SON DƏQİQƏ

“Alp Ərdoğan – Sultan Ərdoğan”

Tarix:

17-05-2021, 15:25

/ 4 655 dəfə oxundu.
“Alp Ərdoğan – Sultan Ərdoğan”

Fİlologiya elmləri doktoru, şair, dramaturq Nizami Muradoğlunun yeni kitabı nəşr olunmuşdur. Kitab Azərbaycanı öz vətəni kimi sevən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevi dostu, qardaşı adlandıran Türkiyənin Cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğana ithaf edilmişdir. "Zəfər kitabları qaliblərə ithaf olunur” başlıqlı ön sözdə professor doktorlar Qalib Sayılov və Seyfəddin Rzasoy kitabın məram və məqsədini açıqlamağa çalışmışlar.
Nizami Muradoğlu "Alp Ərdoğan – Sultan Ərdoğan” adlandırdığı poemasında Sayın Rəcəb Tayyib Ərdoğanın həyatının və ictimai, siyasi fəaliyyətinin böyük bir hissəsini nəzmə çəkərək qəhrəmanın bədii portretini yaratmışdır. "Üzündə ay işığı, gözlərindən nur yağan Rəcəb Tayyib Ərdoğan” kimi obrazlı ifadələr qəhrəmanın daxili aləmi ilə oxucu münasibətlərinin təmasını formalaşdırır. Müəllif son sözündə sayın Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Vətən müharibəsindəki fəaliyyətini yüksək qiymətləndirərək, belə bir əsər yazmağı özünün mənəvi borcu hesab edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ