SON DƏQİQƏ
» » Ali məktəblərdə dərslər nə vaxt başlayacaq? - Qısa İZAH

Ali məktəblərdə dərslər nə vaxt başlayacaq? - Qısa İZAH

Tarix:

22-01-2021, 19:16

/ 6 053 dəfə oxundu.
Ali məktəblərdə dərslər nə vaxt başlayacaq? - Qısa İZAH

Pandemiya ilə əlaqədar ötən ilin oktyabrından distant formaya keçirilən tədrisin təşkili forması yenidən dəyişdirilir.

Fevralın 1-dən ümumi təhsil müəssisələrində yenidən hibrid təhsil forması tətbiq edilməklə mərhələlərlə əyani tədris bərpa edilir.

Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif səviyyəsi, ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qrupları və icma əsaslı qruplarda tədris qismən başlanılacaq.

Beləliklə, həmin tarixdən ölkədə 1-4-cü sinif şagirdləri məktəbə gedəcəklər. Böyük şəhərlərdə şagirdlər həftədə 3, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla əyani tədrisə cəlb olunacaqlar.

Fevralın 1-dən sonrakı iki həftə ərzində isə V-IX, eləcə də peşə və ali məktəblərdə qismən əyani tədrisə keçilmə ilə bağlı qərar verilə bilər.

Bağçaların fevralın 15-dək açıla biləcəyi gözlənilsə də, bununla bağlı hələlik dəqiq proqnoz verilmir.

Fevralın 1-dən sanitar-gigiyenik tələblərə əməl etməklə repetitorluq fəaliyyəti üzrə tədrisə icazə verilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ