SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 1 Fevral

Tarix:

1-02-2017, 10:28

/ 9 306 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 1 Fevral

  Lütfi Məmmədbəyov

 Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (1991),"Qızıl Dərviş" mükafatı laureatı. Lütfi Şahbaz oğlu Məmmədbəyov Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub. Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib.
 

 ***

Ağasəlim Çıldaq 

 Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Əliağa bəy oğlu 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxanaçı Ağamirzənin dayısıdır.

*** 

 Nəbi Zeynalov

Şəhid Nəbi Zeynalov 1 fеvral 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan оlmuşdur. 1988-ci ildə ermənilərin məkirli siyasəti nəticəsində doğma yurdundan ailəsi ilə birlikdə Göygöl rayоnunun Quşçu kəndində məskunlaşmışdır. 1993-cü ildə Хanlar (indiki Göygöl) rayоn Hərbi Kоmisarlığı tərəfindən hərbi хidmətə çağırılmışdır. 1993-cü il iyul ayının 31-də Ağdərə bölgəsində gеdən döyüş əməliyyatı zamanı qəhrəmancasına şəhid оlmuşdur. Məzarı Хanlar rayоnunun Quşçu kəndindədir.
 
 
 
 
 
 
 
 
 
скачать dle 12.1

Şərhlər