SON DƏQİQƏ
» » Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə hazırlaşır

Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə hazırlaşır

Tarix:

2-08-2018, 11:28

/ 10 675 dəfə oxundu.
Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə hazırlaşır

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci teatr mövsümünə hazırlaşır.

GunAz.az xəbər verir ki, teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeni mövsüm sentyabrın 15-də “Qırmızıpapaq” və “Durnabalığı” tamaşaları ilə açılacaq.

Teatrın baş rejissoru Qurban Məsimovun “Qırmızıpapaq” tamaşası Şarl Perronun eyniadlı nağılının motivləri əsasında səhnələşdirilib. “Durnabalığı” tamaşası “Durnabalığının buyruğu ilə” rus xalq nağılının motivləri əsasındadır. Quruluşçu rejissor Anar Məmmədov, quruluşçu rəssam Əfşan Əsədovdur.

Yeni mövsümdə teatr “Əlibaba və qırx quldur”, “Göyçək Fatma”, “Şəngülüm, Məngülüm”, “Tıq-Tıq və Taq-Taq”, “Cik-Cik xanım”, “Karlson”, “Gözəl və bədheybət”, “Çipollino” və “Üç muşketyor” tamaşalarını da təqdim edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ