SON DƏQİQƏ
» » Ermənilər Ağdam şəhərini Xirosimaya çeviriblər

Ermənilər Ağdam şəhərini Xirosimaya çeviriblər

Tarix:

30-11-2020, 14:36

/ 5 418 dəfə oxundu.
Ermənilər Ağdam şəhərini Xirosimaya çeviriblər

Ağdam sözünün mənası " Kiçik qala" deməkdir. Hələ ta  qədim dövrlərdə burada yaşamış türkdilli qəbilələr  özlərini düşməndən müdafiə etmək məqsədi ilə kiçik qalalar tikərmislər .
Sonradan Qarabağın xanı Pənah xan Ağdamda ağ daşlardan İmarət deyilən ərazidə  ev tikdirir.
Agdamın sonradan mənasını  nurlu, işıqlı günəşli şəhər adlandırmışlar.
Ağdam rayon olaraq 1930 cü ildə yaradılmışdır.
Ərazisi 1150 kvadrat kilometrdir.

 

1985 ci ilin məlumatına görə 160 mindən çox türk əhalisi olan  rayon ərazisinin 88 faizi 1993- cü ilin iyul ayının 23 də ermənilər tərəfindən işğal olunmuşdur.
20 - ci əsrin 50 - ci illərində  aparılan tədqiqat  işləri buranın  qədim insanların yaşayış  məskənləri olduğunu sübut etmişdir.
Üçoğlan təpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə ( e.ə. 4 -6 cı minillik) məskunlaşmağa başladığı müəyyən olunmuşdur.
Ermənilər nəinki evləri söküb aparmış, hətta ağacları qırıb məhf eləmiş ,
qəbirsanlıqlarımızı dağıdaraq mərmər  sinə və baş  daslarındakı  yazıları silərək Gürcüstan və İrana satmışlar.
Tarixi abidəmiz  olan İmarətdə Pənah xanın,İbrahim xanın, Xurşudbanu Natəvanın məzarlarıni bu sətirlərin müəllifi dəfələrlə ziyarət etmişəm.
İmarətdə gözəl stadionumuz var idi. Qarabağ futbol komandasının dəfələrlə oyunlarına baxmışıq.
Allahverdi və Eldar Bağırov qardaşlarının, Elbrus Abbasovun, Adilin, Cəmilin, Saşanin, Çobanın, Kamilin, Ənvərin, və digər futbolçularımızın yaşıl meydanda qələbə sevincinin şahidi olmuşuq .
Stadionun genis ərazisi insanlarla dolu olardı. İmarətin hasara alınmış ərazisi isə  beş yüz ildən çox yaşı olan əzəmətli cinarlarla əhatə olunmuşdu.
Yasıllıqlar Ağdama xüsusi gözəllik verirdi. İnsanları da o vaxtdan  zirək, qoçaq , fərasətli idi .
Təmiz, saf havası olan Ağdam  taxılçılıq , pambıqçılıq, üzümçülük,baramaçılıq rayonu olmaqla yanaşı, heyvandarlıq sahəsində də yüksək nailiyyətlər əldə etmişdi.Rayonda yüzlərlə zavod və fabriklər, ticarət obyektləri, tibb, kənd təsərrüfatı, mexanizasiya texnikumları  fəaliyyət göstərərdi.
Vaxtilə Ağdam rayonunda iki illik institut da fəaliyyət gostərmis, qonşu rayonlardan Ağdam şəhərinə oxumağa gələrdilər.
Bu gün isə Ağdam ruhlar səhərinə çevrilib.
Ermənilər necə bir məxluqlardır ki, Kəlbəcərdən bu günlərdə  rədd olub çıxarkən 30 ilə yaxın yaşadıqları evlərimizi yandıraraq,ağacları kəsərək rayonu tərk edərkən hər tərəfə minalar bastırırlar.
Ağdam Xirosimo şəhərini xatırladıb.
Ali Baş Komandanımiz ölkə Prezidenti İlham Əliyev, ikinci Vitse Prezident Mehriban xanım Əliyeva isə birlikdə Ağdam şəhərindəki Cümə məscidini ziyarət edərkən  necə də təsirləndiklərini ürək ağrısıyla  dinlədim. Ermənilər şəhərdə bir salamat bina qoymamisdilar.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri  Ağdam şəhərində olarkən erməni vandalların vəhsi hərəkətlərinin şahidi oldular. 
Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edən qızları Aynur və Zümrüd Bagirovların  çıxışı qəlbimizi çox göynətdi. Millət vəkili , yazıçı Aqil Abbasın ürək ağrısıyla ata yurdunu ziyarət etməsi bizi çox təsirləndirdi . Ermənilərlə bir yerdə yaşamaq olar.ı? Onlar nə üzlə bizimlə qarşılaşacaqlar?
Bunlara insan demək əsla olmaz.
Acınacaqlı haldır ki, rus sülhməramlıları da erməni vandallarına bir söz demir.
Bu gün işğaldan azad olunmuş Ağdama baxarkən qəlbim göynəyir, bütün ağaclar dibindən kəsilmiş, şəhərimiz varvarcasına,  tamamilə dağıdılmışdır.
Sevindirici haldır ki, Ağdam şəhərimiz və kəndlərimiz  Ali baş Komandanımızın rəhbərliyi altında şanlı, müzəffər ordumuzun sayəsində itkisiz azad olunmuşdur.
1988- ci ildən bu günə qədər Ağdamlılar 7 mindən çox  şəhid vermişdir.. Otuz il ərzində məcburi köçkün düşmüş  insanlarımız yurd niskilinə dözməyərək dünyasını dəyişmişdir. Bu otuz ildə həsrətdən dünyasını dəyişən məcburi köçkünlərin izin sayı  bəlkə də 50 mindən  də çox olar.
Ermənilər bizə həm  maddi, həm də mənəvi ziyan vurmuşlar.
Ekoloji terror törətmiş ermənilər Yezitdən betər hərəkətlərə yol verərək Tər tər suyunun da qabağını kəsərək alçaq simalarını göstərmişlər.
Bu gün də Ağdamlılar Ali Baş Komandanımızın hər bir  əmrinə hazır dayanıblar.
Dövlətimizin köməkliyi sayəsində işğaldan qurtulmuş  Ağdam və digər  rayon və kəndlərimizdə yenə də həyat qaynayacaq, abadlıq, quruculuq işləri görüləcək ,  insanlar əvvəlki kimi  yenə də əkin bicinlə məşğul olacaq , iqtisadiyyatımız güclənəcək , camaat əvvəlki kimi  mehriban yaşayacaqlar.
Ermənilərin vurduqları ziyanlar tam hesablanaraq yırtıcı düşmənlər beynəlxalq məhkəmələrdə cavab verəcəklər.
Təzminat verə bilməyən ölkə  isə   çox güman ki, qonşu güclü dövlətlərin tərkibində muxtar bir vilayət kimi  müstəqillik hüququnu itirəcəkdir . Dünyada elə bir erməni göstərə bilərsinizmi, ərazi iddiası etməsin, özgə torpaqlara göz tikməsin?
Sözümü Livandan gələn erməninin Bakı ermənisinə sosial şəbəkədə səsləndirdiyi sözləri çatdırmaq istəyirəm:
" Bizi Livanda döyüb, öldürürlər. Amma sizi Azərbaycanlılar  Bakıda, Qarabağda   bəsləyirlər, kokəldirlər ,  yenə də qudurursunuz?"
İndi isə Paşinyan ermənilərə müraciət edərək Azərbaycanlılarla barışmağı təklif edir.
Tarix boyu belə olub. Eləki türklər erməniləri üstələyəndə tez bic, yaltaq simalarını göstərən ermənilər  yaltaqlanaraq qardaşlıqdan , beynəlmiləlçilikdən danışırlar.Ermənistanda bir nəfər də olsun Azərbaycanlı yaşamadığı halda, Azərbaycanda 50 mindən çox ermənilərlə yanaşı azsaylı xalqlar da çox mehriban yaşayırlar. Əgər Xankəndidə ermənilər Azərbaycan qanunlarına tabe olmayacaqlar, indidən torpağımızı tərk eləsinlər.Azərbaycanın ürəyində ikinci erməni dövləti yaratmaq türk dünyasına qarşı hesablanmış məkirli bir siyasətdir. Amma Rusiya bu gün dərk edir ki Türkiyə ilə dost olmaq ölkəsinin iqtisadiyyatına xeyli gəlir gətirə bilər. Ermənistan kimi satqın, Nejde Qaraginin kimi alman ordusunun tərkibində erməni batalyonu yaradıb rusları vaxtilə qıran bir məxluqlar himayə etmək Rusların özlərinə daha çox zərbə vurur. Azərbaycan xalqı Ruslara qarşı sədaqətli olublar. Əgər Bakı nefti, Bakı benzini olmasaydı , Rusiya Almanlara qalib gələ bilərdimi ?
350 mindən çox Azərbaycanlı oğullarımız Rusiya torpaqlarının uğrunda həlak oldular. Atam İlyas Allahverdiyev , iki dəfə ağır yaralandı.Bi gün də onun orden və medalların sübut kimi saxlayıram. Nə qədər qohumlarımız o dövrdə itkin düşdü. Amma Rus ordusu ermənilərlə birləşib Ağdamda atamın tikdirdiyi iki mərtəbəli evimizi dağıdaraq taribar etdilər. Qaçqın, köçkün həyatı yaşayan valideynlərim vətən deyə - deyə dünyasını dəyişdilər.
Bu iztirablara dözmək olarmı?
Bəs  ermənilərin törətdikləri Xocalı soyqrımını , Ağdaban, Meşəli, Cəmilli, Qaradağlı , Qarakənd musibətlərini unutmaq olarmı? Əsla yox.
Atalardan bir misal var: " İtlə dostluq etsən də comagını əldən vermə."
Rauf İlyasoğlu .
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ