SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-18 Yanvar

Tarix:

18-01-2017, 15:58

/ 6 097 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-18 Yanvar

Eldar Quliyev

Kinorejissor, ssenarist, Xalq artisti Eldar Quliyev 18 yanvar1941-ci ildə görkəmli bəstəkar Tofiq Quliyevin ailəsindədünyaya gəlib. Eldar Quliyev 1970-ci ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. 1979-cu ildə çəkdiyi  "Babək” filmi də milli kinomuza dəyərli töhfə verib. Həmin illərdə "Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bununla yanaşı "Ən vacib müsahibə”, "Var olun qızlar”, "Ürək…Ürək…”, "Nizami”, "Nə gözəldir bu dünya”, "Girov” və digər filmlərə quruluş veribEldarQuliyevin hələlik son işi rejissoru və ssenari müəllifi olduğu "İstanbul reysi” filmidir. 
 
***

Cövdət Hacıyev

Azərbaycanın Xalq artisti, bəstəkar Cövdət Hacıyev 2002-ci ilinyanvarın 18-də ömrünün 85-ci ilində
vəfat edib. Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C. Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortepiano əsərləri də onun  yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilkböyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələyib.
   
***

Əlibaba Abdullayev

Tanınmış rəqqas, Əməkdar artist Əlibaba Abdullayev 18yanvar 1915 – ci ildə anadan olub. Musiqili KomediyaTeatrında 1946-1947-ci illərdə yüksək kateqoriyalı aktyor kimi çalışıb. 1957- ci ildə Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında qızıl medala layiq görülüb. "Nəlbəki" və "Vağzalı" rəqslərinin ilk quruluşu ƏlibabaAbdullayevə məxsusdur. Onun "Arşın mal alan” filmindəki "Süleymani” rəqsinə verdiyi quruluş sonradan el şənliklərində əzəmətli bəy havası kimi məşhurlaşıb. Eləcə də "O olmasın, bu olsun” filmində Məşədi İbadın rəqsi filmə bir başqa məna yükləyir. Əlibaba Abdullayev 200-dən artıq rəqsə quruluş verib, 10-dan artıq filmdəki rəqs səhnələrini maraqlı mizanları sayəsində rejissorla paralel iş nəticəsində tamaşaçılara sevdirə bilib.
 
***

Seyfəddin Dağlı

Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər
göstərən yazıçı Seyfəddin Dağlı 18 yanvar 1983-cü ildə dünyasını dəyişib. Seyfəddin Dağlı uzun müddət "Kirpi” jurnalının baş redaktoru, "Azərbaycanfilm” kinostudiyasındassenari redkollegiyasının üzvü, "Yazıçı” nəşriyyatında redaktor işləyib. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı” adlı ilk kitabı nəşr edilib. "Adı sənin, dadı mənim”, "Aydınlığa doğru”, "Mənziliniz mübarək”, "Təzə gəlin”, "Kölgələr pıçıldaşır” pyesləri, "Bahar oğlu”, "Məşəl”, "Kəcil qapısı”, "Sabiqlər” və başqa kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulub.
 
 
 
 
 
***
 

Afaq Məlikova

Məşhur Azərbaycan rəqqasəsi, Xalq artisti Afaq Məlikova1947-ci il yanvar ayının 18-də Bakıda dünyaya gəlib. Onun dünyaya gəlişi müharibədən sonrakı çətin illərə təsadüf edib. Uşaq yaşlarından bu sənəti sevən AfaqMəlikova Leyla Vəkilovadan dərs alır  öz üzərində səylə çalışaraq, xalq artisti adına qədər yüksəlir. Azərbaycanxalq rəqslərinin mahir ifaçısı olan Afaq xanımın repertuarına Şərq xalqları rəqsləri də daxildir. 1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışan rəqqasə ömrünün 45 ilini səhnəyə həsr edib.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ