SON DƏQİQƏ

"Bəşərin böyük Arifi"

Tarix:

29-11-2019, 23:35

/ 2 636 dəfə oxundu.
"Bəşərin böyük Arifi"

 Bakı Şəhər Mədəniyyət Baş İdərəsinin Nardaran qəsəbə Mədəniyyət Mərkəzi və Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana fililalı Azərbaycanın ən əsrarəngiz mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Bəşərin böyük Arifi" adlı gecə keçiriblər.
GunAz.az bildirir ki, tədbiri filialın müdiri Firəngiz Salmanova açıq elan edərək, İmadəddin Nəsiminin yaradıcılığı haqqında məlumat verib.
Sonra Xalq artisti Teyyub Aslanov, əməkdar artist Zakir Əliyev, Məmməd Nəcəfov, Səlim Nəsirli, V Muğam müsabiqəsinin diplomantı Maşallah Mirzəliyev, Vüqar Əbilov, VII Muğam müsabiqəsinin qalibi Rəvan Qaçayev Nəsimi yaradıcılığından muğam, təsnif, mahnılarla çıxış ediblər. Onları tarda Saleh Salahov, kamançada Fərrux Haşımov, nağarada Əkbər Məmmədov müşayiət ediblər.
Ədəbi bədii gecədə Şamaxıdan gəlmiş poeziya vurğunu, xüsusilə Nəsimi aşiqi və Nəsimi yaradıcılığından 400-dən artıq şeirlərini əzbər bilən Fərəc Əliyev iştirak edib. Özündən sonra zəngin bir irs qoyub gedən İmadəddin Nəsiminin şeirlərini söyləyərək tədbirə rəng qatmışdır.
Sonra filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, fəlsəfə üzrə elmlər doktoru Mail Yaqub, Xəzər Yazıçılar Birliyinin sədri, şair tədqiqatçı Arif Buzovnalı, tədqiqatçı alim Hacı Soltan, “İrfan” ədəbi şeir məclisinin rəhbəri, şair bəstəkar Yaşar Cahid çıxış edərək Nəsimi yaradıcılığı ilə bağlı fikirlərini tamaşaçılarla bölüşüblər.
Tədbirdə eyni zamanda 80 №-li məktəbin şagirdi Bayramlı Əkbər, 130 nömrəli tam orta məktəbin şagirdi Babayeva Esmira və Yəhyayeva Ruqəyya, Maştağa Mədəniyyət Mərkəzinin kollektivi Hüseynova Ədilə, Şirinov Ayaz, Fəttahzadə Ağarüfət, Əliyeva Lalə və rəhbərləri Banu Sadıqzadə İmadəddin Nəsiminin bir neçə qəzəlindən ibarət kompozisiya səsləndiriblər. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbinin şagirdləri də iştirak edərək İmaməddin Nəsimin qəzəllərini söyləyiblər..

 

"Bəşərin böyük Arifi"

 

скачать dle 12.1

Şərhlər