SON DƏQİQƏ
» » Elza ibrahimovanın 80 illik yubley tədbiri keçirilib

Elza ibrahimovanın 80 illik yubley tədbiri keçirilib

Tarix:

16-02-2018, 15:06

/ 1 448 dəfə oxundu.
Elza ibrahimovanın 80 illik yubley tədbiri keçirilib

Bir-birindən gözəl mahnıları ilə yaddaşlarda dərin iz qoymuş tanınmış bəstəkar Azərbaycan və Dağıstanın xalq artisti Elza İbrahimovanın anadan olmasından 80 illik yubileyi ilə əlaqədar Bəstəkarlar İttifaqında xatirə tədbiri keçirilib.

Gunaz.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına konsert salonunda baş tutan mərasimdə Bəstəkarlar İttifaqının katibi professor Zemfira Qafarova, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova, əməkdar mədəniyyət işçisi Səadət Şirinova çıxışlar ediblər. Daha sonra bəstəkarın sevilən mahnıları səsləndirilib. Tədbirdə Elza İbrahimovanın yaxınları da iştirak edib. Sənətkarın qardaşı Çingiz İbrahimov 80 illik yubileylə əlaqədar Elza İbrahimovanın 30-a yaxın əsərinin not kitabını və musiqi albomunu təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq il ərzində Elza İbrahimovanın 80 illik yubileyi çərçivəsində sil-silə tədbirlər keçirilir. Fevralın 21-də Heydər Əliyev sarayında sənətkarın yubileyi ilə əlaqədar konsert proqramı təşkil olunacaq. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ