SON DƏQİQƏ
» » Mətə Çubukçu: ”Astana görüşündə Türkiyə son dərəcə diqqətli hərəkət etməlidir” - MÜSAHİBƏ

Mətə Çubukçu: ”Astana görüşündə Türkiyə son dərəcə diqqətli hərəkət etməlidir” - MÜSAHİBƏ

Tarix:

19-01-2017, 07:24

/ 8 064 dəfə oxundu.
Mətə Çubukçu: ”Astana görüşündə Türkiyə son dərəcə diqqətli hərəkət etməlidir” - MÜSAHİBƏ

Gunaz.az qlobal siyasət və Orta Şərq üzrə tanınmış şərhçi, NTV kanalının proqram aparıcısı Mətə Çubukçunun APA-ya müsahibəsini təqdim edir

- Ayın 23-də Astanada başlayacaq Rusiya-Türkiyə-İran müzakirələri Suriyanın gələcəyi baxımından nə vəd edir? Rusiyadakı bəzi şərhçilər Astanada Türkiyə ilə İranın "Əsədin gələcəyi məsələsində” qovğa edəcəklərini iddia edirlər. Astana görüşü barədə sizin proqnozlarını necədir?

- Astana görüşü Hələbin terrorçulardan təmizlənməsindən sonra atılacaq ən mühüm addım olacaq. Suriyada elan edilən atəşkəs topluma nəfəs verdi, yaraları sarımaq üçün atəşkəs dönəmindən maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Əlbəttə ki, Rusiya, Türkiyə və İran Astanaya həm ümumi problemləri, həm də hər birini konkret şəkildə maraqlandıran məsələləri müzakirə etmək üçün gedirlər. Bu baxımdan Rusiyanın Suriya hakimiyyəti üzərində təsir gücünün daha çox olduğunu görməmək mümkün deyil. Sahədəki fəaliyyətinə görə, İran da bölgədə öz dərəcəsində nüfuza sahibdir. Türkiyənin əlindəki kartlar da bu və ya digər dərəcədə məlumdur. Əsas məsələ-hər üç dövlətin Suriyanı nə dərəcədə razı salacağına bağlıdır. Suriya rəhbərliyini razı salmaq və rəhbərliyin gələcəkdəki taleyi ilə bağlı Türkiyə ilə o biri ölkələr arasında fikir ayrılığı yaşana bilər. Ona görə Türkiyə mövcud həssas vəziyyətdə son dərəcə səbirli hərəkət etməli və müzakirələr prosesində masanın arxasından qalxan tərəf olmamalıdır. Hər kəs öz tələbləri üzərində təkid etməkdən uzaq durmalı və konsensus yolları axtarılmalıdır. Çünki Astana müzakirələrinin müsbət nəticələnməsi-sülh müzakirələrinin   Cenevrədə  davam etməsinə səbəb olacaq. Konsensus əldə edilməsinə kim mane olacaqsa, ümumi nəticədə heç kim heç nə qazana bilməyəcək.

- ABŞ-da Astanadakı müzakirələrə dəvət edildi. Ancaq İran xarici işlər naziri Cavad Zərif buna qəti qarşı çıxdı. Sizcə, ABŞ müzakirələrdə etsə, nə olacaq, etməsə, nə olacaq?

- Suriyada indiyə qədər cərəyan edən proseslərdə ABŞ, daha çox şimal bölgələrindəki kürd qruplarla əməkdaşlıq etdi və bunu davam etdirir. Türkiyə buna qarşı çıxır. İŞİD-ə qarşı mübarizədə də, əlbəttə ki, ABŞ-ın rolu var və bundan sonrakı hərbi əməliyyatlarda iştirak etmək istəyəcəyi kimi, danışıqlara dəvət edilməsini də  normal qarşılamaq lazımdır. Məncə, ABŞ müzakirələrdə iştirak etmə təklifini rədd etməyəcək. Ancaq buna baxmayaraq, Astanaya daha alt səviyyədə bir heyət göndərəcək. Orada Türkiyənin ABŞ-a etirazı bir müttəfiq kimi  PYD/YPG-dən uzaq durmamasına olacaq. ABŞ-ın buna təkid etməsi müzakirələrin gedişinə necə təsir göstərə bilər? Bunu indidən demək çətindir, bütün hallarda masa arxasında oturan ölkələrin konsensus axtarması həm Suriyanın həm də bölgənin faydasına olacaq.

- Son günlərdə Suriya dövlət ordusunun dekabrda itirilən tarixi Palmira bölgəsini ələ keçirmək üçün əməliyyata hazırlaşdığı bildirilir. Bu barədə sizdə hansı məlumatlar var?

- Palmiranın İŞİD-in əlinə keçməsinin əsas səbəbi Rusiya dəstəkli Suriya ordusunun öz qüvvələrini Hələb ətrafında cəmləşdirərək diqqəti Hələbin azad edilməsinə yönəltməsi idi. Hələb mühasirə altında ikən Mosula hücum başladı, oranın da yarısı azad edildi, sonra əməliyyatlara fasilə verildi. Həm Suriya ordusunun bütün diqqətini Hələbə yönəltməsinə ,  həm də Mosuldakı əməliyyatlara fasilə verilməsinə görə, İŞİD  öz qüvvələrinin bir qismini Palmiranı  ələ keçirmək üçün səfərbər edərək buna nail oldu. Müşahidələr göstərdi ki, Suriya da, Rusiya da Palmiranın itirilməsindən psixoloji cəhətdən əhval-ruhiyyə pozuqluğu yaşasalar da bunu çox dərd etmədilər .Son əməliyyat həm  tarixi Palmira şəhərinin yenidən  İŞİD-dən alınmasını və eyni zamanda İŞİD-in Suriyadakı paytaxtı sayılan Rakkaya gedən yol və yüksəkliklərin nəzarət altına alınmasını nəzərdə tutur. Bunu geniş məqsədli  əməliyyat kimi dəyərləndirirəm.

-  ABŞ-dan bir general təxminən 2 ay əvvəl İŞİD-in İraq və Suriyadan tamamilə təmizlənməsi üçün hərbi əməliyyatların 2018-ci ilin axırına qədər davam edəcəyini dedi. Sizcə, bu proqnoz nə dərəcədə həqiqətə yaxındır?

-  Hücumlar qarşısında İŞİD-in özünü müdafiə üçün hər yola müraciət etməsi əməliyyatların ehtiyatlı aparılmasını şərtləndirir. Mən də təxminən eyni vaxtlarda və bəlkə bir az tez İŞİD-in hərbi müqavimətinin tamamilə qırılaraq Suriya və İraqda işğal etdiyi bölgələrdən çıxarılacağını düşünürəm. Çünki bu qədər böyük koalisiyanın qarşısında,  hələ üstəlik Rusiya Suriyada böyük hərbi qüvvəyə malik ikən  İŞİD-in uzun müddət müqavimət göstərməsi mümkün deyil. Ancaq terror təşkilatı ideoloji cəhətdən xalqın içində mövcudluğunu davam  etdirəcək. Ona görə də gələcək dönəmlərin əsas vəzifəsi - hərbi cəhətdən axırına çıxılmış İŞİD-in ideoloji cəhətdən axırının gətirilməsi olmalıdır.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ