SON DƏQİQƏ
» » Vüqar "Sərfəli"nin sürücüsü də həbs olundu

Vüqar "Sərfəli"nin sürücüsü də həbs olundu

Tarix:

15-01-2021, 08:12

/ 6 731 dəfə oxundu.
Vüqar "Sərfəli"nin sürücüsü də həbs olundu

Bu gün həbs edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin sürücüsü Əlikram Güləhmədov da saxlanılıb.

GunAz.az Rupor-a istinadla xəbər verir ki, Ə.Güləhmədov müdiri Vüqar Səfəliyə qarşı irəli sürülən eyni istintaq işi üzrə həbs olunub.

Qeyd edək ki, Vüqar Səfərli dünən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ