözəl  görə  bilirlər.  Adi  kütlədən  olan  insanlar  isə   fikirləri,  ktirikası  daha  maraqlıdır.  Elə  fikirlər  bildirirlər ki,  özün  bunu  heç  rəsm  çəkərkən  düşünməmiş  olursan  və  özünə  deyirsən  ki,   belə  də  olarmış.  Tənqidlə  rastlaşmışam  və  hələ də rastlaşacam.

Bir  çox insan iş görərkən musiqi dinləyir sizdə hansısa musiqini dinləyirsiz?

-Bəzən  dinləyirəm,  bəzən  dinləmirəm.Sakitliyin içərisində  çalışıram,  yalnız otaqda  mən  və  xəyallarım  olur.  Birdə  baxıram  ki,  artıq  vaxt uçub  və  öz  axarı  ilə  gedib. Elə  olur ki, sevdiyim  musiqilərin  sədası  altında da  işləyirəm.

Hansı  rəssamların  əsərlərini  bəyənirsiz?

-Bir  çox  rəssamların  əsərlərini  bəyənirəm  xarici  və  yerli.  Bizim  çox  gözəl  rəssamlarmız  var Tahir  Salahov, Tofiq Cavadov, Mircavad  Mircavadov, Əşrəf  Muradov  və  bir  çoxları.

Rəsimlərinizi kimlərinsə alması sizin üçün önəm daşıyırmı?

-Əlbbətdə, hədiyyə verəndə və  satanda  çox  diqqətli  olmalısan.Sənin  verdiyin  əziyyəti  görə  bilsin və  əsərini  əzizləməyi  bacarsın. Mənim  rəsmlərim  kiminsə boş divarlarını  doldurmaq  üçün  deyil. Həqiqətən həmin rəsmdə özünü  tapan, qiymət verən  insanlar  üçündür. Elə  rəssamlar  var  ki,  yalandan  tabloya  boya çırpır və  əsər  adlandırır,  insanlarda  onu  bəyənərək  milyonlar  xərcləyir. Biri var  artist,  biri  var  əsl  rəssam.Əsl rəssamın işi rəsimin üzərində əziyyət çəkməsidir.

 

Orxan bəy,sizə yaradıcı uğurlar və fərdi sərgi etməyi arzu edirəm.

 

-Təşəkkür.

 

Səidə Seyidova

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ