SON DƏQİQƏ

Ay erməni qızı, erməni qızı...

Tarix:

14-01-2021, 08:22

/ 7 262 dəfə oxundu.
Ay erməni qızı, erməni qızı...

 Ədib İSAOĞLU

«Dayanın görək ey, mən erməniyə zada aşiq olmamışam». Bu köhnə məsələdi istəyirsinizsə yazım sizdə bilin. Susursunuz, susmaq dədə-babadan razılıq əlamətidir. Deməli məsələdən hali olmaq istəyirsiniz. Di onda mən yazım, sizdə oxuyun və agah olun.

Bu yaxınlarda İsa babanın oğlanlarından biriylə (adını yazmasam məsləhətdir, isti aşına soyuq su qatmayaq kişinin, artıq nəvəsidə var. Tanrı qorusun nəvəsini də, özünü də) xeylax söhbətləşdik. Di ordan- burdan söhbət gəldi bu erməni köpəyuşağının üstünə. Dedi o vaxt rəhmətlik kişi mənə erməni qızı almaq istəyirdi. Yaxşı ki, almadım, yoxsa məni, Vətən xaini çıxardardılar. Yanımızda bir Qərbi Azərbaycandan olan dostu da vardı. Bu da qayıdaki, - Ay gic nə Vətən xaini, erməni qızını alanlar azdı bəyəm?

- Ayə dayan görüm bizdə, Naxçıvanda belə şeylərə pis baxırlar.

Baxdım məsələ çılpaqlığa gedir tez müdaxilə etdim:

- Hə, de görək bu məsələ nətəri olmuşdu axı?

- Nətəri olacaq, kişinin İrəvanda bir tanışı vardı, görüm onun adı nəydi, hə Harapet. Məni də götürdü getdik İrəvana Harapetgilə. Həqqən bizi çox yaxşı qarşıladılar. Baxdım bu Harapetin bir qızı var, and olsun elə bil Kim Qardaşyandı. Mən də cavan oğlan mır-mır mırıldayıram da. Rəhmətlik kişi göz basıb dedi:

- Ə, deyəsən xoşun gəldi axı? Utanma Harapet özü deyir, gəl qohum olaq.

- Utandığımdan başımı aşağı saldım. Nə bilim bu qonaqlığı Harapet kişi elə mənim üçün təşkil edib.

Xatırladım ki, İsa Babanı nəinki Muxtar Respublikada hətta Ermənistan da daxil olmaqla çox yerdə tanıyırdılar. Kişi, axı Təbiəti Mühafizə müfəttişi idi. Ermənilər onun qorxusundan

Naxçıvan dağlarına ova çıxa bilməzdi. Deyirdi ki, "erməniləri özbaşına buraxmaq olmazdı, yoxsa təbiətimizi viran qoyardılar".

Hətta Sovetin dövründə bəzi vəzifəlilər ermənilərə görə İsa Babaya təzyiqlər də edirdilər.

Başladım "Kim Qardaşyanın" aşiqini qıdıqlamağa, hə sonra nə oldu?

- Nə var nə olsun, bunlar qıznan məni qoydular evdə, gələcək qaynanam, qaynatam birdə atam getdilər "ÇUM" Univermağına.

- Sizi evdə tək qoydular?

- Hə da bə, guya biz bir-birimizdən elektrik alaq… Onuda yaxşı ki, müharibə başladı, mən müharibəyə getdim, erməni qızıynan evlənmək alınmadı.

Bəlkə də bu müharibədə bizə qarşı döyüşənlərdən biri də, elə Harapetin oğluydu. Harapetin bizlərə simpatiyası olsa da oğlanları elə erməniydi ki, erməni. Türkləri ən böyük düşmənləri hesab edirdilər. Amma onu dəqiq bilirəm ki, müharibədə qaçanların hamısı erməni cocuqlarıydı.

Hə bu dialoqun gecəsi rəhmətlik İsa Baba girmişdi yuxuma.

- Ayə mənim o bedin oğluma denənki, hələ qəhrəmanlığından danışır? Harapetin qızını alsaydı özüdə yaşıyacaydı, qardaşlarıda. Yanındakı dostu gördün necə çox bilir…

Tanrı ruhunu şad eləsin İsa Baba, heç sən də az bilmirdin, zarafatlarınla, kəlamlarınla həmişə yaşayacaqsan.

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ