SON DƏQİQƏ
» » Koreyalı qız azərbaycan dilində elə danışır ki... - “Qarabağ Azərbaycanındır” - VİDEO

Koreyalı qız azərbaycan dilində elə danışır ki... - “Qarabağ Azərbaycanındır” - VİDEO

Tarix:

2-07-2017, 10:00

/ 4 417 dəfə oxundu.
Koreyalı qız azərbaycan dilində elə danışır ki... - “Qarabağ Azərbaycanındır” - VİDEO

Cənubi Koreyada yaşayan türkiyəli blogger Əli Ərtuğrul Azərbaycanla bağlı maraqlı videoreportaj hazırlayıb. O, Azərbaycanda təhsil alan və azərbaycan dilini öyrənən koreyalı qızdan müsahibə alıb. Azərbaycanda başına gələnləri danışan qız özünə azərbaycan dilində ad da seçib: Arzu.

Bakını çox sevdiyini deyən qız Azərbaycanda ən çox insanların küçələri zibilləməsindən və oğlanların ona söz atmasından narahat olduğunu deyib. Onun sözlərinə görə, yeməklərimiz çox dadlıdır, ən gözəl şəhərlərimiz isə Lənkəran və Gəncədir.

Videoreportajın ən maraqlı hissəsi isə özünü Arzu kimi təqdim edən qızın Qarabağın Azərbaycan torpaqları olduğunu müdafiə etdiyi yer olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ