SON DƏQİQƏ

SİMASIZLARA ... – Cavid İSMAYIL yazır

Tarix:

16-11-2020, 19:36

/ 6 488 dəfə oxundu.
SİMASIZLARA ... – Cavid İSMAYIL yazır

Əfəndilər!
Əzəldən bir qrup "tanınmış" vardı ki,cənab Prezidentin çıxışlarını izləyər, bir məsələni qeyd edən kimi teliniyan darayar, dərhal tv-radio, qəzet, ümumiyyətlə, mümkün vasitələrdən istifadə edərək dediyi məsələni şərh edib onun söylədiklərinəöz aləmlərində qüvvət verərdilər.

Bu kateqoriyaya aid olanların əksəriyyəti bərkgedən tvlərdə bütün mümkün vasitələrdən istifadə edərək, hətta efirlərə dəvət almaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxardılar.

Azərbaycan xalqı bütün varlığı ilə Ali Baş Komandanın ətrafında sıx birləşərək vahid yumruğa çevrilibbir zindana vurduğu Vətən müharibəsi dönəmində demək olar ki, az qala bütün dünya üstümüzə gəldi. Ammacənab Ali Baş Komandanımızın məğrur dayanmasının, bütün cəbhələrdə cəsarətlə mübarizə apardığının hər birimiz şahidi olduq. Müharibənin getdiyi ən kritik vəziyyətlərdə verdiyi çoxsaylı müsahibələrdə, xalqa etdiyi müraciətlərində Ali Baş Komandan dəfələrlə ermənilərin sahiblərini etik normalara uyğun olaraq işğalçıları silahlandırmada və müharibənin bitməməsində günahlandırdığı zaman həmin əksər "bərkgedənlər”dən heç bir səs-səmir çıxmadı.Sual olunur, niyə?

Niyə həmin "bərkgedənlər” xalqımız, Vətənimiz, Dövlətçiliyimiz üçün cəsarət sərgiləməyə ehtiyac olan bir zaman yenə yoxa çıxdılar? Haqları olmadığı halda Vətənin səfasını çəkən həmin "bərkgedənlər” yenə tarixi sınaq zamanı Vətənin cəfasını cəkmədilər.

Əslində bununsəbəblərii bəllidir. Bu səbəblərdən biri görünür, elə ermənilərə nəfəs verənlərin daxilimzdə olan həmin bərkgedənlərin özlərinin ağaları olmasıdır. Digər səbəblərdən biri də odur ki, həmin "bərkgedənlər”suyun altına dumub vəziyyəti gözdən keçirirmişlər ki, birdən şimal küləyi bərk əsər. Vəbeləliklə də zaman-zaman iy verən cəmdəklərini ana dediyimiz Vətəndən öndə tutdular.

Yeri gəlmişgən onuda qeyd etmək istəyirəm ki, bu ağır günlərimizdə təbii ki, birçox dövlət görəvlilərimiz,adsız qəhrəmanlarımızarxa cəbhədə qəhrəmanlıq-fədakarlıq etdilər. Olara öz təşəkkürümü bildirməklə yanaşı, daima hər yerdə gecəli-gündüzlü kişi kimi, əsl Vətən oğlu və sadiq insan kimi cəsur duruşuq sərgiləyənAzərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevə də bir Vətəndaş kimi öz təşəkkürümü bildirirəm.

 

İndi tv-lərdə yenə də həmin su altına dumanlardan bəziləri tellərini yan darayıb efirlərdə pafoslu sözlərini deməyə növbə alırlar.

Elə bu yerdə bir anlığa düşünməyə başladım; ay simasızlar, bu "cəsarət" sizlərə rus çəkməsi torpağımıza dəyəndən sonramı gəldi?
İçimizdə olan belə xain, cəsarətsiz, qorxaq, laqeyid, bir ayağı bir tərəfdə, digəri o biri tərəfdə olanlar birmənalı anlamalıdırlar ki, xalq bütöv bir güc olaraq özünün Ali Baş Komandanının yanındadır!

İçimizdəki çürüklər isə Ali Baş Komandanın dəmir yumruğunun bir zərbəsi ilə tarixin iy verən səhifəsində gömüləcəklər. Vətənin inkişafı, Dövlətçiliyimizin daima var olması üşün mütləq gömüləcəklər!

TANRI VƏTƏNİMİZİ, MÜZƏFFƏR ORDUMUZU, RƏŞADƏTLİ ALİ BAŞ KOMANDANIMIZI SİMASIZLARDAN UZAQ ETSİN!


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ