SON DƏQİQƏ

Bu məşhur Həsənağa Sadıqova kömək edəcək

Tarix:

30-07-2018, 14:02

/ 10 743 dəfə oxundu.
Bu məşhur Həsənağa Sadıqova kömək edəcək

Bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhətində problem var.

GunAz.az  bildirir ki, sənətkarın oğlu Elşən Sadıqov bir neçə gün əvvəl açıqlama verərək atasına kömək lazım olduğunu və yalnız xarici ölkədə müalicə oluna biləcəyini demişdi. Bundan dərhal sonra aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında paylaşım edərək H.Sadıqova dəstək olacaqlarını söyləyib:

"Həyat fondu olaraq qərara gəldik ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən musiqi alətlərinin mahir ifaçısı kimi tanınan Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqova lazım olan yardımı edək. Siz xalqımıza lazımsınız. Sizə çox böyük ehtiyacımız var. Çox yaşayın. Allah şəfanızı versin".

скачать dle 12.1

Şərhlər