SON DƏQİQƏ
» » Belçika türklərindən Xocalı məktəbinə hədiyyə - FOTO

Belçika türklərindən Xocalı məktəbinə hədiyyə - FOTO

Tarix:

21-09-2020, 20:08

/ 3 415 dəfə oxundu.
Belçika türklərindən Xocalı məktəbinə hədiyyə - FOTO

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının keçmiş dönəm başkanı Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə Pirşağı qəsəbəsi ərazisində məskunlaşmış Xocalı 2 saylı tam orta məktəbinə yeni dərs ilinin başlanması münasibətilə məktəblilərə hədiyyə göndərilib.

GunAz.az xəbər verir ki, məktəbli ayaqqabılarından ibarət olan bağlamalar Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin tərfindən şagirdlərə təqdim olunub.

İlqar İlkin bildirib ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları Azərbaycan həqiqətlərinin təbliğində hər zaman fəal rol oynamaqla yanaşı, vaxtaşırı bu cür sosial aksiyaların keçirilməsində təşəbbüs göstərir, keçirilən aksiyalara yaxından dəstək verirlər:

"2016-cı ildə onların təşəbbüsü ilə həmin məktəbə məktəb ləvazimatları və məktəbli formalarından ibarət hədiyyələr təqdim etmişik. Daha sonra Qurban bayramında onlar yenə də həmin məktəbi unutmadlar. Bu gün isə məktəbə və digər aztaminatlı ailələr olmaqla ayaqqabılar məktəblilərə hədiyyə olunub. Gələcəkdə bu cür aksiyaların davamlı olaraq keçirilməsi də nəzərdə tutulur".

Xocalı şəhər 2 saylı tam orta məktəbinin direktoru Fiqurə Rüstəmova göstərilən bu dəstəyə görə Ayhan Dəmirçi və Rəcəb Tuncər Sarıya və bütün Belçika türklərinə məktəbin kollektivi və valideyinlər adından öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Qurban Bayramı ərəfəsində təşkil olunan aksiyada da burada məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin də əhatə olunduğu 600-dən artıq ailəyə qurban payları paylanılmışdı. 

 



скачать dle 12.1

Şərhlər