SON DƏQİQƏ
» » Bu yerlərə qayıdışımız MÖHTƏŞƏM OLACAQDIR

Bu yerlərə qayıdışımız MÖHTƏŞƏM OLACAQDIR

Tarix:

19-03-2021, 09:12

/ 5 579 dəfə oxundu.
Bu yerlərə qayıdışımız MÖHTƏŞƏM OLACAQDIR

 Teyyub Qənioğlu

Erməni vəhşiləri tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş, viran qoyulmuş Ağdamı ziyarət edərkən iki hisslər keçirməmək mümükn deyildir

Mart ayının 17-də Prezident İlham Əliyevin təşəbbüsü, Prezident Aparatının "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi”nin təşkilatçılığı ilə, şöbə müdiri Ədalət müəllimin, onun işçilərinin - Səbinə xanımın, Qafar müəllimin, Turqay bəyin, Nicat bəyin, qırx iki partiya sədrlərinin və fəallarının, politoloqların, AzTV-ninvə "Real" TV-nin operatorlarının iştirakı ilə Bakıdan Ağdama yola düşdük. Bu ziyarətdə məqsəd ermənilərinvəhşiliyini, insanlığa sığmayan hərəkətıərini, vandallığını öz gözlərimizlə görmək, bunları ictimaiyyətin nəzərinə çatdırmaq, bu ərazilərdən köçkün düşmüş əhali arasında təbliğatı daha da gücləndirək onları işğaldan azad olunmuş ərazilərə icazəsiz getməkdən çəkindirmək idi. Bizlər azad edilmiş ərazilərdən çəkilmiş videogörüntüləri televiziya ekranlarından dəfələrlə izləmiş və ermənilərin nə qədər alçaq, yaramaz, vandal bir toplum olduğunun şahidi olmuşuq və ziyarət edəcəyimiz ərazilərdə bizi nələrin gözlədiyini əsasən təsəvvür edirdik. Ancaq, sözün doğrusu mən dağıntıların bu dərəcədə olduğunu heç ağlıma da gətirmidim, ümid edirdim ki, heç olmasa divarları salamat qamış bir neçə evi, ictimai binaları görə biləcəyik. Ancaq reallıq təsəvvür etdiyimdən daha acınacaqlı idi. Erməni vandalları nəinki bütün tikililəri dağıtmış, yandırmış, daşınması mümkün olan hər şeyi talayıb aparmış, ağacları qırmış, yandırmışdır. Ağdam şəhərində bir divarı da olsa sağ qalmış heç bir tikilili yoxdur. Ən dəhşətlisi də odur ki, ermənilər bütün bunlarla kifayətlənməmiş, dəfn olumuş insanların qəbirlərini dağıtmışlar, qarət etmişlər, sinə daşlarını söküb aparmışlar, qəbir yerlərini şumlayıb taxıl səpmişlər. Bu ərazidə canlı aləmdən heç bir iz yoxdur, yazın bu günündə burada uçan bir quşa belə rast gələ bilməzsən! Hətta xarabalıq sevən, ancaq dağıntıların miqyasından dəhşətə gələn bayquşlar belə, yalnız ruhların dolaşdığı bu ərazilərə gəlmədən çəkinirlər!

Erməni vəhşiləri tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş, viran qoyulmuş Ağdamı ziyarət edərkən iki hisslər keçirməmək mümükn deyildir: bir tərədən 30 il düşmən tapdağı altında inləyən, indi isə rahat nəfəs alan, öz sakinlərini səbirsizliklə gözləyən doğma şəhərimizin azad edilməsindən qürur hissi keçirirdik, sevinirdik. Digər tərəfdən, dağıtınları seyr edərkən dərin məyusluq hissi keçirirdik. Ancaq sevincimizin daimi, məyusluğumuzun isə keçiçici olduğuna, bunun tez bir zamanda baş verəcəyinə dərindən inanırıq! Məlumdur ki, dövlətimiz işğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Ağdamın, tezliklə bərpa edilməsi istiqamətində bərpa-quruculuq işlərinə start vermişdir. Ancaq dağıtıların, dağıntılara məruz qalmış ərazilərimizin miqyası, bu ərazilərin hər addımının erməni faşistləri tərəfindən minalandığı nəzərə alınaraq demək olar ki, bərpa-quruculuq işlərinin aparılması üçün bir müddət lazımdır. Təbiidir ki, doğma torpaqlarından köçkün düşmüş hər bir insan tezliklə bu torpaqlara qayıtmağa can atır və bu başadüşüləndir. Ancaq nəzərə almaq lazımdır ki, bu ərazilər başdan-başa minalanmışdır və həyat üçün çox təhlükəlidir. Ona görə də, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızı səbirli olmağa, verilən tövsiyələrə əməl etməyə çağırıram. İnanırıq ki, işğal edilmiş torpaqlarımızın mənfur düşməndən azad edilməsi MÖHTƏŞƏM olduğu kimi, bu ərazilərə qayıdışımız da MÖHTƏŞƏM olacaqdır!


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ