SON DƏQİQƏ

Xalq artisti əməliyyat olundu

Tarix:

21-02-2019, 13:25

/ 10 586 dəfə oxundu.
Xalq artisti əməliyyat olundu

Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev əməliyyat olunub. 

GunAz.az xəbər verir ki,  bu barədə Xəzər TV-də yayımlanan “5-də 5” proqramında məlumat verilib. 

Mövzu barədə danışan aparıcı Zaur Kamal məşhur xanəndə ilə əlaqə saxlayıb. Telefonla açıqlama verən A. Babayev ağır əməliyyat keçirdiyini, indi isə səhhətinin qaydasında olduğunu vurğulayıb. O, əməliyyat üçün İstanbuldan həkim gətirildiyini də qeyd edib. 

Bu məqamda bildirək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ