SON DƏQİQƏ

YAŞANMAMIŞ İLLƏRİM QAYIT

Tarix:

24-08-2021, 12:39

/ 3 404 dəfə oxundu.
YAŞANMAMIŞ  İLLƏRİM QAYIT

Bir zaman tərk edib getdyin kimi,
Qayıt yaşanmamış illərim qayıt.
Kipriyim ucundan itdiyin kimi,
Qayıt yaşanmamış illərim qayıt.
 
Neçə arzuları qoymusan yarım,
Çəkmisən yoluna tikandan tarım,
Mənim ki, düz olub əhdim ilqarım
Qayıt yaşanmamış illərim qayıt.
 
Yaşadar insanı sevginin ilki,
Sevgisiz bir ömür, ömür deyil ki..
Pərişan gəncliyim dönüb deyir ki,
Qayıt yaşanmamış illərim qayıt.
 
Geridə qoyduğun məsum qızcığaz,
Qayıt ki, ürəyi toxtasın bir az.
Gəlməzmi payızdan məgər sonra yaz?
Qayıt yaşanmamış illərim qayıt.
 
Götürüb başımdan dumanı, çəni.
Apar o ilk görüş yerinə məni.
Başdan yazmaq üçün yeni səhifəni,
Qayıt yaşanmamış illərim qayıt.
Qayıt yaşanmamış illərim qayıt.
Müəllif.M.Duyğulu.
21.08.2021.

скачать dle 12.1

Şərhlər