SON DƏQİQƏ

Tapmaca

Tarix:

3-03-2021, 10:37

/ 4 564 dəfə oxundu.
Tapmaca

  Əziz oxucular sizə bir məntiq sualı ünvanlıyacağam, tapan şəxsə Naxçıvanda, Naxçıvan əriyi ilə çəkilmiş təp-təmiz "ərik arağı"ndan, yarım litir mükafat verəcəm. Tapa bilməyənlər isə məsələni real şəkildə həll etsinlər. Ta günah məndən getdi keçək suala.
    Sual belədir:
- Elimizin-obamızın ən sevimli bayramı olan Novruz gəlib qapını haxlayıb, xoş gəlir səfalar gətirir. Bildiyimiz kimi də Novruz, qozsuz, fındıqsız, badamsız, çərəzsiz, ətsiz, düyüsüz, yumurtasız, şiriniyatsız, və sair və ilaxır olmaz. Hələ mən bunun qara bayramlarını, (Şəhidlərimizin ruhu şad olsun) Ata, Ana hədiyyələrini, bacı-qardaş payını, gəlin sovqatını, kirvənin gətirdiyi payın əvəzini və başqa-başqa nəmərləri demiyib, ustubca qoyuram kənara. Niyə sovqatları kənara qoyduq, deyim.
Bu məsələnin həllini, suala cavab verə bilməyənlər həll edəcək. Deməli, Bayram süfrəsini düzəltmək üçün, xeylax pul lazımdır. Məndədə var, Sosial Pensiya kartı yəni 110 litir benzin əşi yoxeyyy 110 manat pul. Həə mənim əzizlərim, Bayram süfrəsi və 110 manat pul. Kim bu məsələni həll etsə, Ordubadlı qardaş-bacılarım demişkən dedığım-dedıxdı. Yəni mükafat məndə.
     Hə, mənim əzizlərim, deyəsən, sizdə bu mürəkkəb məsələni həll edə bilməyəcəksiniz axı? Deyirəm bəlkə, bu yazının kopyasını Sosial Müdafiə Nazirliyinədə göndərim, onlar bu məsəli həll etsinlər. Əlavə olaraq komunal xərcləridə əlavə edim. Məsələn 44 manat qaz pulu, 18 manat işıq pulu,2 manat 85 qəpik telefon pulu, 18 manat internet pulu, 6 manat su pulu, 2 manat zibil pulu. Hələ bunun çörək pulu var siqaret pulu var, yoxey qardaş bu məsəli Sosial Müdafiə Nazirliyidə həll edə bilməz. Ən yaxşısı Arif Quluyev demişkən başı götür qaç bala.
     Pulsuz Novruz bayramınız mübarək olsun mənim, səhər yeməyinə ekonomiya edib, günorta yuxudan duranlarım.    

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ