SON DƏQİQƏ
» » `Ermənilərin mənimlə eyni konsertdə iştirakına şərait yaratmıram` - Türkiyədə yaşayan pianoçu ilə müsahibə

`Ermənilərin mənimlə eyni konsertdə iştirakına şərait yaratmıram` - Türkiyədə yaşayan pianoçu ilə müsahibə

Tarix:

11-02-2017, 12:22

/ 6 878 dəfə oxundu.
`Ermənilərin mənimlə eyni konsertdə iştirakına şərait yaratmıram` - Türkiyədə yaşayan pianoçu ilə müsahibə

 Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı pianoçu xanım Tutu Aydınoğlu Femida.az-ın müsahibi olub Gunaz.az həmin müsahibəni təqdim edir

Müsahib haqqında qısa arayış
Tutu Aydınoğlu 1984-cü ildə Bakı şəhərində anadan olub. Ailənin böyük övladı olan Tutu hələ uşaq vaxtlarından musiqiyə maraq göstərib. Evilidir. Bir qız övladı var. Hazırda ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır. 
-Sizi öz dilinizdən tanıyaq. 
- Tutu Aydınoğlu. Azərbaycanı sevən pianoçu... Sadə bir insan .Ən əsası azərbaycanlı.
-Uşaqlığınız harada, necə keçib?
- Uşaqlığım doğma Bakımda...Özü də köhnə Bakıda. 6 yaşından Bülbül adına musiqi məktəbində 11 il, sonra Bakı Musiqi Akademiyasında bakalavr daha sonra magistrı oxudum. Dərslərdən və məşqlərdən vaxt tapdıqca şəhərin köhnə küçələrini gəzmək üçün görüşdüyüm dostlarımla birgə keçib uşaqlığım. İndi də Bakıya gəldiyimdə mütləq o gəzintilər təkrarlanır.



-Musiqiyə sevginiz nə vaxtdan yarandı?
- Heç bilmirəm... Sanki o sevgi mənimlə bərabər doğulub.Gözümü açandan musiqini sevmişəm.
-İlk pianonuz yadınızdadır?
- Əlbəttə... Evimizin qara mirvarisi.... Qara iki pedallı Belarus. Rəmətlik nənəmin ərköyün oğluna , yəni atama aldığı, amma mən qapağını qaldırana qədər heç bir zaman səsi duyulmayan 13 illik dostum... Bəli, 13 il... Mənə 13 il tab gətirə bildi. Üzərində çalışdığım əsərlərin sayını bir zaman sonra itirdim. Mənim məktəbdən gəlişimi gözləyən uşaqlıq dostum idi pianom. Yorğun ikən az mənə yastıq olmadı. Üzərinə başımı qoyub yatmağı çox sevirdim. Hər gün ən az 5 ya da 6 saatımız bərabər keçərdi. Yay,qış fərqi yox idi.
-Müəllimləriniz kimlər olub?
- Müəllim cəhətdən həqiqətən çox şanslı olmuşam. Bülbüldə 11 il Rəna Atayevanın sinfində oxudum. Bakı Musiqi Akademiyasında bakalavr və magistr pilləsini Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi professor, əvəzolunmaz müəllimim Oqtay Abasquliyev sinfini və Aspiranturada (sanatta yeterlilik) Türkiyənin ən önəmli müəllimləri sırasında olan prof. Meral Yapalı müəllimlərimdən olub. Hər birindən ayrı ayrılıqda öyrəndiklərim hər zaman yoluma işıq olub. 
-Niyə məhz Türkiyəni seçdiniz?
- Yaşadığım çətinliklərə baxmayaraq, heç bir zaman başqa bir ölkəyə köçmək, bir ölkə seçmək, vətəndən uzaqda yaşamaq planları qurmamışdım. Xəyalım da yox idi. Türkiyəyə köçdüyüm zaman artıq Bakı Musiqi Akademiyasının müəllimi idim. Yəni, 23 yaşında bir gənc qızın əldə edəcəyi bütün uğurları qazanmışdım. Akademik karyeram və konsertlerim uğurlarım idi. Sadəcə qismətim həyatı sıfırlayıb, təkrar yazmağımı istədi. Ailə həyatı qurdum. Daha öncədən İstanbulda yaşayan həmyerlimizlə ailə həyatı qurdum və bərabər verdiyimiz qərarla İstanbula köçdük.
-Həyat yoldaşınız hansı işlə məşğuldur?
- Yoldaşım Rəşad bəy azərbaycanlıdır. Türkiyədə Superlit boru fabrikində xarici ixracat üzrə mühəndis vəzifəsində işləyir. Leyla adında bir qız övladımız var.



-Türkiyədə hansı uğurlarınız var?
- 2008-ci ilin sonunda İstanbula gəldim. Gəldiyim il İstanbul Universiteti Dövlət Konservatoriyasında imtahanla işə düzəldim. Hər il İstanbulun bir çox önəmli salonunda solo və qrup konsertlerim olur. Rusiya və Türkiyə səfirliklərinin hazırladığı S. Raxmaninov müsabiqəsinin üçüncüsü oldum. 2011-ci ildə İstanbul Universitetinin "Sosyal bilimler Enstitüsünde Sanatta Yeterlilik” (Aspirantura) təhsilinə başladım . 
- 2016- ci ildə 90 dəqiqəlik xalqa açıq məzuniyyət konserti və dissertasiya müdafiəsi ilə konsert pianisti olaraq İstanbul Universiteti Dövlət Konservatoriyasında Ph.Dr ( red- musiqidə dərəcə - fəlsəfə elmləri doktoru) dərəcəsi alan ilk azərbaycanlı oldum. Həm çalışdığım universitetdə, həm də İstanbulun digər önəmli salonlarında verdiyim konsert proqramları zəngindir. Amma ən önəmlisi həm mənim fəaliyyətimə, həm Türk mə dəniyyət tarixinə damğasını vuran son proektim oldu. Bu proekt İstanbulun, hətta Türkiyənin ən önəmli salonlarından olan Cemal Reşit Rey salonunda 27 yanvar tarixində həyata keçdi. " Qərb Musiqisində Osmanlı izləri” adlı proektimdə Qərb bəstəkarlarının Osmanlı tarixi, mədəniyyəti, sarayı, hərəmi və sultanlarını canlandırdığı əsərlərin bir qismini dinləyicilərə təqdim etdim. Proektin tarix və mədəniyyəti bir arada birləşdirməsi və daha indiyə qədər heç bir türk musiqiçinin bu fikri həyata keçirməməsi, ən əsası bir azərbaycanlı pianoçunun türklərə öz tarixlərini fərqli yanaşmadan çatdırması təbii ki, diqqət çəkdi. Proektin sədaları hələ də davam edir. 



-Bu gün işləriniz necədir?
- Heç nəfəs almadan axıb gedən bir həyatım var. Konservatoriyanın yardımçı dosentiyəm. Çox sayda və hər yaşda tələbələrim var. Akademik araşdırmalarıma durmadan davam edirəm. Elmi məqalələrim yayılır. 20 may 2017-ci il tarixdə İstanbulun hər iki tərəfində konsertim olacaq. 
-Sizin üçün Azərbaycan və Türkiyənin fərqi nədədir?
- Azərbaycan vətənim, Türkiyə yaşadığım məmləkətim. Azərbaycan – damarımda axan qanım, Türkiyə – o qanın eyni olduğunu mənə dəfələrlə sübut edən torpaq. Bir dəfə oxuduğum bir kitabdakı cümlə sanki bir anda həyatımın bütün duyğularını anlatmışdı. Elçin Səfərlinin bir əsərindən cümlə: "Bakı-İstanbul – tək bir kəlmədə birləşən, taleyin iki parçası - Şərq...” 
-Düşmənlərimiz olan ermənilər torpaqlarımız kimi musiqimizə də təcavüz edirlər. Bir musiqiçi kimi onlarla mübarizə üsulunu nədə görürsünüz?
- Propaqanda.... Tək çarə. Durmadan, hər yərdə, simpozyum, konsert, küçədə zümzümə ilə belə... Çünki insanlar eşitdiklərinə inanır. Bizim də üzərimizə düşən vəzifə hər kəsə bunu eşitdirməkdir. 
-Yəqin ki, festivallarda ermənilərlə rastlaşırsınız. Nə münasibət göstərirlər sizə?
- Münasibət göstərmək üçün heç bir fürsətləri olmur. Onlarla görüşə getmədən siyahıdan silinirlər. Yəni kimə salam verəcəyim və kimi gördüyümdə baxışlarımdan nifrət yağacağı öncədən bəlli olur.
-Türkiyədə hansı məşhur pianoçularla işbirliyiniz olub?
- Bərabər iştirak etdiyim konsertler, yığıcaqlar çoxdur. Amma işbirliyi burda sənətçilər üçün bir az uzaq bir kəlmədir.
-Kimlərin əsərlərini ifa etmisiniz?
- Demək olar ki, piano üçün əsər yazmış bütün bəstəkərların əsərləri repertuarımda var. Hər il də yeniləri əlavə edilir. 10 gün öncə konsertdə Liszt və Betxovendən əsərlər vardı. 
-Bəs yerli bəstəkarlardan?
- Türkiyədə baş tutan konsertlərimdə Q. Qarayev prelüdlərinə yer vermişdim. May ayında uzun illər öncə ifa etdiyim S. Hacıbeyovun Ü. Hacıbeyovun Koroğlu operasının üvertyurasının piyano düzənləməsini də təkrar ifa edəcəm. İşlərimiz davam edir. Çalışıram musiqimizi və mədəniyyətimizi Türkiyə vasitəsi ilə dünyaya çatdıram. 



Miri Məcidli
Femida.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ