SON DƏQİQƏ

Qalıb, igid , şanlı ordum

Tarix:

5-10-2020, 08:30

/ 5 080 dəfə oxundu.
Qalıb, igid , şanlı ordum

 Rauf İlyasoglu

Qalıb, igid , şanlı ordum

Məğrur dayan,  hücuma keç, zəfər qazan,  şanlı ordum,
Şəhidlərin  qanı ilə  yoğrulubdu canlı yurdum,
Anaların vətən boyda bir dərdini unutdurun, 
Qələbəylə sevindirin, xalqımızı , şanlı ordum.
Qov düşməni, azad olsun Azərbaycan, doğma  yurdum.

Torpaq qana qarışanda o torpağım  vətən olur,
Vətənimin uğrunda bil,  şəhid olur, itən olur,
Qələbənin sevincini yasamaq çox çətin olur,
Azad elə torpağımı, canım, gözüm,  şanlı ordum,
Çiçək açsın, sərbəst axsın Xaçın çayım , doğma yurdum.

Şəhidlərim  ən müqəddəs , ən şərəfli  bir yoldadur .
Güc türkdədir, cüt  biləkdə, əyilməz o cüt qoldadir,
Əsgərlərim duzülubdü sira- sıra sağ - soldadır,
Şirə dönüb , zərbə vurur, düşmənlərə , bir boz qurdum,
Bayrağımı  ucaltdınız Murov dağda şanlı ordum,

Azad edək Cəbrayılı, Qubadlının, Zəngilanı,
Azərbaycan Qarabağdır , qov düşməni çıxsın canı,
Bar verəcək torpağımda tökülən  o şəhid qanı,
Azad etdin torpağımı, qalıb oldun şanlı ordum.
Doğulduğum öz elimdə,  öz obamda yuva qurdum.


30 Sentyabr 2020- ci il
 Ordum  Qarabağa  aparır bizi
.
Qanımdan qan verdim qan, torpağıma,
Canımdan can verdim, can, torpağıma ,
Vəlvələ salmısan düşmən bağrına,
Ordum Qələbəyə aparır bizi .

Gözün aydın olsun,  ay mənim yurdum,
Azad olur kəndim,  min yaşa ordum,
Doğma Qarabağda bir də döğuldum,
Ordum Qələbəyə aparır bizi..

Mənfur düşmən qaçır, qorxur ordumdan,
Bizi ayırmışdı doğma yurdumdan ,
Zərbə vur quldura, ardı,- ardından,
Ordum Qələbəyə aparır bizi .

Şəhid olan canım ,şəhid balası,
Şəhidlər qəlbimdə məskən salası,
Yurdumu düşməndən bir an alası
Ordum Qələbəyə aparır bizi.

Atamın , anamın ruhu oyanıb,
Erməni gəbərib, qana boyanıb,
Düşmənlər məhf olub, alışıb, yanıb,
Ordum Qələbəyə aparır bizi.

Bilindi dostumuz, həm düşmənimiz,
Çoxdur hələ "axçi", qul  kənizimiz.
Vardır Xəzər, Qara, Ağ dənizimiz,
Ordum Qələbəyə aparır bizi,

Fransa ! get qaxıl,  yerində otur,
Canında birə var, yoxsa ki qotur?
Farslar  da, ruslar da  başımı qatır ,
Ordum Qələbəyə aparır məni.

Türkiyə qardaşdır doğmadır bizə,
Pakistan dayanıb məğrur diz- dizə,
Düşmənin bağrına sancılsın nizə.
Ordum Qələbəyə aparır bizi.

Ukrayna, İsrail, dostdu Gürcüstan,
Qazax, Qırğız, Özbək, həm Türkmənistan,
Qaldir bir başını ay Tatarıstan!
Ordum Qələbəyə aparır bizi.

Təbriz , Ərdəbildən qalxsa qardaşım,
Birləşər Naxçıvan, Göyçə sirdaşım,
Babamın axtarıb tapım  başdaşın,
Ordum Qələbəyə aparır bizi .

Çıx rədd ol yurdumdan erməni alçaq,
Müzəffər ordumdur, bilin ki qoçaq,
Bax belə düşərsiz tülkütək  qaçaq ,
Ordum Qarabağa aparır bizi.
Öz obama, bağa aparır bizi.
Rauf İlyasoğlu.
2 sentyabr 2020.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ