SON DƏQİQƏ
» » “ÖMRÜ QISA, ARZULARI GENİŞ OLAN” ŞAİRİN ANIM GÜNÜDÜR

“ÖMRÜ QISA, ARZULARI GENİŞ OLAN” ŞAİRİN ANIM GÜNÜDÜR

Tarix:

6-01-2017, 13:58

/ 4 928 dəfə oxundu.
“ÖMRÜ QISA, ARZULARI GENİŞ OLAN” ŞAİRİN ANIM GÜNÜDÜR

Yanvarın 6-sı şair, Azərbaycan ədəbiyyatında, poeziyasında özünəməxsus silinməz iz qoyan Mikayıl Müşfiqin anım günüdür.
Ömrü arzuları kimi yarımçıq qalan şairin vəfatından 79 il ötür.
Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. M.Müşfiq əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Məktəb fəaliyyətinə pedoqoq kimi başlayıb. Bakı orta məktəblərində orta yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır) . Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı "Küləklər" 1930-cu ildə nəşr olunub. Müşfiq bədii tərcümə ilə ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin " Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbə, məktəb, küçəyə adı verilib. 

Gunaz.az

“ÖMRÜ QISA, ARZULARI GENİŞ OLAN” ŞAİRİN ANIM GÜNÜDÜR

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər