SON DƏQİQƏ

Duz yükü

Tarix:

18-01-2021, 09:00

/ 4 911 dəfə oxundu.
Duz yükü

 Ədib İSAOĞLU
Duz elə bir nemətdir ki, əvəzi nadir tapılan qidadır.
Duz qəbul etməyən canlının bağırsaqları çürüyər, saçı tökülər, dişsiz qalar, yediyi qidanın dadı olmaz və sair və ilaxır.
Ulu Tanrı Naxçıvana sərt qış, qızmar yay verib, bu cəzanı verəndən sonra ürəyi dözməyib, birdə "Duz dağı" kimi, duz yatağı hədiyyə bəxş edib. Taa bineyi-qədimdən Naxçıvan duzu nəinki Azərbaycanı, hətta İranı, Türkiyəni, indiki Ermənistanı, Gürcüstanı və Rusiyanın Azərbaycana yaxın bölgələrini duzla təmin edib. O, vaxtlar dünyanın düz vaxtı, nə qatar olub, nə indiki kimi "tır" dediyimiz uzun qoşqulu maşınlar, nədəki "karqo" yük daşıyan təyyarələr. Yükləri, karvanla, atla, qatırla, eşşəklə  adını sadaladığım ölkələrə daşıyıblar.
İndi 21-ci əsirdi yuxarıda sadaladığım nəqliyyat növləri yoxdur, təyyarə və tırlarda pandemiya səbəbindən işləmir, ona görədə adını çəkdiyim ölkələrdən bəziləri duzsuzluqdan çox əziyyət çəkir.(elə ermənilər əziyyət çəksə yaxşıdır). Bu olkələrin içində isə duzsuzluqdan ən çox əziyyət çəkəni Ermənistanla Rusiyadır.  Bu ədalətsizlik bizim Ulu millətə yaddır axı. Bilirsiniz, dəli şeytan mənim qulağıma nə pıçıldayır?
-Hardan biləsiniz gərək deyəm biləsiniz da.
Dəli şeytan deyir ki, pandemiya səbəbiylə nəqliyat yoxdursa, ha çoxdur bu ölkədə Rusiya və Ermənistan tərəfdarları. Vur bunların hərəsinin belinə 100 kilo duz, özündə otur bunların belində sür duzu ver qayıt. Ağıllı şeytanda deyir əşi sənin nə işinə qalıb ey.
Vallah bilmirəm bu şeytanların hansının sözünə qulaq asım.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ