SON DƏQİQƏ

Fevralın 21-dən…-XƏBƏRDARLIQ

Tarix:

19-02-2021, 08:14

/ 5 557 dəfə oxundu.
Fevralın 21-dən…-XƏBƏRDARLIQ

Yaxın günlərdə havanın temperaturu tədricən 3-4 dərəcə dəyişəcək. Lakin fevralın 21-dən ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir.
Bu barədə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, peyk məlumatlarına əsasən, Aralıq dənizi üzərində yeni siklon yaranmaqdadır. Həmin bu siklonun fevralın 20-də günün ikinci yarısında yaxınlaşması proqnozlaşdırılır:
"Buna görə də fevralın 21-də və fevralın 22-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Respublikanın əsasən, dağlıq və dağətəyi bölgələrində yağıntılar qar şəklində olacaq. Bakıda isə yağıntı, əsasən, yağış şəklində olacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ