SON DƏQİQƏ

Əfsanəvi gitaraçı vəfat etdi

Tarix:

18-03-2019, 11:20

/ 10 711 dəfə oxundu.
Əfsanəvi gitaraçı vəfat etdi

Tanınmış amerikalı gitaraçı Dik Deyl (əsl adı Riçard Entoni Monsur) 81 yaşında dünyasını dəyişib.

The New York Times” nəşrinin məlumatına görə, musiqiçi Cənubi Kaliforniya xəstəxanasında vəfat edib. Dəqiq ölüm səbəbi açıqlanmır.

Deyl “serf-rok” stilinin öndərlərindən hesab olunur. Onu “serf-gitaranın kralı” adlandırırlar. D.Deyli ifa üslubuna görə Cimmi Hendriks və Eddi Van Halen kimi görkəmli gitaraçılarla müqayisə olunur. Buna görə onu çox vaxt “Hevi metalın atası” adlandırırlar.

O, musiqi karyerasına 1960-cı illərin əvvəllərində qədəm qoyub. Həmin illərdən bəri ümumilikdə 11 studiya albomu işıq üzü görüb. Onun ən tanınmış “Misirlou” kompozisiyası Kventin Tarantinonun “Kriminal Qiraət” filminin titrlarında səslənib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ