SON DƏQİQƏ
» » "Bizim Kino Günləri"ndə səkkiz film nümayiş olunacaq

"Bizim Kino Günləri"ndə səkkiz film nümayiş olunacaq

Tarix:

1-02-2017, 18:52

/ 8 129 dəfə oxundu.
"Bizim Kino Günləri"ndə səkkiz film nümayiş olunacaq

Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və "Azəbaycanfilm”in ənənəvi layihəsi olan "Bizim Kino Günləri" layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.
"Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov "Bizim Kino Günləri" layihəsinin bu dəfə fərqli formatda olduğunu bildirib: "Ötən illərdə biz filmləri kinoteatrlarda nümayiş etdirməmişdən öncə jurnalistlərə təqdim edib, yaradıcı heyətlə onları görüşdürürdük. Bu il isə bu olmayacaq, filmlər yalnız müəyyən olunmuş vaxt çərçivəsində kinoteatrlarda nümayiş olunacaq. Bu dəfə də layihəmiz yerli tamaşıçıların görüşünə səkkiz maraqlı filmlə gəlib. Filmlər mart ayının sonuna kinoteatrlarda göstəriləcək”.
Layihə çərçivəsində "Yarımçıq xatirələr” 02-08 fevral, "Qatil” 09-15 fevral, "İçəri Şəhər” 16-22 fevral, "Axınla aşağı” 23 fevral-01 mart, "Xeyirlə Şərin rəqsi” 02-08 mart, "Dərs” 09-15 mart, "Qırmızı bağ” 16-22 mart, "Yaddaş” ("Bakıfilm” studiyası) 23-29 mart tarixlərində kinoteatrlarda nümayiş olunacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ