SON DƏQİQƏ
» » Lider TV müflisləşərək FƏAİLİYYƏTİNİ DAYANDIRDI

Lider TV müflisləşərək FƏAİLİYYƏTİNİ DAYANDIRDI

Tarix:

1-06-2021, 08:23

/ 3 594 dəfə oxundu.
Lider TV müflisləşərək FƏAİLİYYƏTİNİ DAYANDIRDI

Bu gündən Lider TV-nin fəaliyyəti dayandırılıb.

GunAz.az xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.

Qərara əsasən, şura Lider TV və Radio-Azərbaycan MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Beləliklə, Lider TV və Radio-Azərbaycan MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ