SON DƏQİQƏ
» » Erməni saxtakarlıqlarının ifşası davam edir: Əjdər Tağıoğlu sübut edir ki, erməni tarixinin atası M.Xorenatsi anonim tarixçidir

Erməni saxtakarlıqlarının ifşası davam edir: Əjdər Tağıoğlu sübut edir ki, erməni tarixinin atası M.Xorenatsi anonim tarixçidir

Tarix:

10-03-2017, 14:35

/ 3 827 dəfə oxundu.
Erməni saxtakarlıqlarının ifşası davam edir: Əjdər Tağıoğlu sübut edir ki, erməni tarixinin atası M.Xorenatsi anonim tarixçidir

Erməni millətindən olan yazarların müxtəlif səviyyəli böhtan, saxtakarlıq və yalanlarla dolu yazılarına çox rast gəlmişik. "Erməni dövləti”, "erməni xalqı”, "ermənilərin vətəni”, "Şərqi Armeniya” hətta "böyük Armeniya” adlı uydurmalarla çox qarşılaşmışıq. Bu adamlar saxta mənbələr və uydurma arqumentlərlərlə konsepsiyalar belə, yaratmışdır. Hətta son dövrlərdə ortaya çıxmış qeyri-ciddi tədqiqatçılar özlərininki saydıqları erməni mənbələrinə etinasız yanaşaraq, yeni siyasi ideologiya yaratmaq niyyətindədirlər. Onlar öz əcdadlarının yazdıqlarını da inkar edirlər. Çamçyan, Emin, Karaulov, Padkanov kimi saxtakar nəzəriyyəçilərin qondarma konsepsiyasından çıxış edərək, ermənilər üçün daha yeni, daha müasir "tarix” icad etmklə məşğuldurlar. Bu məqsədlə anonim erməni müəllifləri, saxta tarix əsərləri, uydurma erməni dövlətləri yaradırlar.
Tarixi həqiqət bundan ibarətdir ki, Qafqazın türk və digər yerli xalqlarının mövcud olan tarixi dostluq, müttəfiqlik münasibətləri bu gün də həmin ənənələr üzərində öz inikasını tapır. Qədim iskit-sakların, kimmerlərin, sarmatların, massagetlərin, alanların, xəzərlərin, albanların, iberlərin, osetinlərin, çeçenlərin, inquşların, ləzgilərin, avarların, kumıkların və d. xalqların etnik, siyasi, iqtisadi və mədəni əlaqələrinin müxtəlif səviyyələrdə qarşılıqlı münasibətlərinin tarixi ənənələri bu gün də öz təsirini saxlamaqdadır. Qafqazda qədim dövrdən yaşayan etnosları birləşdirən bu xalqların müsbət münasibətlərinin mövcudluğudur. Belə olduğu halda
bu münasibətləri hərbi-siyasi gərginliklər tam korlaya bilmir. Çünki bu etnoslar arasında tarixi qarşılıqlı münasibətlərin müsbət ruşeymləri onların düşmənçilik ruhunda davam etməsinə imkan vermir. Təəssüf ki, Qafqaza sonralar gəlmiş haylar bu qarşılıqlı münasibətlərin korlanmasında "fəal” iştirak edir və iri dövlətlərin bu regiona qarşı yürütdüyü əyalətçilik siyasətinin yedəkçisi rolu oynayır. Təsadüfi deyil ki, indi Ermənistan Respublikasında ermənidən başqa heç bir millətin nümayəndəsi yaşamır. Etnik təmizləmə aparan ermənilər indi yaşadığı torpaqları erməni torpaqları kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu ərazilərə son zamanlar gəldiklərini ört-basdır etmək üçün saxta tarixi əsərlər yazırlar.
Sazta ideologiyaya qurşanmış erməni müəlliflər "ərmən” – "armen” adının haylara - indiki ermənilərə aid olmadığını, Cənubi Qafqaza sonralar (XIX əsrdə) gəldiklərini etiraf etdirməyə imkan vermişlər. Belə çıxır ki, onların hesab etdiyi kimi, bütün Cənubi Qafqazın "mərkəzinə, şərqinə, qərbinə” haylar "hakim olmuşlar”. Onlar bəhs etikləri Ərməniyədən bu haylara – indiki erməni adlandırılanlara heç bir aidiyyəti olmadığını anlamaq istəmirlər. Haylardan yalnız M.Xorenatsidə bəhs edilir ki, bu da böyük şübhə doğurur. Balkanlardan kiçik bir tayfa halında Ön Asiyaya gəlib çıxan haylar Hett, Urartu və Ərmən yaylasının tarixinə yiyələnmişlərsə, bu dövlətlərin yerli xalqları hara yox olmuşlar? Bəs bu Xorenatsi məsələsi nədir, Xorenatsi kimdir? Bu həqiqətənmi ermməni tarixinin atasıdır? Bu sual hər bir tarixçinin diqqətini cəlb edir. Lakin...
"Qədim erməni tarixçisi” kimi tarixşünaslığa daxil edilmiş bir çox müəlliflərin şübhəli olması məsələləri meydana çıxdıqca digərləri haqqında da şübhələr artır.
Son zamanlar AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda erməniliyin sinoniminə çevrilmiş saxtakarlığın üzə çıxarılması sahəsində xeyli işlər görülmüş, müxtəlif aspektlərdə qiymətli əsərlər yazılmışdır.
Professor Əjdər Tağıoğlunun erməni saxtakarlığının ifşa olunmasına dair tədqiqatları bu baxımdan böyük maraq doğurur. Müəllif tarixin dərinliklərinə gedərək "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı tədqiqatında maraqlı faktlar üzə çıxarmışdır. Müəllifin özü yazdığı kimi desək: "XIX əsrin ortalarından bu günə kimi
keşiş müəlliflərə istinad edən rus imperiya arxeologiyasının iddia etdiyi elmi bünövrədən məhrum olan, əksər erməni tarixçilərinin iddia etdikləri M.Xorenatsinin V əsrdə deyil, daha sonrakı yüzilliklərdə yaşamış neçə-neçə naməlum keşişləri ümumiləşdirən anonim müəllif” olduğunu sübut etmişdir.
Əjdər Tağıoğlu yunandilli Kilikiya erməni kilsəsinin "Hayastan tarixi”nin ilk erməni mətninin XIV əsrdə anonim keşiş M.Xorenatsinin adına tərtib edildiyini faktlarla sübut etmişdir. Əjdər müəllim apardığı tədqiqatda qeyd edir ki, "Hayastan” erməni xalqının ilk əfsanəvi dövlətidir. N.Emin 1858-ci ildə "Hayastan tarixi”ni rus dilinə "Armeniya tarixi” adıyla çevirəndə ona "Mar Abas Katina - Nineviya” epizodunu əlavə etmişdir. N.Eminin fikrincə, Mar Abas Nineviya arxivindən tapdığı "kiçik kitab” əsasında "4 kitabdan ibarət ilk "Armeniya tarixi”ni yazmışdır. M.Xorenatsi isə guya "Armeniya tarixi”ni yazarkən ondan istifadə etmişdir.
Əjdər Tağıoğlu maraqlı bir fikir söyləyir: "Zaman və məzmun etibarı ilə əlaqəsiz ayrı-ayrı əfsanə, rəvayət və alleqorik sujetlərdən ibarət folklor materialları əsasında tərtib edilmiş M.Xorenatsinin "Armeniya tarixi"ndə verilmiş mifoloji və epik qəhrəmanlardan babilli əfsanəvi Hayk, Biaini çarı Aram, Arme çarı Artaşes və çar Tiqran çağdaş erməni tarixçiləri tərəfindən guya "Böyük Armeniya" "yaratmış", gerçək tarixdə yaşamış "erməni çarları" kimi təqdim edilirlər. Halbu ki, onların erməni xalqı ilə heç bir soy-kök bağlılıqları yoxdur”. Əjdər müəllim bu fikri davam etdirərək bildirir ki, "N.O.Emin M.Xorenatsinin "Hayastan tarixi”ni 1858 - ci ildə rus dilinə çevirərkən heç bir əsası olmadan anonim müəllifin adından əsərin "tarix" adına dövlətçilik anlamı olan qondarma "Armeniya" sözünü əlavə etməklə "Armeniya tarixi" adlandırsa da, burada hər hansı bir xalq olursa olsun, onun konkret zaman kəsiyində olmuş nə tarixi, nə dövlətçiliyi, nə mədəniyyəti və s. ətrafında real məlumat almaq mümkün deyildi”. Bu faklara əsaslanan elmi fikrin meydana çıxarılmasına səbəb müəllifin araşdırdığı müxtəlif məzmunlu mənbə və tarixşünaslığa diqqətlə yanaşması və indiyə qədər işıqlandırılmamış məlumatların əldə edilməsi olmuşdur.
Əjdər müəllim bu səpkidə apardığı araşdırmaya əsasən məlumat verir ki, bəzi Avropa və erməni tarixçiləri M.Xorenatsinin anonim keşiş müəllif olduğunu maddi
sübutlarla tarixilik kontekstində sübuta yetirirlər. O, erməni filoloq - tarixçi Q.Xalatyantsın bu məsələ barədə gəldiyi nəticəyə əsasən qeyd edir ki, "Hayastan tarixi"nin ilk erməni mətni V əsrə deyil, XIV əsrə aid edilir.
Əjdər Tağıoğlu N.Eminin fikrirlərinə müraciət edərək belə bir nəticəyə gəlir ki, guya M.Xorenatsi adı çəkilən şəxslərin "Armeniya"da hakimiyyətdə olmalarına "şa-hiddir", yaxud da bu barədə hər hansı bir mötəbər mənbədə qeyd aparılmışdır. Burada da müəlif bu iddianın uydurma olduğunu diqqətə çatdıraqaq bildirir ki, N.Eminin söylədiyinin əksi olaraq, Moisey Xorenatsi gəncliyində "Armeniya"dan uzaqlarda yaşamış, ölümcül günlərində vətənə dönmüşdür. Bununla da Moisey Xorenatsi haqqında "erməni tarixi”nə dair fikirlərin uydurma olması bir daha təsdiqini tapır.
Bu baxımdan Ə. Tağıoğlunun irəli sürdüyü - "Əgər tarixdə "Armeniya" adında "erməni dövləti" "olmuşsa", deməli, o hər hansı bir coğrafi ərazidə yerləşmiş olardı. Tarix bu barədə susur” fikirlər özünü doğruldur.
Müəllif öz fikirlərini daha ətraflı şərh etmək üçün bir sıra xarici tədqiqatçılara istinad edir: "La-Kroza görə, M.Xorenatsi "tarixçi"dən daha çox, "alleqoriya yazan" olmuşdur. O, "Hayastan tarixi"ndə adı çəkilən müxtəlif çağlarda yaşamış kilsə nümayəndələrinin və qədim müəlliflərin yaşadıqları tarixi dövrü dəlil-sübutla aşkara qoyur və təkzibedilməz bir nəticəyə gəlir ki, "Armeniya tarixi"nin müəllifi IX əsrdə, yaxud X əsrdə yaşamışdır”. Bundan əlavə müəllif görkəmli alim Qud Şmidin 1883-cü ildə "Armeniya tarixi" və onun müəllifi problemi" ətrafında uzun illərin araş-dırmasından sonra gəldiyi nəticənin milliyətcə erməni olan Q.Xalatyantsın öz sözləri ilə izahını misal gətirir: "Burada o, (Qud Şmid - Ə.T.) açıq-aydın deyir ki, "Armeniya tarixi"nin müəllifi onunla eyni adlı məşhur V əsr tərcüməçisi deyil, sonuncunun adı altında gizlənən və VII əsrin ortalarına yaxın, daha dəqiq desək, 634 və 642-ci illər arasında yaşamış tamamilə başqa şəxsdir".
Əjdər Tağıoğlu görkəmli şərqşunas alim N.Marra əsaslanaraq belə bir fikir söyləyir ki, "Armeniya tarixi"ndə suriyalı "tarixçi" kimi nişan verilən Mar Abas adlı şəxs nə m.ö. yaşamış, nə də anonim çar Vaxarşakın sifarişi ilə erməni babalarının
tarixini yazmışdır. Onun fikrincə, Mar Abas m.s. VI əsrdə nestorian kilsəsinin katolikosu olmuşdur”.
Buradan Ə.Tağıoğlu aydın bir nəticə çıxarır: "Əgər Mar Abas VI əsrdə yaşamış müəlifdirsə, sözsüz, M.Xorenatsi V əsrin "tarixçisi" ola bilməz. Bu da "Armeniya tarixi"nin hər hansı bir fərdin şəxsi yaradıcılığı sayəsində meydana çıxan əsər oldu-ğunu deyil, eyni zamanda, erməni ədəbiyyatında M.Xorenatsinin, habelə Koryunun Mesrop Maştosun tələbəsi olması, "erməni əlifbası”, Müqəddəs Kitabın erməni dilinə tərcüməsi və s. uydurmadır.
Əjdər Tağıoğlu vurğulayır ki, sifarişli oyunçu olan XX əsrin 70-ci illərində yaşamış Q.Sarkisyan qədim Suriya ölkəsində kilsə ədəbiyyatından gəlmə uydurma "Mtsurna" anlamını dilə gətirməklə Mar Abasın guya "erməni" olduğunu nişan verir və ağıllı oxucunu öz ağılsız erməni uydurmasına inandırmağa çalışır. Müəllif burada dəqiq elmi nəticə çıxararaq bildirir: "Əlbəttə, başqa xalqlara məxsus tarixi ölkənin içərisində "qədim erməni dövləti" "təşkil etmək" erməni keşişləri üçün çətin olmadığı kimi, bu məsələ onların Q.Sarkisyan və başqa varisləri üçün də su içim kimi bir şeydir”.
M.Xorenatsinin və onun "Armeniya tarixi" kitabının əsas mövzusunu təşkil edən Vaxarşakla Mar Abas və guya suriyalı alimin Nineviya arxivindən erməni babalarına aid tapdığı "ibtidai tarix", onun davamı olaraq "armyan Arşakiləri" iddiasının da uydurma olduğunu Əjdər Tağıoğlu tam sübuta yetirir.
O, bu fikrin N.Eminin də təsdiq etdiyini diqqətə çatdırır və belə şərh edir: "N.Emin M.Xorenatsinin "Hayastan tarixi"ni 1858-ci ildə rus dilinə "Armeniya tarixi" adıyla çevirdiyi mətnə Mar Abas Katina epizodunu əlavə etməkdə məqsədi üç türk dövlətinin (Biaini, Arme / Armini, Part) qədim tarixi əsasında mənsub olduğu xalqa "qədim tarix” yazmaq olmuşdur”. Ardınca qeyd edir ki, "Maraqlı və təəccüblü cəhət budur ki, aradan 23 il keçəndən sonra N.Emin Rusiya İmperator Arxeoloji Cəmyyətinin 1881-ci ildə Tiflisdə çağrılmış V qurultayında Mar Abasın tarixi şəxsiyyət olmadığını elmi ictimaiyyət qarşısında etiraf etməklə gerçək tarixdə "Armeniya” adında erməni xalqının dövləti olmadığını bəyan edirdi”. Müəllif burada
N.Eminin bu kəskin mövqeyi ilə "erməni tarixinin atası” hesab etdikləri anonim keşiş müəllif M.Xorenatsinin şəxsində erməni "tarixşünaslığının” "şah damarını” kəsmiş olduğunu bildirir.
Əjdər Tağıoğlu bildirir ki, Mar Abasın adıyla tarixin heç bir çağında mövcud
olmayan erməni xalqının "qədim tarixini" yazan da N.Emindir. O, N.Eminin bununla - "erməni tarixinin atası" M.Xorenatsini təkzib etməklə erməni tarixşünaslığına ağır zərbə vurduğunu bildirir. Müəllif bildirir ki, N.Emin problemlə əlaqədar gəldiyi son nəticədə iki yüz ildən bəri fantastik "Böyük Armeniya" ilə əlaqədar erməni tarixşünaslığına hakim olan uğursuz bir iddianın kilsədən gələn ənənəvi tarixi saxtakarlıq olduğunu sübut edirdi.
Əjdər müəllim indiyə qədər mövcud olan erməni mənbələrinin və onların əks etdirdiyi erməni yaradıcılarının saxta olması məsələsini konkret olaraq diqqətə çatdırmaq üçün tutarlı şərh verir: "Bir halda Mar Abas Katina və M.Xorenatsi "yalançı tarixçilərdirlərsə", Vaxarşak uydurma çardırsa, deməli, "erməni babalarının" qədim "tarixi" (Partlı Qriqori və erməni xristianlığı, Partlı Saakla Mesrop Maştosun Müqəddəs Kitabın tərcüməsi, Mesrop Maştosun erməni "Əlifba”sı və s. uydurma və başdan-başa cəfəngiyyat olan başqa rəvayətlər) iddiası da super şovinist ermənilər üçün acı və kədərli illuziyadan başqa bir şey deyildir”.
Müəllif İ.Şopenə də istinadən qeyd eir ki, N.Eminədək hər hansı bir kilsə ədəbiyyatında, eyni zamanda, M.Xorenatsidə nə "armyan", nə də "Armeniya" sözünə rast gəlinmir, hər yerdə "hay" və "Hayastan" anlamları işlədilir. Deməli ermənilər atalarının babaları haqqında yazdıqlarına da şübhə ilə yanaşır, onları bəyənmir daha "dolğun” tarix yazmaq istəyirlər. Son zamanlar 10-larla belə erməni "tarixçisi” meydana çıxarmışdır.
Əjdər Tağıoğlu maraqlı bir deyim tərzində erməni saxtakarlığını bir daha xatırladaraq bildirir ki, "Bizim apardığımız araşdırmalarda gəldiyimiz nəticəni "erməni tarixnin atası" M.Xorenatsi də tərəddüdsüz qəbul edir. Lakin o, təəssüf və qısqanclığını da gizlədə bilmir: "Biz böyük xalq deyilik və sayca kifayət qədər məhduduq, qüdrətli deyilik və tamamilə yad ellilərin hökmranlığı alıtndayıq”.
Nəhayət, maraqlı məsələlərdən biri də kitabın sonunda professorun milli ruhda səslənən arzu və istəyinin ifadəsidir: "Bu gün bizim vətəndaş borcumuz iki yüz il ərzində gələcək nəsillərə – bizlərə unutdurmağa çalışılan "Ata tarixi”mizi – "VAHİD AZƏRBAYCAN tarixini” "BÖYÜK AZƏRBAYCANÇILIQ” zəminində namusla, qeyrətlə yazmaqdır!!!”. Mənim fikirimcə bu, vətən tariximizi tədqiq edən milli düşüncəli hər bir tədqiqatçıya ən yaxşı tövsiyələrdən biridir.

Qasım Hacıyev

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri,
tarix elmləri doktoru 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ