SON DƏQİQƏ

Milləti sevənlər beləmi olur?

Tarix:

7-12-2020, 08:17

/ 7 460 dəfə oxundu.
Milləti sevənlər beləmi olur?

Bayraqdan əyninə biri don biçir,
Guya ki, vətənin təsibin cəkir.
Saxta maskalılar yanımdan keçir,
Dövləti sevənlər beləmi olur?
Kürsüdən baxanda görmür məzlumu,
Xalqa qənim olur , edir zulumu ,
Yadına da salmır bir vaxt ölümü .
Milləti sevənlər beləmi olur?
Gəzdir bayrağımı başının üstə,
Gəzdir eyb eləməz sinənin üstə,
Əməlinlə qaldır göylərin üstə,
Qürur duyaq səndən , ey vətən oğlu.
Baxsan görəcəksən uca zirvədən ,
Düşmənlər məhf olar ağır zərbədən ,
Məxmər don yaraşmaz geysə hər bədən,
Şəhid qanı axan bayrağı qoru .
Dövlətin rəmzidir üç rəngli bayraq ,
Sərhəddə qoruyur ,əsgərim oyaq ,
Bayrağı zirvədə , uca saxlayaq .
Bayraq ürəyimin döyünən nəbzi ,
Bayraq dövlətinin qüruru, rəmzi .
Rauf İlyasoğlu,
06 dekabr 2020
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ