SON DƏQİQƏ
» » Mətbuat Şurasında beynəlxalq ekspertlərlə görüş keçirilib

Mətbuat Şurasında beynəlxalq ekspertlərlə görüş keçirilib

Tarix:

16-09-2021, 19:03

/ 1 719 dəfə oxundu.
Mətbuat Şurasında beynəlxalq ekspertlərlə görüş keçirilib

Bu gün Litva və Avstriyadan olan təşkilatlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə "Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi üzrə beynəlxalq ekspertlər - Paulius Rymeikis, Manuela Hargassner-Delpos, Thomas Hainlen, həmçinin sözügedən layihə üzrə əlaqələndirici Asta Jurgute, həmçinin Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycan Mətbuat Şurasında olublar.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat məişət zorakılığı məsələlərinin mediada işıqlandırılması məsələlərinə hər zaman böyük önəm verib, bu sahədəki vəziyyəti diqqətdə saxlayıb. Qurum mövcud xüsusda davamlı monitorinq keçirməkdədir. Prosesdə mövzu üzrə jurnalist yanaşmalarına nəzər salınır, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsip və bəndlərinə nə dərəcədə əməl olunmasına baxılır, pozuntu faktları qruplaşdırılır, ümumiləşdirmələr aparılaraq kütləvi informasiya vasitələrinə təqdim edilir. "Konkret pozuntu faktları ona yol verən KİV-ə çatdırılır və tövsiyə edilir ki, gələcəkdə oxşar xoşagəlməz hallar yaşanmasın. Əlbəttə, mediamızda məişət zoraıkılığının işıqlandırılması istiqamətində problemlər var. Bu isə əksər hallarda hüquqi bilgisizlikdən irəli gəlir. Hərçənd son zamanlar müəyyən müsbət dinamika hiss olunmaqdadır”, - deyə Ə.Amaşov bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ