SON DƏQİQƏ
» » Magistratura səviyyəsi üzrə yeni ixtisaslar YARADILDI

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar YARADILDI

Tarix:

1-04-2021, 18:55

/ 3 943 dəfə oxundu.
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar YARADILDI

"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.

GünAz.az xəbər verir ki, barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Humanitar və sosial ixtisaslar qrupu üzrə "Ekologiya hüququ”, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə "Elektron kommersiya”, Təbiət ixtisasları qrupu üzrə "Aktuar riyaziyyat, Kompüter elmləri və texnologiyaları” ixtisasları yaradılıb.

Həmçinin qərarda Texniki və texnoloji ixtisaslar qrupu üzrə "Logistika və nəqliyyat, Kibertəhlükəsizlik, Şəhər infrastrukturunda smart texnologiyalar, Şəhərsalma ixtisası və Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslarının yaradılması qeyd edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ